Qurban bayramının mahiyyət və fəlsəfəsi

Qurban bayramının mahiyyət və fəlsəfəsi












İyul ayının 31-i müsəlman dünyasında Qurban bayramı qeyd olunacaq. Bir çox müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da hər il Qurban bayramı böyük sevinc və yüksək əhval-ruhiyyə ilə keçirilir, Allah yolunda qurbanlar kəsilir, dualar edilir, insanlar bir-birilərini təbrik edirlər.

İslamda iki əsas bayram var. Biri Orucluq digəri Qurban bayramıdır. Qurban bayramı İslamda özünəməxsus ənənələri olan bayramlardandır. Bayram insanların bir-birinə sevinc bəxş etməsi, onlar arasında birlik və həmrəyliyin təmin edilməsi, qoruması üçün keçirilir.
İslamda bayramların özünəxass mahiyyət və fəlsəfəsi var. Qurban bayramının əsas məqsədlərindən biri imkansız insanlara bayram günlərində sevinc yaşatmaq, onlara bayaram əhval-ruhiyyəsi bəxş etməkdir. Bir sözlə bayramın əsas məqsədlərindən biri imkansız insanlara cəmiyyətin bütövlüyünü, birlik və həmrəyliyini, onların yanında olduğunu hiss etdirməkdir.
Qurban bayramının əsas ənənələrindən biri də bayram günü qurban kəsilməsidir. İslama görə Qurban payı 3 yerə bölünməlidir. Payın biri qohumlara, biri qonşulara verilməli, digərini də ev sahibi özünə saxlamalıdır.
Bir sözlə Qurban yalnız ailə üzvlərinin bir yerə toplaşmasından ibarət deyil. Bayram digər insanlara – qonşulara və qohumlara sevinc bəxş etdikdə öz məqsəd və məramına tam çatmış olur. Bu baxımdan imkanı olan hər bir müsəlman qurban kəsməli, imkansız insanlara paylamalı, onları sevindirməlidir.
Qurban bayramının adı Müqəddəs Kitablarda da qeyd olunduğu kimi, bilavasitə İbrahim Peyğəmbərlə bağlıdır. Allah-Təala İbrahim Peyğəmbərə oğlu İsmayılı qurban kəsməyi vacib buyurur. Burada əsas məqsəd İbrahim Peyğəmbərin sadiqliyini, Allaha inamını yoxlamaq idi. İbrahim Peyğəmbər Allah-Təalanın əmrini yerinə yetirmək məqsədilə oğlunu yerə uzadaraq Qurban kəsməyə hazırlaşır. Oğlunu kəsmək istəyən zaman Allah-Təala ona qurbanlıq göndərir. İbrahim Peyğəmbər bu əməli ilə Allahın sadiq və ona şükr edən bəndələrindən olduğunu bir daha təsdiq edir. Qurban kəsməklə bəndə həm də Allaha ona verdiyi hədsiz nemətlərə görə şükr etmiş olur.
Bu ilki Qurban bayramı pandemiya dövrünə təsadüf etdiyindən onun bütün ənənələrini yerinə yetirməkdə müəyyən çətinliklər yarandı. İslam ənənələrinə görə bayramlarda həmçinin qohumlar ziyarət olunmalı, qəbirlər ziyarət edilməlidir.
Qurban bayramı hər il ölkəmizdə yüksək əhval-ruhiyyədə qeyd olunur. Möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehribna xanım Əliyeva xalqa müraciət edir, onları təbrik edir. Bu ölkəmizdə milli-mənəvi dəyərlərimizə göstərilən diqqət və qayğının bariz təzahürüdür.
Sonda bayram münasibətilə xalqımızı təbrik edir, bütün dua və ibadətlərin, kəsilən qurbanların Uca Allah qatında qəbul olunmasını diləyirəm. Bayramınız mübarək!

Ceyhun Məmmədov,
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü

Tarix:30-07-2020, 17:13 Baxış Sayı:60 Kateqoriya:gundem / sosial / maraqli
SON XƏBƏRLƏR
İlham Əliyev indoneziyalı həmkarını təbrik etdi
Koronavirusdan sağalan həkim Cavid Paşayev evə buraxılıb (FOTO)
Bakıda 29 dərəcə isti olacaq
Xırdalanda koronavirus pandemiyası ilə əlaqədar reyd keçirildi
"HARDTalk" verlişi Paşinyanın zəifləyən reytinqini daha da aşağı saldı" ÖZƏL-MÖVQE
TƏBİB-dən ölkəyə koronavirus peyvəndlərinin gətirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycanda açıq havada fəaliyyət göstərən kafe və restoranların açılmasına icazə verildi - RƏSMİ
Deputat: “Ermənilərin bütün bu separatçı, işğalçı hərəkətlərinin qarşısını almağın bircə yolu var – Azərbaycan işğal altında olan torpaqlarını azad etməlidir”
"Rusiyanın qeyri-adekvat münasibəti münaqişənin həllində maraqlı olmadığını göstərmiş oldu” ÖZƏL-MÜNASİBƏT
Ceyhun Məmmədov:Azərbaycanın xarici siyasət xəttində artıq yeni dönəm başlayıb
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
Sabahdan Bakıda daha bir qadağa qüvvəyə minir - RƏSMİ
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
Abşeronda COVİD-19 əleyhinə aparılan təbliğat işləri bu gün də davam etdirilib
Metropoliten işçi qəbulu elan edib
Sabah bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək
Məmur övladının avtomobil kolleksiyası/Foto
Korona xəstəsi Bakıdan qaçmaq istədi, tutuldu
Abşeronda təbliğat işləri gündəlik həyata keçirilir
Çarəsiz durumda olan vətəndaşın dərdinə məlhəm olmayan İcra başçısı-Video
190 manat almaq üçün 278 min şəxsin siyahısı aidiyyəti banklara göndərilib - Nazirlik
KİV: Yeni dərs ili ilə bağlı təlimatlar verilib
Millət vəkili Dubayda iki oğlunun təhsil alması üçün 300 min dollar xərcləyib
Mobil qruplar Abşeronda təbliğat aparır
Sabahın havası açıqlandı
"Azərsu" ASC-nin sədrinə məxsus dəb-dəbəli villası-Foto
Düşmən atəşkəs rejimini pozdu
İradə Gülməmmədova Xırdalanda təbliğat işləri apardı
Ucar rayon İcra hakimiyyətində korrupsiya halları baş verir?-bir qrup şəxslər tərəfindən ağır ittiham/Video-Foto
Daha bir iri məmur övladının xaricdə olan biznesi-Foto

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla