Deputatın 15 milyonluq tender qalmaqalı böyüyür - Kimlər cəzalandırılmalıdır?

Deputatın 15 milyonluq tender qalmaqalı böyüyür - Kimlər cəzalandırılmalıdır?








"Bu birbaşa korrupsiyadır, burada birbaşa cinayət tərkibi var”.

İqtisadçı ekspert Natiq Cəfərli Sfera.az-a açıqlamasında deyib ki, deputat Mahir Abbaszadənin rəhbəri olduğu Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun 15 milyon manatlıq 3 sifarişi öz şirkəti olan "AZ. İNŞAAT –M.V.” MMC-yə verməsi faktı ciddi şəkildə araşdırılmalıdır: "
Bu, hüquq-mühafizə orqanları, məhkəmələr tərəfindən korrupsiya faktlarının sübut olunması üçün əsaslar yaradır. Azərbaycanın Tender və Satınalmalar Haqqında Qanununa görə maraq toqquşması baş verəndə bu cinayət tərkibli fakt kimi qeydə alınır”.

Həmsöhbətimiz qeyd etdi ki, belə halların olması aparılan araşdırmalar nəticəsində öz təsdiqini taparsa iş məhkəməyə getməlidir:

"Bu olmasa bir daha ölkədə ədalətin zədələndiyinin şahidi ola bilərik. Məhkəmə yolu ilə bu halın sübut olunması həmin şəxsə və onun ətrafında olanlara qarşı ciddi tədbirlərin görülməsinə gətirib çıxarmalı, Cinayət Məcəlləsi və hüququn diqtə etdiyi bütün formalarda onlara qarşı addımlar atılmalıdır ki, digərlərinə də dərs olsun. Bu yolla ayrılan vəsaitlərin qeyri-rasional xərclənməsi nəticəsində dəymiş ziyan ödənilməlidir”.
Deputatın 15 milyonluq tender qalmaqalı böyüyür - Kimlər cəzalandırılmalıdır?



















N. Cəfərlinin fikrincə, belə vəziyyətin yaranmasının əsas səbəbi cəzasızlıq mühitidir: "Cəza olmayanda insanlar bu tip qanunsuz əməllərə gedir. Ona görə də həmin addımı atanlar ciddi şəkildə cəzalanmalıdır ki, digərləri üçün də dərs olsun”.

Hüquqşünas Ələsgər Əhmədoğluna görə də bu əməldə korrupsiya ehtimalı var: "Korrupsiyaya qarşı mübarizə haqqında qanun var. Bir qurumun rəhbəri öz yaratdığı quruma 15 milyon manatlıq tender veribsə, burada artıq mənafelərin toqquşması məsələsi var. Çünki həm verən, həm də alan tərəf eynidir. Bu da korrupsiya ehtimalı yaradır. Əlbəttə ki, korrupsiya qanunvericiliyinə görə bu hal yolverilməzdir.Belə tenderlərdə yaxın adamların, qohumların iştirakı qadağan olunur”.
Deputatın 15 milyonluq tender qalmaqalı böyüyür - Kimlər cəzalandırılmalıdır?



















Hüquqşünas düşünür ki, burada səlahiyyətdən sui-istifadə halına yol verilib və nəzarətin olmaması həmin neqativ proseslərin baş verməsinə gətirib çıxarır:

"Bu baş veribsə, deməli burada hansısa şəkildə bilavasitə səlahiyyətlərdən sui-istifadə halına yol verilib. Problem ondadır ki, belə proseslərə nəzarət yoxdur. Ona iki istiqamətdə, hüquqi və ictimai müstəvidə nəzarət olmalıdır. Amma ölkədə qeyri-hökumət təşkilatları və medianın nəzarət imkanları məhdudlaşdırılıb. Hüquqi nəzarətə gələndə isə istər Hesablama Palatası və istərsə də hüquq-mühafizə orqanları bu faktları mediada yayılan andan etibarən araşdırmalıdır.
Deputatın 15 milyonluq tender qalmaqalı böyüyür - Kimlər cəzalandırılmalıdır?



















Çünki Cinayət Prosesual Məcəlləsinə görə cinayət ehtimalı olan informasiya mətbuatda yayılırsa, bu artıq prosesi araşdırmaq və cinayət işinə başlamaq üçün əsaslardan biridir. Amma bu nəzarət olmadığından vəzifəli şəxslər özlərini daha rahat hiss edir. Nəticə etibarı ilə yaranmış vəziyyət belə korrupsiya ehtimallarının baş verməsinə şərait yaradır”.
Deputatın 15 milyonluq tender qalmaqalı böyüyür - Kimlər cəzalandırılmalıdır?
Deputatın 15 milyonluq tender qalmaqalı böyüyür - Kimlər cəzalandırılmalıdır?
Deputatın 15 milyonluq tender qalmaqalı böyüyür - Kimlər cəzalandırılmalıdır?
Deputatın 15 milyonluq tender qalmaqalı böyüyür - Kimlər cəzalandırılmalıdır?
Deputatın 15 milyonluq tender qalmaqalı böyüyür - Kimlər cəzalandırılmalıdır?
Deputatın 15 milyonluq tender qalmaqalı böyüyür - Kimlər cəzalandırılmalıdır?
Deputatın 15 milyonluq tender qalmaqalı böyüyür - Kimlər cəzalandırılmalıdır?

Tarix:1-08-2020, 10:14 Baxış Sayı:203 Kateqoriya:gundem / sosial / hadise / maraqli / ustxeber
SON XƏBƏRLƏR
Abşeronda COVİD-19 əleyhinə aparılan təbliğat işləri bu gün də davam etdirilib
Metropoliten işçi qəbulu elan edib
Sabah bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək
Məmur övladının avtomobil kolleksiyası/Foto
Korona xəstəsi Bakıdan qaçmaq istədi, tutuldu
Abşeronda təbliğat işləri gündəlik həyata keçirilir
Çarəsiz durumda olan vətəndaşın dərdinə məlhəm olmayan İcra başçısı-Video
190 manat almaq üçün 278 min şəxsin siyahısı aidiyyəti banklara göndərilib - Nazirlik
KİV: Yeni dərs ili ilə bağlı təlimatlar verilib
Millət vəkili Dubayda iki oğlunun təhsil alması üçün 300 min dollar xərcləyib
Mobil qruplar Abşeronda təbliğat aparır
Sabahın havası açıqlandı
"Azərsu" ASC-nin sədrinə məxsus dəb-dəbəli villası-Foto
Düşmən atəşkəs rejimini pozdu
İradə Gülməmmədova Xırdalanda təbliğat işləri apardı
Ucar rayon İcra hakimiyyətində korrupsiya halları baş verir?-bir qrup şəxslər tərəfindən ağır ittiham/Video-Foto
Daha bir iri məmur övladının xaricdə olan biznesi-Foto
Qaydalara əməl olunmadı - 9 nəfər...
"Su hara gedir, niyə itir" sualının cavabı-Foto
Sabahın havası açıqlandı
Təbriz Məhərrəmoğlu: "Hədəfimiz təkcə ölkəmizdə deyil, ölkədən kənarda da tanınmaqdır"
Bu gündən bəzi səhalərin fəaliyyətinə icazə verildi
Beyləqan Rayon Polis Şöbəsi uğurlu əməliyyat keçirib ,saxlanılanlar var-FOTO
Deputat oğluna məxsus milyonluq mülk/Foto
Sabah 38 dərəcə isti olacaq
Metro niyə açılmır? - Səbəb açıqlandı
Deputat növbəti videoqəbul keçirdi – FOTOLAR
“Vətəndaşların sağlamlığının qorunması Azərbaycan dövləti üçün prioritetdir” ÖZƏL-MÜNASİBƏT
Daha bir məmurun mülklərinin siyahısı
Sabahın hava proqnozu

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla