Peşə təhsilinin əhəmiyyəti barədə

Peşə təhsilinin əhəmiyyəti barədə












Müasir dövrdə əmək bazarının inkişaf xüsusiyyətlərinə uyğun olaraq onun peşə ixtisasına, peşə biliklərinə malik şəxslərlə təmin edilməsi kifayət qədər aktuallıq kəsb edir. Belə ki, ümumilikdə dövlət və iqtisadiyyatın müəyyən sahələri üçün müvafiq ali təhsilli mütəxəssislərlə yanaşı, müxtəlif peşə sahələri üzrə zəruri bilik və vərdişlərə malik mütəxəssislərin hazırlanması da vacibdir.
Müxtəlif sahələrdə çalışmaq üçün mütləq şəkildə ali təhsilə malik olmaq zəruri deyil. Bu mənada müəyyən peşə ixtisası üzrə biliklərin əldə edilməsi ilə də iqtisadi və sosial həyatın müəyyən sferalarında əmək fəaliyyəti ilə məşğul olmaq mümkündür. Peşə təhsilinin əhəmiyyəti həm də onunla bağlıdır ki,ümumilikdə əmək bazarının təlabatına uyğun olaraq orta məktəbi bitirən şəxslərin əmək bazarına ixtisassız girişinin qarşısı alınır. Eyni zamanda onların ilkin bilik və bacarıqlar ilə təmin olunması səbəbilə əmək fəaliyyətinə daha hazırlıqlı başlaması, daha sonra gələcəkdə inkişaf və karyera yönümlü istiqamətdə bu təcrübənin onlar üçün yararlı olması səbəbindən peşə təhsili mühüm əhəmiyyət kəsb edir.
Bu baxımdan yaxşı olardı ki, orta məktəblərdə şagirdlərə peşə təhsilinin istiqamətləri haqqında geniş məlumat verilsin, ilkin bilik və bacarıqlar aşılansın. Cəmiyyətimizdə elə bir fikir formalaşıb ki, orta məktəbi bitirən hər kəs ali təhsil almalıdır.
Bəzən müəyyən peşə sahəsinə marağı və istəyi olan gənc valideynlərinin təkidi ilə ali məktəblərə imtahan vermək məcburiyyətində qalır. Biz bu stereotipləri qırmalıyıq, həmin gənclərə dəstək olmaq üçün müəyyən mexanizm hazırlanmalıdır. Cəmiyyətdə peşə təhsilinin vacibliyinin, əhəmiyyətinin qəbul edilməsi üçün müəyyən işlərin daha da sürətləndirilməsi zəruridir. Xüsusilə regionlarda qızların peşə təhsilinə marağının artırılması, onların təhsilə cəlb edilməsi gələcək həyatlarını qarant altına alınması baxımından xüsusi əhəmiyyət daşıyır.
Tarixin müəyyən dövrlərində peşə təhsili sosial-iqtisadi inkişafda mühüm rol oynamışdır. İkinci dünya müharibəsindən sonra çökmüş iqtisadiyyatı yenidən dirçəltmək üçün bacarıqlı peşə təhsili mütəxəssislərinə ciddi ehtiyac yaranmışdır. Hazırkı dövrümüzdə də dəyişən, modernləşən dünyada bu cür mütəxəssislərə olan təlabat danılmazdır. Bu bizim üçün də keçərlidir. Hazırda ölkədə iqtisadiyyatın ,sənayenin ,kənd təsərrüfatının hərtərəfli inkişaf etdirilməsində kadrlara böyük ehtiyac var. Qeyd etməliyik ki, ölkəmizdə kənd təsərrüfatının əksər sahələrinin inkişafı üçün hər cür şərait var. Bağçılıq, meyvəçilik, barama istehsalı, pambıqçılıq və s. sahələrə marağın artırılması və bu sahələr üzrə peşə təhsilli mütəxəssislərin hazırlanması ölkəmizin aqrar inkişafına böyük töhfə verə bilər. Paytaxt Bakıda da , regionlarımızda mərkəzləşdirilmiş peşə təhsili müəssisələri fəaliyyət göstərir. Ölkə başçısının 2016-ci il 20 aprel tarixli Fərmanı ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması da bu sahənin ölkəmizin inkişafı üçün əhəmiyyətindən xəbər verir.
Cənab Prezident İlham Əliyev yeni təhsil nazirini videoformatda qəbul edərkən peşə təhsilinin önəminə diqqət çəkmiş və bunları söyləmişdir ki, peşə təhsili xüsusi əhəmiyyət daşıyan məsələdir, xüsusilə indiki şəraitdə. Bu gün Azərbaycanda yaradılan yeni peşə məktəbləri əlbəttə ki, sovet vaxtında mövcud olan peşə məktəblərindən böyük dərəcədə fərqlənir. Sovet vaxtında daha çox orta məktəbdə böyük nəticələr əldə edə bilməyən uşaqlar 8-ci sinifdən peşə məktəblərinə üz tuturdular və bu, adi bir praktika idi. Bu gün isə peşə məktəbləri çox böyük hörmətə layiq məktəblər olmalıdır. Son illərdə bəzi xarici tərəfdaşlarla Azərbaycanda bir neçə peşə məktəbi açılıbdır və bu peşə məktəblərinə orta məktəbdə yaxşı oxuyan uşaqlar da üz tuturlar. Bunu həvəsləndirmək vacibdir, çünki bizə peşəkar kadrlar lazımdır.
Ölkəmizdə son dövrlərdə bu istiqamətdə qanunvericilikdə də dəyişiklik olmuşdur. 12 may 2020-ci il tarixdə Nazirlər Kabinetinin Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin həyata keçirilməsi Qaydası təsdiq olunmuşdur. Burada təhsilalanların peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması məqsədilə ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili və həyata keçirilməsinin qaydaları müəyyən edilmişdir. Ümid edirik ki, qəbul edilən bu qaydalar gələcəkdə peşəyönümlü təhsil istiqamətinin inkişaf etdirilməsinə istiqamət verəcək.

Tarix:6-08-2020, 13:42 Baxış Sayı:113 Kateqoriya:gundem / sosial / maraqli
SON XƏBƏRLƏR
İsmayıllının gənc başçısı nə işə yarayır ki?.. - "Gümanım ölkə başçısına, bir də Mehriban Əliyevayadır"
İcra başçısı “Zəli gölü”nə gəldi – Vəziyyət yerində araşdırıldı
Könül "Lider"dən getdi
Gəncə sakinindən İDDİA: “Atama əlillik dərəcəsi düzgün verilməyib” - FOTO
Ermənistan cəbhədə təxribat törətdi – Mövqelərimiz atəşə tutuldu
Tofiq Yaqublu aclığı dayandırdı
Naftalanın təzə icra başçısının “köhnə fəaliyyəti” - sahibkarın qanuni torpağı əlindən alınır
“Sədərək” Ticarət Mərkəzində YOXLAMA başladı: “Cavabdehlər dərhal cəzalandırılacaq”
Masazır gölündəki vəziyyətlə bağlı rəsmi açıqlama
İnsanları ölümə sürükləyən "BakuBus" - Yarımmilyonluq texnika, yoxsa..?
Ermənistan silahlı bölmələri Tovuzdakı mövqelərimizi atəşə tutub
Səttar Mehbalıyev ailəsini ölkədən qaçırdıb? - İDDİA
Ermənilərlə davaya görə həbs olunan azərbaycanlılar azadlığa buraxıldı
Ucarın kəndi bir ildir susuz qalıb - VİDEO
Bakıda qışa hazırlıqlarla bağlı cavabdeh şəxslər təyin edildi
Xətai rayonunun Keşlə qəsəbəsində, Babək prospektində yerləşən "Dalğa" və Suraxanı rayonundakı “Maral” restoranı
Baş redaktordan Komitə sədrinə müraciət...
Karantin məkanı kimi istifadə edilən hotellərin fəaliyyəti bərpa edildimi – açıqlama
Deputat Azərbaycanın “Facebook” və “Twitter”lə müqavilə bağlamasını təklif edir
Pensiya sistemində yeni təkmilləşdirmələr aparılacaq
"Azərişıq ASC" ti işçiləri necə istismar edir-VİDEO
Yasamal sakinlərinin problemi öz həllini tapdı - VİDEO
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
“Sədərək” və “Binə” gizli fəaliyyət göstərirmiş – ŞOK VİDEO
Cəbhədə gərginlik: erməni hərbçi öldü – Video
Üzrxahlıq edən deputat məsuliyyətə cəlb olunmaya bilər
Qanunsuz tikililərlə bağlı RƏSMİ XƏBƏRDARLIQ
Bakı elektrik qatarlarında təmassız ödənişlərin sınaqlarına başlanıldı
Şəhid evini söküb məscid tikmək istəyən şəxs həbs edildi
Cəbhədə atəşkəs yenidən pozuldu

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla