Təbriz Məhərrəmoğlu: "Hədəfimiz təkcə ölkəmizdə deyil, ölkədən kənarda da tanınmaqdır"

Təbriz Məhərrəmoğlu: "Hədəfimiz təkcə ölkəmizdə deyil, ölkədən kənarda da tanınmaqdır"











Bu gün "Yeni Gündəm" informasiya portalının fəaliyyətə başlamasının 3 ili tamam olur. Qaynarinfo "Yenigundem.Az" saytının baş redaktoru, "Gündəm Media Group"un rəhbəri Təbriz Məhərrəmoğlu ilə müsahibəni təqdim edir.

- "Yeni Gündəm" informasiya portalının fəaliyyəti ilə bağlı məlumat verərdiniz...
- "Yeni Gündəm" informasiya portalı 10 avqust 2017-ci ildə fəaliyyətə başlayıb. 2019-cu ildən etibarən "Gündəm Media Group"un tərkibində fəaliyyətini davam etdirir. Portalımız üç il ərzində özünəməxsus fəaliyyət xətti ilə seçilib və minlərlə oxucunun əsas informasiya mərkəzi kimi formalaşıb.

- Ölkəmizdə kifayət qədər xəbər saytları fəaliyyət göstərir. "Yenigundem.Az"ın bu rəqabət fəaliyyətini necə qiymətləndirirsiniz?
- Həqiqətən bugün ölkəmizdə yüzlərlə xəbər saytı fəaliyyət göstərir. Heç kəsə sirr deyil ki, informasiya almaq istəyən oxucu üçün ən operativ vasitə xəbər saytlarıdır. Bizim də məqsədimiz ən qısa zamanda, dəqiq və operativ olaraq xəbərləri oxuyucalara çatdırmaqdır. Bugün ölkəmizdə tanınan və özünəməxsusluğu ilə seçilən media orqanları var ki, onlarla rəqabət aparmaq çətindir. Lakin biz həmin media orqanları ilə rəqib yox, dostuq. Sevindirici haldır ki, əksər media orqanları arasında sıx əlaqə var və hər hansı bir məsələyə digər mətbuat qurumları operativ olaraq reaksiya verirlər. Qeyd etdiyim kimi, saytımız 3 ildir fəaliyyət göstərir, lakin qısa zamanda bəzi saytların neçə illərdir əldə etmədiyi nəticələri əldə edib. Bu da bizi sevindirir və daha güclü olmağa təkan verir. Çalışırıq ki, fəaliyyətimizdə jurnalistlərin peşə davranışı kodeksinə maksimum riayət edək, qərəzdən və qeyri-obyektivlikdən uzaq olaq.

- Fəaliyyətinizlə digər qurumlardan fərqləndirən hansı xüsusiyyətləri deyə bilərsiniz?
- Təbii ki, informasiya saytlarının ən birinci məqsədi, dəqiq, qərəzsiz və ən qısa zamanda oxucuları informasiya ilə təmin etməkdir. Bizim üçün də bu məqsəd ən ali prinsipdir. Bununla yanaşı, fəaliyyətə başladığımız ilk gündən etibarən vətəndaşları narahat edən problemlərin işıqlandırılması, onların şikayətlərinin aidiyyatı qurumlara çatdırılması və həmin məsələlərin aradan qaldırılması məqsədini həyata keçiririk. Təkcə Bakıda deyil, həm də bölgələrimizdə indiyə kimi yüzlərlə vətəndaşlarımızı narahat edən məsələlər həll olunub və bu proses bundan sonra da davam etdiriləcək.
Xüsusi diqqət və həssas yanaşdığımız məsələlərdən biri də vətənpərvərlik hisslərinin təbliğidir. İstər saytımız, istərsə də sosial şəbəkələrdə səhifələrimiz üzərindən müntəzəm olaraq qəhrəmanlarımız və şəhidlərimiz haqda paylaşımlar edilir, qazilərimizlə silsilə görüşlər keçirilir və işıqlandırılır. Vətənə olan sevgimiz bizi bunu etməyə vadar edir. Bundan savayı "Yeni Gündəm" informasiya portalı yerli və beynəlxalq əhəmiyyətli bir sıra layihələrdə informasiya dəstəkçisi kimi çıxış edib. Həmçinin müxtəlif sosial layihələrdə, tədbirlər və aksiyalarda fəaliyyəti ilə seçilib.

- Gələcək fəaliyyətinizlə bağlı nə yeniliklər gözlənilir?
- Əlbəttə, biz indiyə kimi əldə etdiyimiz uğurlarla kifayətlənməyəcəyik. "Yeni Gündəm" öz fəaliyyətini daha da genişləndirəcək, yeni layihələr ilə öz oxuyucaları qarşısına çıxacaq. Hədəfimiz daha böyük izləyici auditoriyası toplamaqdır və bu istiqamətdə fəaliyyət planı hazırlamışıq. Doğrudur, bütün dünyanı əhatə edən koronavirus bəlası müəyyən qədər işlərimizə mane olsa da, biz öz fəaliyyətimizi tam sürətlə davam etdiririk. Hədəfimiz təkcə ölkəmizdə deyil, ölkədən kənarda da tanınmaq və Azərbaycan həqiqətlərinin dünyada təbliğ edilməsi işində ciddi informasiya ruporuna çevirməkdir.
Bizi izləyən, bizimlə birgə fəaliyyət göstərən, fəaliyyətimizi dəyərləndirən və işıqlandıran hər kəsə təşəkkürümü bildirirəm.

Tarix:10-08-2020, 13:57 Baxış Sayı:80 Kateqoriya:gundem / sosial
SON XƏBƏRLƏR
İsmayıllının gənc başçısı nə işə yarayır ki?.. - "Gümanım ölkə başçısına, bir də Mehriban Əliyevayadır"
İcra başçısı “Zəli gölü”nə gəldi – Vəziyyət yerində araşdırıldı
Könül "Lider"dən getdi
Gəncə sakinindən İDDİA: “Atama əlillik dərəcəsi düzgün verilməyib” - FOTO
Ermənistan cəbhədə təxribat törətdi – Mövqelərimiz atəşə tutuldu
Tofiq Yaqublu aclığı dayandırdı
Naftalanın təzə icra başçısının “köhnə fəaliyyəti” - sahibkarın qanuni torpağı əlindən alınır
“Sədərək” Ticarət Mərkəzində YOXLAMA başladı: “Cavabdehlər dərhal cəzalandırılacaq”
Masazır gölündəki vəziyyətlə bağlı rəsmi açıqlama
İnsanları ölümə sürükləyən "BakuBus" - Yarımmilyonluq texnika, yoxsa..?
Ermənistan silahlı bölmələri Tovuzdakı mövqelərimizi atəşə tutub
Səttar Mehbalıyev ailəsini ölkədən qaçırdıb? - İDDİA
Ermənilərlə davaya görə həbs olunan azərbaycanlılar azadlığa buraxıldı
Ucarın kəndi bir ildir susuz qalıb - VİDEO
Bakıda qışa hazırlıqlarla bağlı cavabdeh şəxslər təyin edildi
Xətai rayonunun Keşlə qəsəbəsində, Babək prospektində yerləşən "Dalğa" və Suraxanı rayonundakı “Maral” restoranı
Baş redaktordan Komitə sədrinə müraciət...
Karantin məkanı kimi istifadə edilən hotellərin fəaliyyəti bərpa edildimi – açıqlama
Deputat Azərbaycanın “Facebook” və “Twitter”lə müqavilə bağlamasını təklif edir
Pensiya sistemində yeni təkmilləşdirmələr aparılacaq
"Azərişıq ASC" ti işçiləri necə istismar edir-VİDEO
Yasamal sakinlərinin problemi öz həllini tapdı - VİDEO
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
“Sədərək” və “Binə” gizli fəaliyyət göstərirmiş – ŞOK VİDEO
Cəbhədə gərginlik: erməni hərbçi öldü – Video
Üzrxahlıq edən deputat məsuliyyətə cəlb olunmaya bilər
Qanunsuz tikililərlə bağlı RƏSMİ XƏBƏRDARLIQ
Bakı elektrik qatarlarında təmassız ödənişlərin sınaqlarına başlanıldı
Şəhid evini söküb məscid tikmək istəyən şəxs həbs edildi
Cəbhədə atəşkəs yenidən pozuldu

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla