"HARDTalk" verlişi Paşinyanın zəifləyən reytinqini daha da aşağı saldı" ÖZƏL-MÖVQE

"HARDTalk" verlişi Paşinyanın zəifləyən reytinqini daha da aşağı saldı" ÖZƏL-MÖVQE











“Ermənistanın baş naziri Nikol Paşinyanın BBC telekanalının məşhur “HARDtalk” verilişinin radio versiyasının avqustun 14-də yayımlanmış növbəti buraxılışında olan çıxışı bir daha işğalçı ölkə rəhbərinin heç bir tarixi faktoloji əsasa söykənmədiyinin və primitiv siyasi natiqlik qabiliyyətinə malik olduğunun bariz nümunəsi oldu”.

Dogruxeber.az bildirir ki,bunu “Yeni Gündəm”-ə açıqlamasında millət vəkili Anar Məmmədov deyib.

Deputatın sözlərinə görə, yəqin ki, Aşqabadda MDB liderlərinin qarşısında və Münhen Təhlükəsizlik Konfransında olduğu kimi, bu dəfə də Ermənistan cəmiyyətinin bütün zümrələrindən Paşinyana tənqid yağdırılacaq: “Çünki işğalçı ölkə rəhbəri üçün konkret meydan oldu və Paşinyan doğrudan da, özünü orada realizə edə bilmədi. Nəzərə alsaq ki, dövlət başçısı beynəlxalq platformada və məşhur telekanallarda öz çıxışı və müsahibəsi ilə bütün xalqı təmsil edir, deyə bilərik ki, Paşinyan həm şəxsi göstəricilərinə, həm də ümumi mövzuya yanaşmaya görə növbəti dəfə məğlub olaraq rəzil duruma düşdü.

Artıq iki ildir ki, Paşinyan verdiyi vədlərin heç birini həyata keçirmədi və buna görə də Ermənistan rəhbərliyi daxili faktordan çəkinərək öz hakimiyyətini itirməkdən qorxur, danışıqlarda manipulyasiya etməklə regionda işğal faktorunu davam etdirir. İşğalçı da həmin auditoriyada çıxıb suallara cavab vermək əvəzinə, sadəcə, sualdan yayınmağa və suala aid olmuyan cavablar verməklə və ya yalana güc verməklə həqiqətdən yayındı. Yaxşı olardı ki, Paşinyan özünə tərcüməçi götürərdi, nəinki elə gülməli vəziyyətə düşəydi. O meydanda belə göründü ki, Paşinyan məğlub tərəf olmasını artıq özü də qəbul edib. Beləliklə, işğalçı bu dəfə də bütün erməni xalqını biabır etdi. Hesab edirəm ki, “HARDTalk” verlişi onsuz da Paşinyanın zəifləyən reytinqini daha da aşağı saldı. Ermənistan baş nazirinin növbəti dəfə siyasi iflasa uğraması faktını, hətta Ermənistan mətbuatı və ictimaiyyəti də yenidən etiraf etmək məcburiyyətindədir. Yəqin ki, həmişə olduğu kimi, erməni təbliğat maşını bu dəfə də onu düşdüyü bu rəzil durumdan xilas etməyin yollarını axtaracaq”.

Tarix:15-08-2020, 14:45 Baxış Sayı:174 Kateqoriya:gundem / siyaset / sosial / maraqli
SON XƏBƏRLƏR
Yardımlıda təhsil sistemi çöküb... - İTTİHAM
Dərsliklərdə koronavirus TƏHLÜKƏSİ
60 yaşlı qadın media nümayəndələrinə müraciət etdi
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
Metropolitendən MÜHÜM YENİLİK
Cimerlik.az saytı fəaliyyətini dayandırdı - SƏBƏB
Təhsil naziri Emin Əmrullayevə 53 saylı məktəbin rəhbərliyindən ŞİKAYƏT EDİLDİ
Ələt qəsəbəsinin baxmısız vəziyyətdə olmasına səbəbkar kimlərdir? — FOTOLAR
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
Müdafiə Nazirliyi təlimdən görüntülər yaydı - Video
AMEA-dan yaşı 65-i ötmüş işçilərlə bağlı AÇIQLAMA
Qarabağ veteranından Prezidentə müraciət-FOTO
Müdafiə Nazirliyi cəbhə xəttindəki vəziyyətlə bağlı məlumat yayd
1-ci Vitse Prezidenti evinə dəvət edən vətəndaş
“Nar” qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırdı
Oktyabrda toylar bu qaydalarla keçirilə bilər - AÇIQLAMA
Deputat Əziz Ələkbərli Saatlı rayonunun Əliabad, Məmmədabad, Genişkənd və Qazanbatan kəndlərində seçicilərlə görüşdü
Şirkət rəhbəri prezidentə müraciət etdi
Yaşamalda baş verən hadisənin maraqlı tərəfləri üzə çıxdı-VİDEO
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
İsmayıllının gənc başçısı nə işə yarayır ki?.. - "Gümanım ölkə başçısına, bir də Mehriban Əliyevayadır"
İcra başçısı “Zəli gölü”nə gəldi – Vəziyyət yerində araşdırıldı
Könül "Lider"dən getdi
Gəncə sakinindən İDDİA: “Atama əlillik dərəcəsi düzgün verilməyib” - FOTO
Ermənistan cəbhədə təxribat törətdi – Mövqelərimiz atəşə tutuldu
Tofiq Yaqublu aclığı dayandırdı
Naftalanın təzə icra başçısının “köhnə fəaliyyəti” - sahibkarın qanuni torpağı əlindən alınır
“Sədərək” Ticarət Mərkəzində YOXLAMA başladı: “Cavabdehlər dərhal cəzalandırılacaq”
Masazır gölündəki vəziyyətlə bağlı rəsmi açıqlama
İnsanları ölümə sürükləyən "BakuBus" - Yarımmilyonluq texnika, yoxsa..?

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla