Qəzənfər Ağayevi görən varmı? - Sakinlər başçını axtarır












Keçən günlərdə məlumat yayıldı ki, Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin fəaliyyəti son zamanlar hiss olunmur. Qeyd edək ki, ölkədə koronavirus pandemiyası demək olar ki, bütün dövlət qurumlarını aktiv fəaliyyətə səfərbər edib. Dövlət başçısının tapşırıq və göstərişlərinə əməl edən icra başçıları mütəmadi onlayn konfranslar keçirir, əhalinin problem və qayğılarının həlli ilə məşğul olurlar. Ancaq Azərbaycanda baş verən bu hadisələr sanki Astara rayon İcra Hakimiyyətinə aid deyil.

Dogruxeber.az DİA.AZ-a istinadən bildirir ki, bununla yanaşı vurğulanırdı ki, rayon icra hakimiyyətləri öz fəaliyyətləri, rayonda aparılan abadlıq-quruculuq işləri, əhali ilə keçirilən görüşlər barədə mütəmadi rəsmi saytlarında məlumatlar yayırlar. Lakin Astara rayon İcra Hakimiyyətinin rəsmi saytında ən son xəbər may ayının 19-da yerləşdirilib. May ayından bu günədək Astara rayon İcra Hakimiyyətinin saytında rayona aid olan heç bir xəbər yerləşdirilməyib. Azərbaycanda ikinci belə bir rayon yoxdur ki, 3 aydan artıq bir müddətdə heç bir tədbir keçirməsin. Bu özü Qəzənfər Ağayevin vəzifəsinə necə məsuliyyətsiz yanaşmasının əyani sübutudur.

Astara rayon sakinləri bildirir ki, onlar da may ayından bəri icra başçısının qəbuluna düşə bilmirlər: "Yazılanları oxuyuruq, saytlardan xəbər tuturuq ki, sən demə, jurnalistlər də icra başçısını tapa bilmir... Daha biz biçarələr nə edək?"

Sakinlər bildirir ki, dəfələrlə Astaradakı özbaşınalıqlardan "yuxarılara" şikayət etsələr də, xeyri olmayıb: "Burda nəsə sirr var. Sanki kimsə şikayətlərimizi lazımi ünvana çatdırmır, zibil qutusuna atır. Elə müraciətlərimizin birində yazmışdıq ki, Qəzənfər Ağayevi görən varmı? Yəni "yuxarılardan"da soruşuruq ki, bizim başçı hardadır..."

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...


Oxunub: 577

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

"İstifadə etdiyimiz qazın bir hissəsi Azərbaycanındır" - Simonyan

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

Bu şəhərdə pizza və dondurma yemək qadağan olunacaq

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Sümbülə Əliyeva dövlətdən ayrılan 201 min manat vəkil haqqını mənimsəyib

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Cəmi 150 dəqiqədə sintetik almazlar yaratmaq olacaq

Ayaq üstə işləmək faydalıdır?

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia

AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Azərbaycanda balıq ovu qadağan edilir

İsveç Avropada ən pis müharibə ssenarisinə hazırlaşır - "Bloomberg"

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər

Bütün xəbərlər