Qazax səhiyyəsinə sahib çıxan tapılacaqmı?













Əslində bu bir iddia deyil. Həqiqətdir. Yaşı 65-i keçmiş Qazax Rayon Səhiyyə Şöbəsinin müdiri Sevda Məmmədova hələ ki, yerindədir. Onun vaxtı ilə hansısa işini bilməyən birisi tərəfindən Qazax səhiyyəsinə baş həkim kimi namizədliyini irəli sürənin bu gün özü də böyük bəla və təşviş içərisindədir. Kadrından bərk şikayətçidir. Çünki Sevda Məmmədovanın gəlişi səhiyyədə anarxiya, özbaşınalıq və mənəmlilik yaratdı. Yalnız özünə işləyən qadın Qazax səhiyyəsində çirkin oyunlarla həmin oyunlardan qidalanların gözündə yaxşı ola bildi. Sevda Məmmədovanın baş həkim işlədiyi vaxtdan bu günə kimi nələrin sahibi olmasını hesablamaq üçün ancaq sovet dönəmində təhsil almış bacarıqlı mühasibə ehtiyac duyulur.

Xəstəliyi ilə bağlı işi düşənlərin telefonuna cavab verməyən, ancaq icra hakimiyyətində işləyənlərin qısa bir zəngində ayağa duran, xəstələri saatlarla qapılar arxasında gözlətməkdən zövq alan, haqlı şikayətləri böhtan kimi qarşılayan və kimsəsizlərə “divan” tutan bu qadının nəyə xidmət etməsi məlum məsələdi. Sevda Məmmədova Prezidentin koronavirusla bağlı ayırdığı küllü miqdarda vəsaiti yaxın adamlarının adına yazaraq yeyən şəxslərdən biridir. Bakıya xəstə adı ilə gedənlərə verilən arayışların 70 faizi Sevda Məmmədovanın xeyiri üşün olub. Onun bu yaxınlarda Qazax Şəhər Doğum Evinin müdiri Aynur Namazlıya tutduğu “divan” da unudulası deyil. Gəldiyi gündən rüşvətxorluğu və korrupsiyanı özünə və gələcəyinə əsas meyar hesab edən Sevda Məmmədovaya həlkə ki, hüquq-mühafizə orqanlarından “dur!” deyən yoxdur.

Sevda Məmmədova həqiqi əlilliyə ehtiyacı olan vətəndaşlara da biganəliklə yanaşır. O, ancaq özünə yaxın olan, onun “ağ xalatını işıqlandıran” insanlarla sövdələşə bilir. Belə yerdə rəhmətlik Nəriman Nərimanovun dahiyanə sözündən də yan keçməmək olmur : “ Qadınlara hüquq verilsə də, vəzifə verilməsin” (Təbii ki, bu Nərimanovun sözüdür). Sevda Məmmədova da həmin qadınlardandı. Vəzifəyə gəlişi Qazax səhiyyəsini çökdürməklə, rüşvətxorluq yaratmaqla, haqqını tələb edən xəstəni yalnız şərləmək metodu ilə yadda qalır. Prezidentin sadə vətəndaşlara qarşı özünü yekəxana aparan və yerində olmayan məmurlara aid söylədiyi son çıxışlarını yenə imkansız, əzilən təbəqə alqışlasa da, Sevda Məmmədova kimiləri əhəmiyyət belə vermir. Ona görə ki, Prezidentin təpgisi belələrinə sərf eləmir. Əksinə, Sevda Məmmədova daha da aqressivləşmiş, vətəndaşlara “xox” gəlməsi ilə işini davam etdirməkdədir.

Həqiqət bu qadın üçün həmişə kölgədə qalır. Sevda Məmmədovanın Qazax Səhiyyəsində yaratdığı özbaşınalığın bir səbəbi də Səhiyyə nazirliyi ilə TƏBİB arasında yaranmış anlaşımazlıqdır. Baş həkimlərin gələcəkdə kiminlə işləməsi sual altındadı. Nə yaxşı ki, Sevda Məmmədovanın yaş həddi artıq bitib. Qanunlarımızın aliliyinəı hörmətlə yanaşanlar yaş həddinin 65 olduğunu bilərək, yəqin ki Sevda Məmmədovanı dincəlməyə göndərib, Qazax səhiyyəsini bu qadının yaratdığı çirkin əməllərdən təmizləmiş olacaqlar. Bunu etsələr, Prezident cənab İlham Əliyevə sadiqliklərini, qanunlarımıza hörmətlə yanaşmağı ifadə etmiş olacaqlar.
(Azerbaycanrealligi.com)


Oxunub: 586

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

"İstifadə etdiyimiz qazın bir hissəsi Azərbaycanındır" - Simonyan

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

Bu şəhərdə pizza və dondurma yemək qadağan olunacaq

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Sümbülə Əliyeva dövlətdən ayrılan 201 min manat vəkil haqqını mənimsəyib

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Cəmi 150 dəqiqədə sintetik almazlar yaratmaq olacaq

Ayaq üstə işləmək faydalıdır?

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia

AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Azərbaycanda balıq ovu qadağan edilir

İsveç Avropada ən pis müharibə ssenarisinə hazırlaşır - "Bloomberg"

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər

Bütün xəbərlər