İcra başçısı şəhid ailələrinə və Qarabağ veteranlarına qarşı zidd mövqeydə-VİDEO

İcra başçısı şəhid ailələrinə və Qarabağ veteranlarına qarşı zidd mövqeydə-VİDEO







Son zamanlar ölkə başçısı cənab İlham Əliyevin dövlət məmurları, o cümlədən də icra başçılarının özbaşınalığına son qoymaq, yerli sakinlərin incidilməsinin qarşısını almaq üçün ciddi tədbirlər gördüyü hər kəsə məlumdur. Nəzərinizə çatdıraq ki, bu ciddi tədbirlər öz bəhrəsini yetərincə göstərməyə davam edir ki, bu da cənab Prezidentin uğurlu siyasətinin digər qoludur. Amma hələ də bəzi icra başçıları demək olar ki, qeyd olunan tədbirlərə nəinki, məhəl qoymur, hətta ölkə başçısının verdiyi tapşırıqlara əməl belə etmirlər. Bu da öz növbəsində rəhbərin etimadını doğrultmamaq və ona olan etibardan sui-istifadə edilərək birbaşa xəyanət deməkdir. Rəhbərə xəyanət edən xalqına da xəyanət etmiş olur. Xalqına xəyanət edən isə düşmənlə eyni vəzifəni daşımış sayılır.

"DogruXeber.az" informasiya agentliyinin redaksiyasına daxil olan şikayətlərin “Baş Qəhrəman”ı bu dəfə Xocavənd rayonunun 28 illik icra başçısı Eyvaz Hüseynovdur. Həmin Eyvaz Hüseynov ki, başçılıq etdiyi rayonun sakinlərinin tənqidlərinin, eyni zamanda şikayətlərin baş obrazına çevrilib. "MUM Tv" kanalımıza şikayətlərinin ətraflı işıqlandırılması üçün müraciət edən Xocavənd rayonunun Qaradağlı kənd sakinləri tükürpədici iddialarla öz şikayətlərini və dərdlərini ürək yanğısıyla açıb danışdılar.



Şikayətçi Məmmədov Rüzgar Qarabağ veteranıdır. Müsahibəsində Eyvaz Hüseynovun şəhid ailələrinə birmənalı yanaşmadığını, onları diqqətdən kənar saxladığını bildirir. Rüzgar bəyin dediklərinə əsasən icra başçısı 28 illik vəzifə dönəmində yalnız öz ailə üzvləri və qohumlarının yaxşı şəraitdə yaşaması üçün yüksək səviyyədə şərait yaratıb. Əsas diqqət öz qohum-əqrabalarının yaşam rifahına yönəlib. Həmçinin Eyvaz Hüseynov kasıb şəhid ailələrinin, müharibə veteranlarının dolanışıq üçün torpaq sahələrinin verilməsi xahişlərini kəskin şəkildə rədd edir, heç bir şəhid ailəsi boş qalan torpaq sahələrindən istifadə edə bilmir. Əksinə, Nərgiztəpə adlanan yerdə hektarlarla torpaqları 1000 manat qarşılığında icarəyə verir, həmçinin qardaşının həmin ərazidə 1800 hektar torpaq sahəsi var. Məmmədov Rüzgarın dediklərindən belə məlum olur ki, Xocavənd rayon icra başçısının yerli sakinlərlə bilinməyən intriqası var və başçıyla sadə sakinlər arasındakı körpü illərdi ki, yanıb kül olub.

Digər şikayətçi Hüseynov M. bildirir ki, bir vaxtlar sakinlərin öz zəhmətiylə yetişdirdiyi üzüm sahəsi Eyvaz Hüseynovun göstərişi ilə məhv edilib. Məhv edilməklə yanaşı sakinlər o torpaqlara yaxın belə gedə bilmirlər. Həmçinin rayonda dövlət tərəfindən quraşdırılan artezian suları da icra başçısının nəzarəti altında öz sahələrində istifadə olunur. Şikayətçi icra başçısının hektarlarla tut bağının olduğunu və qeyri-qanunu yolla spirt istehsalının həyata keçirildiyini iddia edir. Daha da acınacaqlısı isə sakinlərin öz zəhməti hesabına ucaltdığı şəhidlər abidəsinin suyunu kəsmək prosesidir. Amma məsələ bununla da bitmir. Sakinlər deyir ki, biz o abidəni Xocavənd rayonunda ucalda bilmədik və bunun da başlıca səbəbi Eyvaz Hüseynovun abidə tikildiyi təqdirdə sökdürəcəyi ilə bağlı xəbərdarlığı idi. Nəticədə sakinlər Beyləqan ərazisindəki Haramı düzündə bu abidəni öz vəsaitləri hesabına tikiblər. Əməkdaşlarımızı ən çox sarsıdan iddialardan biri isə icra başçısının göstərişi ilə əmisi oğlunun şəhid ailələrini təhqir etmək, aşağılamaq və sarsıtmaq məqsədiylə yerli sakinlərin ucaltdığı şəhidlər abidəsi üzərinə erməni bayrağının qoyulması idi. Ağır itkilər vermiş şəhid ailələri bu hadisədən sonra səbr kasalarının dolduğunu bildirdilər. Onlar yekdilliklə bildirirlər ki Xocavənd rayon icra başçısı şəhidlərə heç bir hörmət qoymur. Bu azmış kimi fermada ürək dayanmasından dünyasını dəyişən qardaşına şəhid statusu verərək özünə rayon və ölkə daxilində nüfuz qazanmağa çalışır. Xülasə iddialardan belə qənaətə gəlmək olar ki, icra başçısı Xocavənd rayonunu tamamilə öz mülkünə çevirib və böyük, nüfuzlu nəsil şəcərəsi qurmağa çalışır.

Əgər erməni bayrağı qanı bahasına şəhid olan övladların abidəsi üzərinə qoyulursa və bu həqiqətdirsə o zaman Xocavənd rayon sakinləriylə yanaşı ümumən Azırbaycan xalqı da təhqir olunub. O həmin ölkənin bayrağıdır ki, millətimizə qarşı dünya üzrə ən amansız soyqırım törədib, qoca, qadın, uşaq demədən canlarına qıyıblar.

Bu hələ son deyil...!!!

Növbəti buraxlışlarımızda rayon xəstəxanasında baş verən analoji hadisələrdən və illər əvvəl daşıdığı vəzifəsində buraxdığı ciddi nöqsanlara görə vəzifəsindən azad edilən baş həkim,növbəti dəfə eyni vəzifəyə necə qayıtması barədə bəzi məlumatları diqqətinizə çatdıracağıq.

Adları çəkilən şəxs və qurumların mövqelərini işıqlandırmağa hazırıq!

Tarix:5-09-2020, 10:33 Baxış Sayı:286 Kateqoriya:gundem / siyaset / sosial / hadise / bolge / maraqli / ustxeber
SON XƏBƏRLƏR
İsmayıllının gənc başçısı nə işə yarayır ki?.. - "Gümanım ölkə başçısına, bir də Mehriban Əliyevayadır"
İcra başçısı “Zəli gölü”nə gəldi – Vəziyyət yerində araşdırıldı
Könül "Lider"dən getdi
Gəncə sakinindən İDDİA: “Atama əlillik dərəcəsi düzgün verilməyib” - FOTO
Ermənistan cəbhədə təxribat törətdi – Mövqelərimiz atəşə tutuldu
Tofiq Yaqublu aclığı dayandırdı
Naftalanın təzə icra başçısının “köhnə fəaliyyəti” - sahibkarın qanuni torpağı əlindən alınır
“Sədərək” Ticarət Mərkəzində YOXLAMA başladı: “Cavabdehlər dərhal cəzalandırılacaq”
Masazır gölündəki vəziyyətlə bağlı rəsmi açıqlama
İnsanları ölümə sürükləyən "BakuBus" - Yarımmilyonluq texnika, yoxsa..?
Ermənistan silahlı bölmələri Tovuzdakı mövqelərimizi atəşə tutub
Səttar Mehbalıyev ailəsini ölkədən qaçırdıb? - İDDİA
Ermənilərlə davaya görə həbs olunan azərbaycanlılar azadlığa buraxıldı
Ucarın kəndi bir ildir susuz qalıb - VİDEO
Bakıda qışa hazırlıqlarla bağlı cavabdeh şəxslər təyin edildi
Xətai rayonunun Keşlə qəsəbəsində, Babək prospektində yerləşən "Dalğa" və Suraxanı rayonundakı “Maral” restoranı
Baş redaktordan Komitə sədrinə müraciət...
Karantin məkanı kimi istifadə edilən hotellərin fəaliyyəti bərpa edildimi – açıqlama
Deputat Azərbaycanın “Facebook” və “Twitter”lə müqavilə bağlamasını təklif edir
Pensiya sistemində yeni təkmilləşdirmələr aparılacaq
"Azərişıq ASC" ti işçiləri necə istismar edir-VİDEO
Yasamal sakinlərinin problemi öz həllini tapdı - VİDEO
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
“Sədərək” və “Binə” gizli fəaliyyət göstərirmiş – ŞOK VİDEO
Cəbhədə gərginlik: erməni hərbçi öldü – Video
Üzrxahlıq edən deputat məsuliyyətə cəlb olunmaya bilər
Qanunsuz tikililərlə bağlı RƏSMİ XƏBƏRDARLIQ
Bakı elektrik qatarlarında təmassız ödənişlərin sınaqlarına başlanıldı
Şəhid evini söküb məscid tikmək istəyən şəxs həbs edildi
Cəbhədə atəşkəs yenidən pozuldu

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla