"Azərişıq ASC"nin "frıldağı"nı məcburi köçkünlər necə ifşa etdilər-VİDEO

"Azərişıq ASC"nin "frıldağı"nı məcburi köçkünlər necə ifşa etdilər-VİDEO



















Azərbaycanda məmur və sadə vətəndaş arasında olan fərq dünyanın heç bir ölkəsində yoxdur. Olsa da bizdə olan fərq qədər deyil. Bəs görəsən bunun səbəbi nədir? Səbəblərə gəlincə, bir çox səbəblər qeyd etmək olar,amma onlardan ən başlıcası tamahkar olmalarıdır.

Yəqin ki,hər kəs indi qeyd edəcəyimiz hadisədən məlumatlıdır. Məmurlarımızdan biri Qəbələ rayonundan keçərkən gözəl və təm-təraqlı bir ev görür və maşını mənzilə yaxın saxlatdıraraq sürücüsünü həmin mənzilə göndərib deyir ki,get gör bu mənzili satırlarsa alıram. Sürücü gedib qapıda duran mühafizəçidən mənzilin satılıb-satılmadığını soruşur,mühafizəçi isə bu mənzilin böyük bir məmura məxsus olduğunu və heç vaxt satıla bilməyəcəyini bildirir. Sürücü qayıdıb gəlir və oliqarx məmura bildirir ki,mühafizəçi təkidlə bildirdi ki,bu mənzil yüksək məmurların birinə məxsusdur və heç vaxt satıla bilməz. Oliqarx məmurda maraq oyanır ki,görəsən hansı məmura məxsusdur və dərhal sürücünü yenidən mənzilə göndərib bildirir ki, get gör hansı məmurundur. Sürücü yenidən mühafizəçinin yanına qayıdır və israrla soruşur ki,bu mənzil hansı məmura məxsusdur bəs? Mühafizəçi, sürücünü göndərən oliqarx məmurun adını deyəndə sürücü təəccüb edir və təkrar olaraq soyadını da soruşandan sonra tələsik maşına qayıdır və bildirir ki,ey "alihəzrət" bu ki,sizin öz malikanənizdir..!!

Bəli bu bir nağıla bənzəyir,amma ötən illərin həqiqi hadisəsidir. Təbii ki,hər kəs yaxşı bilir ki,söhbət kimdən gedir,amma bu hadisəni nəql etməkdə məqsədimiz,sadəcə tamahlarına sahiblik edə bilməyən və mal-mülklərinin sayını itirən acgöz,tamahkar və oliqarx məmurların gözlərinin doymamasıdır ki,bizi təəccübləndirir. Bu gün isə diqqətinizə çatdıracağımız mövzu həmin yüksək məmurlardan birinin sadə vətəndaşlardan özünü necə yüksək hesab etməsi və villalarından birində sadə vətəndaşlardan fərqli olaraq hansı işləri gördürdüyü barədə olacaqdır.

Yəqin ki,ötən buraxlışımızda "Azərişq ASC"i haqqında gedən yazını yaxşı xatırlayırsınız. Kiçik xatırlatma olsun deyə qısa olaraq həmin məlumatdan təkrar yaddaş edirik. Belə ki,illər öncədən Qaradağ rayon Müşviqabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış müasir standartlara uyğun olan şəhərcikdə 10.000-nə yaxın sakin "Azərişıq ASC"in səhlənkarlıq və yarıtmazlığı ucbatından əziyyət çəkirlər. Söhbət qəsəbədəki işıq sayğaclarından gedir..!! Hansı ki,bu qoyulan cihaz hansı versiyayladırsa,sadəcə bir məntəqədən balans artırmaq mümkündür. Bu isə insanların böyük növbələrinin yaranmasına səbəb olur.

Əlbəttə ki,sürətlə inkişafa doğru gedən bir dövlətdə əhali üçün ən vacib və maliyyə baxımından isə ən gəlirli bir qurumun bu qədər geridə qalması təəccüb doğurur. Amma hesab edirik ki,bu cür bir qurumun geridə qalmasının ən başlıca səbəblərindən biri budur ki,qurum rəhbəri və tabeliyində olanlar,qurumun çıxarlarından çox öz şəxsi çıxarlarının peşindədirlər. Xülasə,bu mövzu barəsində ötən buraxlışlarımızda kiçik də olsa bəhs etmişdik,amma bu gün diqqətinizə bir neçə maraqlı məqamları çatdırmaq istəyirik. Bilin ki, "DogruXeber.az" informasiya agentliyində gedən məlumatdan sonra dərhal qurumun mətbuat xidmətindən agentliyimizlə telefon əlaqəsi saxlanıldı və xahiş edildi ki,gedən yazını durduraq və qısa müddət ərzində qeyd etdiyiniz nöqsanları aradan qaldıracağıq. Biz isə öz böyüklüyümüzü nümayiş etdirərək edilən xahişi nəzərə aldıq və yazını müvəqqəti olaraq dondurduq.

Əlbəttə ki,məqsədimiz əhalinin probleminin aradan qalxması idi ki,biz də bunu nəzərə aldıq. Bəli,deyildiyi kimi operativ olaraq köçkün şəhərciyində sayğacların dəyişdirilmə prosesi həyata keçrilirdi ki,hər şey birdən birə dəyişdi. Dəyişən isə yenə də qurumun saxta niyyəti və böyük bir korrupsiyanı ört-bastır etmək kimi məqsədləri olmuşdur. Amma... Ammasını birazdan siz də biləcəksiniz. Bildiyiniz kimi,məcburi köçkünlərin kommunal xidmət haqlarını,müəyyən məbləğdə dövlət özü ödəyirdi. Bu gedişat isə 2017-ci ildən dəyişdi və dövlət mənzillə təmin etdiyi köçkünlər üçün,sabit qaydada kommunal xərclər üçün müəyyən olunmuş məbləği nağd qaydada hər bir köçkün ailəsinin plastik kartlarına yüklədi. Bu günə qədər də proses bu cür davam etdirilir. Amma məsələnin qaranlıq tərəfləri də buradan yaranmağa başlayıb. Biz isə burada qaranlıq qalan tərəfləri izah etməyə çalışacağıq. Maraqlıdır "Azərişıq ASC"i necə böyük bir maliyyəni büdcədən öz hesablarına keçirməyə çalışıblar.

Diqqətinizə çatdıraq ki,Müşviqabad qəsəbəsində köçkünlər üçün inşa edilən yaşayış şəhərciyi 2013-cü ilin Mart ayından etibarən köçkünlərin istifadəsinə verilib. Diqqət edin ki,köçkünlər həmin qəsəbədə 4 ilə qədər yaşayandan sonra (yəni 2017-ci ilə qədər) müvafiq qərar verilir və verilən kommunal xidmət haqları bayaq qeyd etdiyimiz qayda üzrə plastik kartlara yüklənir. Deməli o 4 il ərzində yüklənən məbləğlər hər bir məcburi köçkünün balansına yüklənmişdir. Bu isə elə olurdu ki,bir çox ailələrdə istifadə az olduğu üçün balanslarında olan işıq vəsaiti böyük rəqəmlərlə qalmış olurdu. Hətta mənzil var ki,bu günə qədər hesabında 1000 manatdan artıq vəsait var və bu məbləği isə Dövlət Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Komitəsi tərəfindən "Azərişıq ASC"nə ödənilmişdir. Bu gün isə o vaxt ödənilən məbləğin üzərindən xətt çəkməyə çalışan "Azərişıq ASC"i qəsəbədə böyük haqlı vətəndaş narazılığı ilə üz-üzə qaldı və başladıqları sayğac dəyişdirmə prosesi 40 mənzillə kifayətləndi.

Hansı ki,dəyişdirdikləri 40 sayğac üzərində böyük məbləğin olması və o məbləğlər ki,komitə tərəfindən zamanında sözügedən quruma ödənilmiş və indi də həmin məbləği vətəndaşa geri qaytarmaq istəmirdilər. Amma mübariz sakinlər heç vaxt haqsızlıqla barışmadıqları üçün qanuni addımlar ataraq üst dairələrə rəsmi müraciət etdilər və bu haqda da mətbuat vasitəsi ilə bütün baş verənləri ictimaiyyətə çatdırdılar. Sonunda qara əməllərinin üzərinin açıldığını görən "Azərişıq ASC"i tez bir zamanda sözügedən sakinlərin sayğaclarının üzərində olan vəsaiti təmin etdilər. Hətta özləri haqsız ola-ola qabaqdan gəlmişlik edib şüar etmişdirlər ki,guya biz sayğacları dəyişdirmək istəyirik sakinlər isə bizə mane olurlar. Amma işin əsası buradadır ki,olan balansları mənimsəmək isdədikləri üçün,sakinlər buna etiraz edib balanslarını tələb edirdilər və etdikləri haqlı tələbə də nail oldular. Məlumunuz olsun ki,qəsəbə təxminən 1400 mənzildən ibarətdir və mənzillərin təxminən 600-dən çox olan sayğacının üzərində böyük vəsait vardır. İndi o vəsaitlərin "çatısını" boğazlarına keçirə bilməyən yarıtmaz "Azərişıq ASC"i bu məsələnin həllini vətəndaşların öhdəsinə buraxıb.

Bununla hələ məsələ bitmir,bu qurumun o qədər "macəra"ları var ki,yazıb qurtarmaq olmur. Amma bir agentlik olaraq söz veririk ki,yorulmadan sonuna qədər bu qurumun bütün əyri addımlarını və yarıtmaz fəaliyyətlərini siz dəyərli oxucuların diqqətinə çatdıracağıq.

Qayıdaq yuxarıda bəhs etdiyimiz sədr müavininin sadə vətəndaşlardan fərqli olaraq "villa"sında gördüyü işə. Bir neçə ay öncə redaksiyamıza Abşeron rayon Novxanı qəsəbəsi "Qurd dərəsi" adlanan ərazi sakinlərindən işıqla bağlı çox-saylı müraciətlər daxil olmuşdur. Müraciətdə əsasən işığın normadan hədsiz dərəcədə aşağı olması və qeyri normal olan işığın ucbatından məişət cihazlarının tez-tez yanmasıyla nəticələndiyi qeyd olunmuşdur. Müraciətdə ən diqqət cəlb edən məqam isə budur ki,həmin ərazidə "Azərişıq ASC"in sədr müavini Ramil Yusifovun da mənzili vardır. Amma tam fərqli.

Fərqi isə bundadır ki,hörmətli R.Yusifov səlahiyyətindən sui-istifadə edərək mənzilinin yaxın məsafəsinə iki yarımstansiya transformatorları qoyduraraq elektrik enerjisindən əziyyət çəkməməsi üçün,mənzilinə yüksək naqillərlə işıq çəkdirib. Məhz elə bu baxımdandır ki,mənzilinin görünən tərəflərində 8-ə yaxın kondisionerin olması elektrik enerjisinin yüksəkliyindən xəbər verir. Amma sadə vətəndaşlar isə ildə iki-üç dəfə elektik enerjisinin qeyri normal verilməsi ucbatından xeyli dərəcədə ziyan çəkirlər. Bəs görəsən R.Yusifovda bu qədər arxayınçılıq və qorxmamazlıq haradan qaynaqlanır? Açıq-aydın şəkildə sadə vətəndaşlardan fərqli əmələ imza atması onu deməyə əsas verir ki,daşıdığı vəzifədə özünü "ağa" hesab edir və xalqı isə "kölə" zənn edir. Ümidvarıq ki,ölkə Prezidenti cənab İlham Əliyev bizim məlumatlarımıza nəzər salar və tezliklə bu cür özlərini xalqın "ağa"sı zənn edən məmurları o kürsüdən aşağı endirərək layiq olduqları zindanla əvəzləyər. İnşəallah...!!!
"DogruXeber.az"

Redaksiya qarşı tərəfin söz haqqını tanıyır:

Məsələyə qayıdacağıq...!!!

Tarix:10-09-2020, 11:13 Baxış Sayı:451 Kateqoriya:gundem / siyaset / sosial / hadise / maraqli / ustxeber
SON XƏBƏRLƏR
İsmayıllının gənc başçısı nə işə yarayır ki?.. - "Gümanım ölkə başçısına, bir də Mehriban Əliyevayadır"
İcra başçısı “Zəli gölü”nə gəldi – Vəziyyət yerində araşdırıldı
Könül "Lider"dən getdi
Gəncə sakinindən İDDİA: “Atama əlillik dərəcəsi düzgün verilməyib” - FOTO
Ermənistan cəbhədə təxribat törətdi – Mövqelərimiz atəşə tutuldu
Tofiq Yaqublu aclığı dayandırdı
Naftalanın təzə icra başçısının “köhnə fəaliyyəti” - sahibkarın qanuni torpağı əlindən alınır
“Sədərək” Ticarət Mərkəzində YOXLAMA başladı: “Cavabdehlər dərhal cəzalandırılacaq”
Masazır gölündəki vəziyyətlə bağlı rəsmi açıqlama
İnsanları ölümə sürükləyən "BakuBus" - Yarımmilyonluq texnika, yoxsa..?
Ermənistan silahlı bölmələri Tovuzdakı mövqelərimizi atəşə tutub
Səttar Mehbalıyev ailəsini ölkədən qaçırdıb? - İDDİA
Ermənilərlə davaya görə həbs olunan azərbaycanlılar azadlığa buraxıldı
Ucarın kəndi bir ildir susuz qalıb - VİDEO
Bakıda qışa hazırlıqlarla bağlı cavabdeh şəxslər təyin edildi
Xətai rayonunun Keşlə qəsəbəsində, Babək prospektində yerləşən "Dalğa" və Suraxanı rayonundakı “Maral” restoranı
Baş redaktordan Komitə sədrinə müraciət...
Karantin məkanı kimi istifadə edilən hotellərin fəaliyyəti bərpa edildimi – açıqlama
Deputat Azərbaycanın “Facebook” və “Twitter”lə müqavilə bağlamasını təklif edir
Pensiya sistemində yeni təkmilləşdirmələr aparılacaq
"Azərişıq ASC" ti işçiləri necə istismar edir-VİDEO
Yasamal sakinlərinin problemi öz həllini tapdı - VİDEO
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
“Sədərək” və “Binə” gizli fəaliyyət göstərirmiş – ŞOK VİDEO
Cəbhədə gərginlik: erməni hərbçi öldü – Video
Üzrxahlıq edən deputat məsuliyyətə cəlb olunmaya bilər
Qanunsuz tikililərlə bağlı RƏSMİ XƏBƏRDARLIQ
Bakı elektrik qatarlarında təmassız ödənişlərin sınaqlarına başlanıldı
Şəhid evini söküb məscid tikmək istəyən şəxs həbs edildi
Cəbhədə atəşkəs yenidən pozuldu

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla