Anar Məmmədov: Azərbaycan dövləti infeksiyanın yayıldığı ilk günlərdən vəziyyəti nəzarətə götürüb














“Deep Knowledge Group” təşkilatı tərəfindən koronavirusla bağlı dünyanın ən təhlükəsiz 100 ölkələrinin siyahısında Azərbaycan 59-cu yeri tutub və pandemiya ilə bağlı ən təhlükəsiz ölkələr siyahısına daxil edilib. Qonşu ölkələrdən Türkiyə 36-cı, Gürcüstan 40-cı, Rusiya 45-ci, Ermənistan isə 73-cü sırada qərarlaşıb. Araşdırma müəlliflərinin də qeyd etdiyi kimi, reytinq bir sıra tibbi, iqtisadi və siyasi aspektlər nəzərə alınaraq tərtib edilib. Bu günədək ölkəmizdə 500 mindən çox test aparılıb ki, adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada təxminən 40-cı yerdə qərarlaşıb. Azərbaycan dövləti infeksiyanın yayıldığı ilk günlərdən vəziyyəti nəzarətə götürüb, genişmiqyaslı tədbirlər həyata keçirməyə başlayıb, istər insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələləri uğurla həll edib. Belə ki, səhiyyə sisteminin restruktizasiyası, tibbi sənayenin inkişafı fonunda COVID-19 virusunun diaqnostikası, habelə bu xəstəliyin müalicəsi üçün zəruri olan Avropa istehsalı olan laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr Azərbaycana gətirilib, paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar, karantin zonaları yaradılıb, eləcə də modul tipli xəstəxanalar qurulub.”

Bu fikirləri “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov qeyd edib ki, Azərbaycan dövləti pandemiya dövründə əhalinin sosial müdafiəsinin təmin edilməsi ilə bağlı böyük maliyyə tutumuna malik qərarlar qəbul edərək yenə də öz vətəndaşlarının yanında olmaq nümunəsi sərgiləyir: “İndiki şəraitdə həssas qruplardan olan, eləcə də pandemiyanın təsirlərinə məruz qalan sahələrdə çalışan insanların sosial müdafiəsinin gücləndirilməsinə yönələn genişmiqyaslı dəstək tədbirləri diqqəti xüsusi olaraq cəlb edir. Bu məqsədlə büdcədən böyük məbləğdə vəsait ayrılıb. Məhz məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 paket reallaşdırılıb və Prezident İlham Əliyev tərəfindən elan edilən dəstək tədbirləri ilə 5 milyona yaxın vətəndaşı əhatə edən məşğulluq, sosial rifah istiqamətinə təqribən 3,5 milyard manat vəsait ayrılıb. Həmçinin, işsizlərlə bağlı problemlər öz həllini tapıb, əhalinin sosial rifahını qorumaq üçün digər mühüm addımlar atılıb. Bütün bunlar bir daha dövlətimizin humanist mahiyyətini, onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını sübut edir.”

Deputat vurğulayıb ki, bu gün yoluxma hallarının artım dinamikasına yol verilməməsi üçün vətəndaşlar COVID-19 infeksiyasının müalicəsi üçün vaksin tapılana kimi mümkün qədər məsuliyyətli davranmalı, maksimum özünü və ətrafını qorumağa davam etməlidir. Yalnız belə olan halda, virusa qalib gəlmək mümkündür.


Oxunub: 555

Son xəbərlər

YAŞILLIĞI KİMLƏR VƏ NƏ SƏBƏBƏ MƏHV EDİR - CAVABDEH QRUMLAR NİYƏ SUSUR?

"Mən sübut edə bilərəm ki, vedrə ölçü vahididir"

"Noldu ki, bu boyda məhbusların olduğu ölkədə təkcə Arif Hacılının oğlu azadlığa çıxdı?"

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Qərbi azərbaycanlıların qayıdışı Bakının strateji hədəflərindəndir

Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gedir? — Siyavuş Novruzov

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

"Ukraynanın sağ qalması ABŞ üçün vacibdir" - Tramp

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

"Xəzər TV"nin məşhur verlişi bağlanacaq

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI

ABŞ İsrailin İrana zərbə endirməsini dəstəkləir

Sabah 30 dərəcə isti olacaq

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

"Satınalmalarda ciddi problemlər mövcuddur" - Vahid Əhmədov

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Tuskdan Zelenskiyə sui-qəsddə Rusiyaya kömək edən polyakın həbsinə reaksiya

Fransanın növbəti diplomatları Azərbaycandan qovulub - "Observer Online" yazır

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Bədənimizdəki şişlər nədən xəbər verir?

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

"Əli Kərimli və ətrafı Prezidentdən üzr istəməlidir" - Deputat

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Vüqar Gülməmmədov parlamentdə hesabat verir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

Azərbaycan nefti ucuzlaşdı

“Azərişıq” Şirvanda elektrik şəbəkəsini yenidən qurur

Bütün xəbərlər