Azərbaycanda rusdilli məktəblər bağlanır? — AÇIQLAMA

Azərbaycanda rusdilli məktəblər bağlanır? — AÇIQLAMA










“Son zamanlar Azərbaycanda rusdilli məktəblərin fəaliyyəti ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Əslində təhsil sahəsinə aid olan məsələ mövcud şəraitdə siyasiləşdirilir. Zənnimcə, bu iki məsələ ayrılmalıdır”.


Dogruxeber.az Editor.az-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.

O qeyd edib ki, uzun illər post-sovet məkanında rus dilinin vəziyyətinin və rusdilli məktəblər məsələsinin siyasi mövzu olması təbii haldır: “Bu, bir tərəfdən Rusiyanın geosiyasi mövqeyi, digər tərəfdən müstəqil dövlətlərin daxili siyasətindəki bəzi proseslərlə bağlı olub. Müsbət haldır ki, Azərbaycanda etnik rus mənşəli əhaliyə qarşı heç bir ayrı-seçkilik yoxdur və onlar Azərbaycan Respublikası Konstitusiyasının Azərbaycanın digər vətəndaşları üçün tanıdığı hüquqlardan tam şəkildə yararlana bilirlər. Rus məktəblərinə gəldikdə, qeyd etmək lazımdır ki, Azərbaycan dövlət büdcəsindən bu məktəblərin fəaliyyəti tam maliyyələşdirilir. Lakin bu məsələdən siyasi divident qazanmaq istəyi uğursuzdur. Ermənistanda rus məktəblərinin sayının əhaliyə nisbətən az olmasına və ümumiyyətlə, son vaxtlar ölkənin daxili siyasətində hökm sürən anti-rus meyllərinə baxmayaraq Tovuz hadisələrinin gedişatı göstərdi ki, Rusiya dövləti öz ənənəvi müttəfiqini dəstəkləməkdə davam edir.

Bu baxımdan Azərbaycanda rusdilli məktəblərin fəaliyyətinə təhsil və iqtisadi inkişaf kontekstində baxmaq lazımdır. Ölkənin müstəqilliyinin möhkəmlənməsi eyni zamanda rəsmi Azərbaycan dilinin güclənməsini və hər bir vətəndaşı tərəfindən sərbəst istifadə edilməsini tələb edir. Bununla yanaşı, müasir iqtisadi inkişaf xarici dillərin və ilk növbədə ingilisi dilinin mənimsənilməsini labüd edir”.

F.Şəfiyev vurğulayıb ki, Azərbaycanda olan rusdilli məktəblərin şagirdləri təhsillərini başa vurduqdan sonra rəsmi Azərbaycan dilini mükəmməl səviyyədə bilmir, həmçinin onların rus dilində biliklərinin səviyyəsi də bir çox hallarda qənaətbəxş olmur: “Beləliklə, mövcud şəkildə fəaliyyət göstərən rusdilli məktəbləri nə təhsil, nə də siyasi məqsədlərə cavab vermir. Eyni zamanda ənənəvi olaraq bu məktəblərdə müəyyən akademik baza mövcuddur. Azərbaycanda fəaliyyət göstərən rus dilli məktəblər beynəlxalq təcrübəyə əsasən ikidilli (immersion) sistemə keçə bilər. Bir sıra dövlətlərdə və regionlarda, məsələn, Kanadada və ABŞ-ın ispandilli əhalisinin yaşadığı ştatlarında bu sistem tətbiq olunur. Bu sistemə əsasən məktəblərdə akademik fənlərin tədrisi iki dildə paralel aparılır. Məsələn, bizim təcrübədə kimya Azərbaycan, fizika rus və ya tarix Azərbaycan, ədəbiyyat rus dilində tədris oluna bilər(Bu çərçivədə müxtəlif variantlar təklif oluna bilər). Beləliklə, təhsilini başa vuran şagird ilk növbədə rəsmi Azərbaycan dilini, daha sonra xarici dili, indiki halda rus dilini əsaslı şəkildə mənimsəyər. Bu təcrübə eyni zamanda gələcəkdə digər dillərlə, məsələn, ingilis dili ilə bağlı da tətbiq oluna bilər.

Nəticə etibarilə, rus dilli məktəb məsələsi siyasi gündəmdən çıxmalı və sırf Azərbaycanın elmi-tədris müstəvisində inkişaf etdirilməlidir”.

Tarix:15-09-2020, 12:10 Baxış Sayı:48 Kateqoriya:gundem / sosial
SON XƏBƏRLƏR
İsmayıllının gənc başçısı nə işə yarayır ki?.. - "Gümanım ölkə başçısına, bir də Mehriban Əliyevayadır"
İcra başçısı “Zəli gölü”nə gəldi – Vəziyyət yerində araşdırıldı
Könül "Lider"dən getdi
Gəncə sakinindən İDDİA: “Atama əlillik dərəcəsi düzgün verilməyib” - FOTO
Ermənistan cəbhədə təxribat törətdi – Mövqelərimiz atəşə tutuldu
Tofiq Yaqublu aclığı dayandırdı
Naftalanın təzə icra başçısının “köhnə fəaliyyəti” - sahibkarın qanuni torpağı əlindən alınır
“Sədərək” Ticarət Mərkəzində YOXLAMA başladı: “Cavabdehlər dərhal cəzalandırılacaq”
Masazır gölündəki vəziyyətlə bağlı rəsmi açıqlama
İnsanları ölümə sürükləyən "BakuBus" - Yarımmilyonluq texnika, yoxsa..?
Ermənistan silahlı bölmələri Tovuzdakı mövqelərimizi atəşə tutub
Səttar Mehbalıyev ailəsini ölkədən qaçırdıb? - İDDİA
Ermənilərlə davaya görə həbs olunan azərbaycanlılar azadlığa buraxıldı
Ucarın kəndi bir ildir susuz qalıb - VİDEO
Bakıda qışa hazırlıqlarla bağlı cavabdeh şəxslər təyin edildi
Xətai rayonunun Keşlə qəsəbəsində, Babək prospektində yerləşən "Dalğa" və Suraxanı rayonundakı “Maral” restoranı
Baş redaktordan Komitə sədrinə müraciət...
Karantin məkanı kimi istifadə edilən hotellərin fəaliyyəti bərpa edildimi – açıqlama
Deputat Azərbaycanın “Facebook” və “Twitter”lə müqavilə bağlamasını təklif edir
Pensiya sistemində yeni təkmilləşdirmələr aparılacaq
"Azərişıq ASC" ti işçiləri necə istismar edir-VİDEO
Yasamal sakinlərinin problemi öz həllini tapdı - VİDEO
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
“Sədərək” və “Binə” gizli fəaliyyət göstərirmiş – ŞOK VİDEO
Cəbhədə gərginlik: erməni hərbçi öldü – Video
Üzrxahlıq edən deputat məsuliyyətə cəlb olunmaya bilər
Qanunsuz tikililərlə bağlı RƏSMİ XƏBƏRDARLIQ
Bakı elektrik qatarlarında təmassız ödənişlərin sınaqlarına başlanıldı
Şəhid evini söküb məscid tikmək istəyən şəxs həbs edildi
Cəbhədə atəşkəs yenidən pozuldu

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla