Pensiya sistemində yeni təkmilləşdirmələr aparılacaq

Pensiya sistemində yeni təkmilləşdirmələr aparılacaq











Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, pensiya təminatının inkişafına, sığorta-pensiya sisteminin təkmilləşdirilməsinə istiqamətlənən islahatlar davam etdirilir. Dünya təcrübəsində pensiya islahatları başlıca olaraq sərt sığorta prinsiplərinin güclənməsinə yönəlsə də, Azərbaycanda bu islahatlar ilk növbədə pensiyaçıların maraqlarına, pensiyaların davamlı artımına, sosial təminat sistemində humanist yanaşmaların güclənməsinə xidmət edir.

Dogruxeber.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a verilən məlumata əsasən bildirir ki, bunun göstəricisi kimi, ötən il və cari ilin əvvəlində pensiyalarda əhəmiyyətli artımlar edilib, 2019-cu ilin əvvəlindən fərdi hesabında ən kiçik məbləğdə belə pensiya kapitalı qeydə alınanlara 25 il sosial sığorta stajı hədiyyə edildi. Yalnız son bir ilin pensiya artımları pensiyaçılarımıza illik əlavə olaraq 1 milyard manatdan artıq vəsait ödənilməsini nəzərdə tutur. Təkcə bu ilin 8 ayında pensiya təminatı üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə 576,5 milyon manat (24%) çox olmaqla 3 milyard manata yaxın vəsait yönəldilib. Eləcə də son bir ildə pensiyalarda 30%-dək artım qeydə alınmaqla orta aylıq pensiya 300 manata, yaşa görə pensiyanın orta aylıq məbləği 25,2% çoxalaraq 330 manata yaxın olub.

Habelə 2020-ci ilin əvvəlindən pensiya yaşına çatan, lakin pensiya hüququ yaranmayan şəxslərə yaşa görə müavinət almaq hüququ verilib və artıq 20 mindən çox şəxs bu hüquqdan yararlanıb. Eyni zamanda, ailə başçısını itirmiş ailələr üçün 2020-ci ilin əvvəlindən iki təminat növündən – ailə başçısını itirməyə görə pensiya və ya ailə başçısını itirməyə görə müavinətdən daha yüksək məbləğdə olanını seçmək, sağlamlıq imkanları məhdud uşaqlara sağlamlıq imkanları məhdudluğa görə müavinətlə birgə ailə başçısını itirməyə görə müavinəti və pensiyanı da almaq hüququ verilib.

Hazırda pensiya qanunverciliyində nəzərdə tutulan köklü dəyişikliklər də vətəndaşların sosial təminat sahəsində hüquqlarının, pensiyaçıların sosial müdafiəsinin daha dolğun təminatına, onların daha üstün məbləğdə ödənişlər almalarına şərait yaradılmasına xidmət edir. Məsələn, hazırda aparılan islahatlar:

pensiyaçının öz seçiminə uyğun olaraq hüququ olan istədiyi digər pensiya növünə, o cümlədən, yaşa görə pensiyadan əlilliyə görə pensiyaya keçə bilməsinə imkan verilməsi,

ailə başçısını itirmiş şəxsə hüququ yaranan, məbləği daha çox olan əmək pensiyası və ya sosial müavinəti seçmək hüququnun verilməsi,

ailə başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvünün özünün pensiya və ya müavinət hüququ yarandıqda, həmin vaxta qədər aldığı, yəni ailə başçısını itirməyə görə onun payına düşən pensiya məbləğinin digər ailə üzvləri arasında bölüşdürülməsi,

Əmək şəraiti zərərli və ağır işlərdə çalışanların güzəştli pensiya təminatına əlçatanlığının artırılması,

Pensiyanın yenidən hesablanmasında pensiyaçıların mənafeyinə uyğun mexanizmin tətbiqi,

Pensiya təyinatları sahəsində proaktiv xidmətlərin genişləndirilməsi və pensiyanın yenidən hesablanmasının avtomatlaşdırılması və s. kimi istiqamətləri əhatə edir.

Onu da qeyd edək ki, hazırkı islahatlarla bağlı pensiya qanunvericiliyində nəzərdə tutulan dəyişikliklərin layihəsində xüsusi şərtlərlə pensiya təyin olunmuş şəxslərin (hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və b.) pensiyaları ilə bağlı hər hansı təklif mövcud deyil.

Xüsusi şərtlərlə pensiya təyin olunmuş şəxslərin pensiya təminatı ilə bağlı hər hansı təşəbbüs və təkliflər olduqda, həmin şəxslərin mənafeyinə, davamlı pensiya artımına xidmət edəcək. Bu məsələlərlə bağlı təkliflər olarsa açıqlanaraq ictimai müzakirə şəraitində baxılacaq.

Hazırda aparılan islahatların məqsədi – pensiya artımına, hər bir şəxsin layiqli pensiya təminatına yönəlib ki, bu da dövlətin sosial siyasətində əsas prioritetlərdən birini təşkil edir.

Tarix:17-09-2020, 11:37 Baxış Sayı:60 Kateqoriya:gundem / sosial
SON XƏBƏRLƏR
29 obyektdə qaydalara əməl olunmadığı aşkarlandı
Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpası başladı - FOTOLENT
Prezident İlham Əliyevin Yaponiyanın "Nikkei" qəzetinə müsahibəsinin-TAM MƏTNİ
Vəng kəndinin Çinarlı adlandırılması məsələsi MM-in plenar iclasına tövsiyə edilib
Ermənistana məxsus daha bir PUA məhv edildi
Qarabağda döyüşməyə gələn erməni Federasiya prezidenti məhv edildi - FOTO
“İti qovan” PUA-ları Ordumuzun istifadəsinə verildi
İşğaldan azad olunmuş ərazilərdə yeraltı sərvətlərlə bağlı araşdırmalara başlanılır - RƏSMİ
Abşeronda COVİD-19 əleyhinə növbəti reyd keçirildi – sürücülər cərimələndi
Zaqatala bazarı dezinfeksiya edildi
Yardımlı rayon təhsil müəssisəsində nələr baş verir?-VİDEO
Ermənilərə dəstək verən Tatulovanın Bakıdakı kafesi bağlandı
Ermənistanın növbəti PUA-sı məhv edildi
Armen Sarkisyan Brüsselə gedib
Baş nazirin müavini Əli Əhmədov Gəncəyə gedib
Erməni təxribatı nəticəsində 63 mülki şəxs həlak olub, 292 nəfər yaralanıb
Goranboyun başçısından rüsvayçılıq: üstümüzə ağzı söyüşlü qadın göndərdi, iş polisdə... - Təfərrüat
Müdafiə Nazirliyi: “Xudafərinlə bağlı erməni tərəfinin yaydığı məlumat dezinformasiyadır”
Koronavirusu nəfəslə müəyyən etmək mümkün olacaq
İlham Əliyevdən işğaldan azad edilmiş torpaqlarımızla bağlı paylaşım
Düşmənin ölən daha 43 hərbçisinin adı açıqlandı - Siyahı
Zəngilan işğaldan azad olundu
Polislər yaralı əsgərlərimizi ziyarət etdilər - FOTOLAR
XİN: Ceyhun Bayramovun Vaşinqtonda Pompeo və həmsədrlərlə görüşü gözlənilir
MN: Tərtər və Ağdam rayonlarının əraziləri atəşə tutulur
Nazir: “Düşmən işğaldakı torpaqlarda endemik bitkiləri məhv edib”
Aprel döyüşlərində iştirak etmiş daha bir erməni məhv edildi - Foto
Gəncə təxribatı: Rəsmi şəxslər sakinlərlə görüşdü - Foto
“Nar” cəbhəyanı bölgələrə dəstəyini davam etdirir
Prokurorluq: Ermənilərin atəşi nəticəsində Ağdamda 4 nəfər xəsarət alıb

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla