Baş redaktordan Komitə sədrinə müraciət...

Baş redaktordan Komitə sədrinə müraciət...












Bu gün ölkədə və dünyada baş verən məlumatları anında ölkə ictimaiyyətinin diqqətinə çatdırmağı özünə şərəfli peşə hesab edən və qeyri-şərtsiz bu peşəni icra edən "DogruXeber.az" informasiya agentliyinin təsisçi və baş redaktoru Kamal Əsgərov olaraq Dövlət Qaçqınlar və Məcburi Köçkünlərin İşləri Üzrə Komitə sədri cənab Rövşən Rzayevə müraciət edirəm.

Çox hörmətli Rövşən Rzayev..!!

Bir daha diqqətinizə çatdırmaq istəyirəm ki,bir zamanlar sizin hazırda rəhbərlik etdiyiniz Komitəyə rəhbərlik edən sabiq Komitə sədri Əli Həsənov o məqamı özü üçün əbədi səltənət hesab edirdi. Amma o və onun kimi bir çox "şişmiş" məmurlara bir daha sübut olundu ki,məqam və mövqe müvəqqətidir. Odur ki,verilən mövqe və məqamdan layiqincə istifadə etmək lazımdır. Əlbəttə ki,bu məsələlər barəsində sizinlə əyani görüşümüz zamanı kiçik mübadilə də etmişdik. O vaxt,hətta Ə.Həsənovun qəbuluna düşməyin müşkül olması barədə açıq fikirlərimi bildirmişdim. Nəhayət ki,sizin kimi humanist,alicənab və səmimi bir sədrin olmasına inanaraq,sizə böyük ümidlər bəsləmişdim. Təbii ki,ilk dəfə növbəli görüşümüz vaxtı qardaşımın mənzillə bağlı problemini diqqətinizə çatdırmışdım,siz isə mənə söz verərək bildirmişdiniz ki,Qobu 3 yaşayış kompleksinin açlılışından sonra sizin yanınıza gəlim və məsələni sizin xatirinizə salım. Bəli dediyiniz kimi də oldu,mən artıq sözügedən açılışdan sonra iki dəfə növbədən kənar qəbulunuzda olmuşam və məsələni olduğu kimi sizə xatırlatmışam. Amma çox təəssüflər olsun ki,məsələ hələ də öz həllini tapmayıb və hələ də qardaşım və yaxınlarım o ağır şəraitdə yaşamağa məhkumdurlar. Cənab sədr,nəzərinizə çatdırım ki,bu günə qədər müxtəlif yollarla sizin qəbulunuza düşüb fikirlərimi əyani olaraq diqqətinizə çatdıra bilirdim. Amma bu gün bir daha mənə sübut olundu ki,artıq sizinlə əyani görüşmək bizə çox məhdud olunub. Ümidvaram ki,mətbuat katibi və köməkçiniz Vüqar müəllimdən maraqlasanız onlar səbəblərini izah edəcəklər. Nəhayət bir daha bildirmək istəyirəm ki,mənim sizə əyani olaraq bildirilməli olduğum çox önəmli fikirlərim vardır. Odur ki,sizdən ilk olaraq xahişim budur ki,məni qəbul edəcəyiniz vaxtı mətbuat katibinə bildirəsiniz və o da mənimlə telefon əlaqəsi saxlasın.

Tarix:17-09-2020, 12:59 Baxış Sayı:465 Kateqoriya:gundem / sosial / hadise / maraqli / ustxeber
SON XƏBƏRLƏR
Ağsunun icra başçısından xəbər var: Ölməyib!
Kərəm Həsənov tərəfindən obyekti əlindən alınan vətəndaş Mehriban xanım Əliyevaya müraciət etdi- İntihar anonsu verdi
Hüseynqulu Bağırovun ailə üzvlərinin Londondakı biznesi iflic olub-SƏBƏBLƏR
Müharibənin “Hacı dayı”sı: "Hər yeri goreşən kimi qazıblar..."
Karantin qaydaları sərtləşəcək?
Cənnətdən bir guşə: Nazirlik Kəlbəcərin çayları və gölləri ilə bağlı hərəkətə keçdi - RƏSMİ
Bu gün SMS icazə bərpa olunacaq? - MİLLƏT VƏKİLİ
“Lotu Quli”nin qardaşı Rusiyada davaya səbəb oldu: Yaralılar var
Azad olunmuş ərazilərdə yol infrastrukturu bu cür olacaq
“Nar” “COVID-19” virusu ilə mübarizə aparan həkimlərə rabitə dəstəyini davam etdirir
İcra başçısı yaralı əsgərin evinə 50 manat göndərdi - Goranboyda rüsvayçılıq... -VIDEO
Döyüşlərdə iştirak edən bu şəxslərə - Şad xəbər
“AzerGold” QSC-nin fəaliyyəti nəticəsində indiyədək ölkə iqtisadiyyatına 527 milyon manatdan çox vəsait cəlb edilib
Səfərbərliyə cəlb edilən tələbələrlə bağlı YENİ XƏBƏR
Sumqayıt ŞİH-nə “basqınları” kim təşkil edir? Şikayət var, şikayətçilər isə qeybə çəkilib! – Araşdırma
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
Sərt karantin rejimində maşın təmir etmək baha başa gəldi
İşğaldan azad olunmuş Ağdamın Abdal və Gülablı kəndləri - Video
FHN polkovniki dövlət sirrini yaydığı üçün həbs edilib - Məhkəmə qərarı
Azərbaycanda aprel ayındakı sərt karantin rejiminə yenidən qayıdılır?
Abşeronda COVID-19 infeksiyası ilə bağlı genişmiqyaslı reydlər bu gün də davam etdirilib –FOTOLAR
Minlərlə məhkum vaxtından əvvəl həbsdən azad edildi - VİDEO
Azərbaycanda "sms icazə" sistemi bərpa edilir?
Vətən Müharibəsi şəhidinin yarımçıq qalan evini nazirlik tikəcək - FOTO
Yaralanmış əsgər İcra başçısından ailəsinə kömək istədi,amma... Video/Foto
Ermənilər Ağdamda bu qalanı niyə dağıtmayıb? - Video
Astarada koronavirus xəstəsi evdən çıxdı, polis saxladı
Baş Prokurorluq: Erməni hərbçilərinin meyitlərinə qarşı təhqiredici hərəkətlərlə bağlı videoların çoxu saxtadır
Neftçalanın gənc başçısı sakinlərlə maraqlanmır? – GİLEY
Xızıda evdən pul oğurlandı - FOTO

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla