Xətai rayonunun Keşlə qəsəbəsində, Babək prospektində yerləşən "Dalğa" və Suraxanı rayonundakı “Maral” restoranı

Xətai rayonunun Keşlə qəsəbəsində, Babək prospektində yerləşən "Dalğa" və Suraxanı rayonundakı “Maral” restoranı


Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəsi cənab Fuad Heydərova
Surəti: Azərbaycan Respublikasının İqtisadiyyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi cənab Orxan Nəzərliyə
Surəti: Bakı şəhər Baş Polis İdarəsinin rəisi cənab Mirqafar Seyidova
Surəti: Suraxanı rayon prokuroru cənab Vüqar Hüseynova
Surəti: Xətai rayon prokuroru cənab Qabil Qasımova

Məlum edirik ki, tərəqqipərvər kütləvi informasiya vasitəsi olan “Azerinfo.az” informasiya agentliyi cəmiyyətdə qanunsuzluqların, cinayətkarlığın bütün növ təzahürlərinə qarşı mübarizə işinə həmişə gərəkən informasiya dəstəyi vermiş, hüquq-mühafizə orqanlarına etibarlı tərəf müqabili kimi çıxış etmişdir.
Müşahidə etmişik ki, yüngüləxlaq qadınları istismar etməyi biznesə çevirən işbazlar “ailəvi” istirahət mərkəzləri, “masaj” salonları, “kafe-restoran” adı altında işlətdikləri obyektləri əslində “priton” kimi istifadə edirək, hətta koronavirus infeksiyasına yoluxma hallarının daha çox qeydə alındığı dönəmdə də gizli fəaliyyət göstərmiş, sərt karantin rejimi yumşaldılandan, ictimai iaşə obyektlərinin fəaliyyətinə rəsmi icazə veriləndən sonra isə özlərini daha da sərbəst hiss etməyə başlamışlar. Onların sırasında daha çox narazılıq doğuran paytaxtın Xətai rayonunun Keşlə qəsəbəsində, Babək prospektində yerləşən "Dalğa" və Suraxanı rayonundakı “Maral” restoranı barədə qələmə aldığımız “Pritonlarda koronavirus təhlükısi” başlıqlı məqaləyə diqqət yetirməyinizi xahiş edirik. İnanırıq ki, mıqalədə ehtiva olunan məsələlərlə bağlı araşdırma aparılması və nəticə barədə redaksiyamızın məlumatlandırılmasına göstəriş verəcəksiniz.
Tərəfimizdən məqalədə göstərilənlərin sübutu kimi xidmət edəcək materialları təqdim etməyə hazır olduğumuzu bildiririk.
Qoşma: “Azerinfo.az” saytından çıxarış – 1(bir) vərəq.

“Azerinfo.az” saytından çıxarış – 16.09.2020
“Priton”larda koronavirus təhlükəsi
Koronavirus pandemiyası, infeksiyaya yoluxmanın vəd etdiyi təhlükə, xəstəliyin yayılmasının qarşısının alınmasına yönəlik karantin tədbirləri qədim peşə sahibləri olan seks işçilərinə də ciddi maddi ziyan vurmuşdur. Doğrudur, Azərbaycanda fahişəlik yumşaq ifadə ilə desək, alqışlanmasa da, dinimizdə yasaqlansa da, bu fəaliyyət növü ilə məşğul olan qadınlar və hətta “kişilər” az deyil. Bəzilərini bu yola əl atmağa yüngüləxlaqlıq, bəzilərini də ehtiyac vadar edir. Belələrini cinsi istismar etməyi biznesə çevirən işbazlar isə cəmiyyətə daha çox zərər vururlar. Onlar “ailəvi” istirahət mərkəzləri, “masaj” salonları, “kafe-restoran” adı altında işlətdikləri obyektləri əslində “priton” kimi istifadə edirlər. Aidiyyəti dövlət və hökumət strukturları belə neqativ hallara qarşı mübarizə apardıqları barədə vaxtaşırı hesabatlar versələr də, görünür, həyata keçirilən tədbirlərin yetərli olmaması səbəbindən əxlaqsızlıq yuvaları gənclərimizin mənəviyyatına zərbə vurmaqda, ailələri dağıtmaqda davam edir.
Tərəqqipərvər kütləvi informasiya vasitəsi olan “Azerinfo.az” informasiya agentliyi belə neqativ hallara qarşı mübarizə işinə həmişə gərəkən informasiya dəstəyi vermiş, hüquq-mühafizə orqanlarına etibarlı tərəf müqabili kimi çıxış etmişdir. Müşahidə etmişik ki, bəzi “pritonlar” hətta koronavirus infeksiyasına yoluxma hallarının daha çox qeydə alındığı dönəmdə də gizli fəaliyyət göstərmiş, sərt karantin rejimi yumşaldılandan, ictimai iaşə obyektlərinin fəaliyyətinə rəsmi icazə veriləndən sonra isə özlərini daha da sərbəst hiss etməyə başlamışlar. Onların sırasında paytaxtın Xətai rayonunun Keşlə qəsəbəsində, Babək prospektində yerləşən "Dalğa" və Suraxanı rayonundakı “Maral” restoranı daha çox narazılıq doğurur. “Dalğa”nı işlədən Sadiq, “Maral”ı idarə edən Tural adlı şəxslər müştərilərə intim xidmətlər təşkil etdiklərinə görə nə utanır, nə də çəkinirlər. Hətta soruşana deyirlər ki, işlədikləri rayonun polisi ilə, həmçinin, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin mənsubları ilə vaxtaşırı hesablaşırlar.
Redaksiyamızın əməkdaşları axşam saatlarında müştəri qismində təqdim olunaraq, “Maral” restoranında həqiqətən intim xidmətlərin təklif edildiyinin şahidi olmuş, hətta qiymətləri də öyrənmişlər. Restoranın işçisi bu xidmət növündən 1-2 saatlıq istifadəyə görə bir adamdan 30 manat, təklif olunan qadınla keçiriləcək bir gecəyə (səhərədək) görə isə 40 manat pul tələb edir. İkimərtəbəli və təqribən 20-yə yaxın otaqdan ibarət olan “Maral”da, cütlüklər üçün lazım olan hər cür şərait var. Yəni, hər bir otaqda televizor, hamam, yataq dəsti və digər avadanlıqlar olduğundan, cütlüklər hər şeydən geninə-boluna istifadə edə bilirlər. Burada kassa aparatı olmadığından, müştərilərə göstərilən ənənəvi iaşə xidmətlərindən istrifadəyə görə də ödəniş qəbzi verilmir ki, bu da vergidən yayınma deməkdir.
Onu da qeyd edək ki, restorana cinsi istismara cəlb olunan qadınlarla əmək müqaviləsi bağlanılmır, təbii ki, onların nə özlərindən, nə də restorana gətirdikləri gəlirdən vergi tutulmur. Onlar heç tibbi müayinədən də keçirilmir, hansı xəstəliklərin daşıyıcıları olduqları müəyyənləşdirilmir ki, bu da xidmətlərindən istifadə edənlərin səhhətini ciddi təhlükə altına qoyur.
“Azerinfo.az” saytı redaksiyası adından məsələ ilə əlaqədar aidiyyati qurumlara rəsmi məktubla müraciət etməyi qərar almışıq. Cavab alacağımız təqdirdə məzmununu oxucularımızla bölüşəcəyik.

“Əsli ilə doğrudur”

Tarix:17-09-2020, 13:19 Baxış Sayı:89 Kateqoriya:gundem / sosial / hadise / maraqli
SON XƏBƏRLƏR
29 obyektdə qaydalara əməl olunmadığı aşkarlandı
Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpası başladı - FOTOLENT
Prezident İlham Əliyevin Yaponiyanın "Nikkei" qəzetinə müsahibəsinin-TAM MƏTNİ
Vəng kəndinin Çinarlı adlandırılması məsələsi MM-in plenar iclasına tövsiyə edilib
Ermənistana məxsus daha bir PUA məhv edildi
Qarabağda döyüşməyə gələn erməni Federasiya prezidenti məhv edildi - FOTO
“İti qovan” PUA-ları Ordumuzun istifadəsinə verildi
İşğaldan azad olunmuş ərazilərdə yeraltı sərvətlərlə bağlı araşdırmalara başlanılır - RƏSMİ
Abşeronda COVİD-19 əleyhinə növbəti reyd keçirildi – sürücülər cərimələndi
Zaqatala bazarı dezinfeksiya edildi
Yardımlı rayon təhsil müəssisəsində nələr baş verir?-VİDEO
Ermənilərə dəstək verən Tatulovanın Bakıdakı kafesi bağlandı
Ermənistanın növbəti PUA-sı məhv edildi
Armen Sarkisyan Brüsselə gedib
Baş nazirin müavini Əli Əhmədov Gəncəyə gedib
Erməni təxribatı nəticəsində 63 mülki şəxs həlak olub, 292 nəfər yaralanıb
Goranboyun başçısından rüsvayçılıq: üstümüzə ağzı söyüşlü qadın göndərdi, iş polisdə... - Təfərrüat
Müdafiə Nazirliyi: “Xudafərinlə bağlı erməni tərəfinin yaydığı məlumat dezinformasiyadır”
Koronavirusu nəfəslə müəyyən etmək mümkün olacaq
İlham Əliyevdən işğaldan azad edilmiş torpaqlarımızla bağlı paylaşım
Düşmənin ölən daha 43 hərbçisinin adı açıqlandı - Siyahı
Zəngilan işğaldan azad olundu
Polislər yaralı əsgərlərimizi ziyarət etdilər - FOTOLAR
XİN: Ceyhun Bayramovun Vaşinqtonda Pompeo və həmsədrlərlə görüşü gözlənilir
MN: Tərtər və Ağdam rayonlarının əraziləri atəşə tutulur
Nazir: “Düşmən işğaldakı torpaqlarda endemik bitkiləri məhv edib”
Aprel döyüşlərində iştirak etmiş daha bir erməni məhv edildi - Foto
Gəncə təxribatı: Rəsmi şəxslər sakinlərlə görüşdü - Foto
“Nar” cəbhəyanı bölgələrə dəstəyini davam etdirir
Prokurorluq: Ermənilərin atəşi nəticəsində Ağdamda 4 nəfər xəsarət alıb

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla