Ermənilərlə davaya görə həbs olunan azərbaycanlılar azadlığa buraxıldı

Ermənilərlə davaya görə həbs olunan azərbaycanlılar azadlığa buraxıldı










Bu ilin iyul ayının 23-24-də Moskva şəhərində baş verən məlum iğtişaşlar zamanı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Azərbaycan vətəndaşlarının vəziyyəti səfirliyin diqqəti mərkəzindədir.

Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 15-də Rusiyanın müvafiq təşkilatlarından razılıq alınandan sonra səfirliyin konsulu, müşavir Toğrul Sadıqov və konsulluğun üçüncü katibi Müsənnif Dadaşov Rusiya Federasiyasının Cəzaların İcrası Federal Xidmətinin Moskva şəhəri üzrə idarəsinin 2 nömrəli İstintaq Təcridxanasında saxlanılan 18.10.1989-cu il təvəllüdlü Azərbaycan vətəndaşı Məmmədov Elçin İsgəndər oğlu, 16 sentyabr tarixində isə Rusiya Federasiyasının Cəzaların İcrası Federal Xidmətinin Moskva şəhəri üzrə idarəsinin 1 nömrəli İstintaq Təcridxanasında olan Azərbaycan Respublikasının vətəndaşı, 11.02.1985-ci il təvəllüdlü Ələkbərov Elvin Alxas oğlu və Rusiya Federasiyasının vətəndaşları: 14.06.1988-ci il təvəllüdlü Qiyasov Ceyhun Nadir oğlu, 12.08.1981-ci il təvəllüdlü İsmayılov Taleh Mustafa oğlu və 01.11.1985-ci il təvəllüdlü Qafarov Ələkbər Asəf oğlu ilə konsulluq görüşü keçiriblər.

Görüşlərdə vətəndaşlarımız saxlanma şəraitlərinin qənaətbəxş olduğunu, ayrı-seçkiliklə üzləşmədiklərini, təcridxana rəhbərliyi və ya istintaq orqanı tərəfindən təzyiqlərə məruz qalmadıqlarını, vəkilləri ilə mütəmadi görüşə bildiklərini və sağlamlıqları ilə bağlı şikayətlərinin olmadığını vurğulayıblar.

"Səfirliyin əməkdaşları tərəfindən onlara məlumat verilib ki, həmvətənlərimizin məsələsi diqqət mərkəzindədir, lazımı hüquqi yardım göstəriləcəkdir və hazırda bu istiqamətdə müvafiq işlər davam etdirilir.Həmçinin 16 sentyabr tarixində konsulluğun birinci katibi Rövşən Axundov Azərbaycan Respublikasının vətəndaşı, 18.10.1989-cu il təvəllüdlü Məmmədov Elçin İsgəndər oğlu, eləcə də, məlum hadisələr zamanı saxlanılmış Rusiya Federasiyasının vətəndaşları, soydaşlarımız, 29.09.1983-cü il təvəllüdlü Zeynalov Natiq Vəli oğlu, 24.03.1986-cı il təvəllüdlü Möclümov Asif Qurban oğlu və 26.03.1987-ci il təvəllüdlü Dibirov Rəşad Ramazan oğlunun Moskva şəhərinin Troitsk rayon məhkəməsinin binasında keçirilmiş məhkəmə iclaslarında iştirak etmişdir.

Məhkəmə prosesləri zamanı iddiaçı tərəf ibtidai istintaqın 24.10.2020-ci il tarixinədək uzadıldığına istinad edərək həmin vaxta qədər həbs qətimkan tədbirinin uzadılması barədə vəsatət qaldırmışdır. Federal hakimlər Rojkov Anatoli Vladimiroviç və Zaycev Roman Yevgeniyeviçin sədrliyi ilə keçirilən məhkəmə proseslərində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsinə (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil qrup tərəfindən cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək) əsasən təqsirləndirilən şəxslərin həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının vəsatəti rədd edilmiş və onlar məhkəmə zalından buraxılmışlar. Lakin, ibtidai istintaq davam etdiyi üçün təqsirləndirilən şəxslərdən Moskva şəhərini tərk etməmək haqqında yazılı iltizam götürülmüşdür.

Qeyd edək ki, hakim Anatoli Vladimiroviç Rojkov məhkəmə prosesi zamanı təqsirləndirilən şəxslərə müraciət edərək diqqətə çatdırmışdır ki, Moskvadakı iğtişaşların Dağlıq Qarabağ münaqişəsi ilə əlaqəli olduğunu anlayır, lakin, bununla belə Moskva şəhərində, ümumilikdə, Rusiya Federasiyasının ərazisində ictimai qaydanın pozulmasına səbəb olacaq hərəkətlər yolverilməzdir", səfirlikdən bildirilib.
(Bakupost.az)

Tarix:17-09-2020, 15:52 Baxış Sayı:57 Kateqoriya:gundem / sosial
SON XƏBƏRLƏR
29 obyektdə qaydalara əməl olunmadığı aşkarlandı
Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpası başladı - FOTOLENT
Prezident İlham Əliyevin Yaponiyanın "Nikkei" qəzetinə müsahibəsinin-TAM MƏTNİ
Vəng kəndinin Çinarlı adlandırılması məsələsi MM-in plenar iclasına tövsiyə edilib
Ermənistana məxsus daha bir PUA məhv edildi
Qarabağda döyüşməyə gələn erməni Federasiya prezidenti məhv edildi - FOTO
“İti qovan” PUA-ları Ordumuzun istifadəsinə verildi
İşğaldan azad olunmuş ərazilərdə yeraltı sərvətlərlə bağlı araşdırmalara başlanılır - RƏSMİ
Abşeronda COVİD-19 əleyhinə növbəti reyd keçirildi – sürücülər cərimələndi
Zaqatala bazarı dezinfeksiya edildi
Yardımlı rayon təhsil müəssisəsində nələr baş verir?-VİDEO
Ermənilərə dəstək verən Tatulovanın Bakıdakı kafesi bağlandı
Ermənistanın növbəti PUA-sı məhv edildi
Armen Sarkisyan Brüsselə gedib
Baş nazirin müavini Əli Əhmədov Gəncəyə gedib
Erməni təxribatı nəticəsində 63 mülki şəxs həlak olub, 292 nəfər yaralanıb
Goranboyun başçısından rüsvayçılıq: üstümüzə ağzı söyüşlü qadın göndərdi, iş polisdə... - Təfərrüat
Müdafiə Nazirliyi: “Xudafərinlə bağlı erməni tərəfinin yaydığı məlumat dezinformasiyadır”
Koronavirusu nəfəslə müəyyən etmək mümkün olacaq
İlham Əliyevdən işğaldan azad edilmiş torpaqlarımızla bağlı paylaşım
Düşmənin ölən daha 43 hərbçisinin adı açıqlandı - Siyahı
Zəngilan işğaldan azad olundu
Polislər yaralı əsgərlərimizi ziyarət etdilər - FOTOLAR
XİN: Ceyhun Bayramovun Vaşinqtonda Pompeo və həmsədrlərlə görüşü gözlənilir
MN: Tərtər və Ağdam rayonlarının əraziləri atəşə tutulur
Nazir: “Düşmən işğaldakı torpaqlarda endemik bitkiləri məhv edib”
Aprel döyüşlərində iştirak etmiş daha bir erməni məhv edildi - Foto
Gəncə təxribatı: Rəsmi şəxslər sakinlərlə görüşdü - Foto
“Nar” cəbhəyanı bölgələrə dəstəyini davam etdirir
Prokurorluq: Ermənilərin atəşi nəticəsində Ağdamda 4 nəfər xəsarət alıb

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla