Naftalanın təzə icra başçısının “köhnə fəaliyyəti” - sahibkarın qanuni torpağı əlindən alınır

Naftalanın təzə icra başçısının “köhnə fəaliyyəti” - sahibkarın qanuni torpağı əlindən alınır



Rayonların “balaca padşah”ları qanunsuz əməlləri ilə gündəmdə qalmağa davam edirlər.

Dogruxeber.az cebhe.info-ya istinadla bildirir ki, bu dəfə isə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov yerli sahibkarlara qarşı qanunsuz hərəkətləri ilə diqqət mərkəzinə gəlib. Belə ki, icra başçısı yerli sahibkarlardan birinin qanuni torpağını əlindən alaraq başqa birisinə, daha dəqiq desək, mebel şirkətinə satıb. Bununla da başçı ona bəslənən ümidləri alt-üst edib.

Xatırladaq ki, dövlət başçısı yeni icra başçılarını təyin edərkən ciddi tapşırıqlar verir. Xüsusilə də əhalinin problemlərinin həlli, sahibkarlığın inkişafı istiqamətində fəaliyyət göstərmələrini tapşırır.

Görünən odur ki, bu tapşırıq və tövsiyələr Vüqar Novruzova təsir etməyib.

Qeyd edək ki, Vüqar Novruzov 2019-cu ilin 4 dekabrda Naftalan şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub. O da gənc, perspektivli kadr hesab olunurdu. Amma görünən odur ki, Vüqar Novruzovun İcra Hakimiyyətinin başçısı kimi heç bir ili tamam olmamış artıq sələflərinin yolunu getməyə başlayıb. Fotolardan da göründüyü kimi, sözügedən ərazidə (Qasımbəli kəndinə gedən yol, yanacaqdoldurma məntəqəsinin arxası-V.M) yaşıllıqlar məhv edilir, ağaclar yerindən çıxarılaraq başqa əraziyə daşınır.

Hər halda belə deyilir, ağacların həqiqətən də daşınıb-daşınmadığı məlum deyil. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkildi. Bu kampaniyada ölkə başçısı İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Heydər Əliyev Fondunun Birinci vitse-prezidenti Leyla Əliyeva iştirak etdi. Ölkə rəhbərliyi səviyyəsində aparılan ağacəkmə kampaniyaları mütəmadi olaraq davam etdirilir. Belə bir məqamda icra başçısının yaşıllığı məhv etməsi bir növ “baş qaldırmaq” görüntüsü yaradır.

Məsələnin digər tərəfi isə ölkə başçısı İlham Əliyevin sahibkarlığın inkişafı ilə bağlı mütəmadi olaraq verdiyi tövsiyə və tapşırıqların Vüqar Novruzov tərəfindən heçə sayılmasıdır. Yəni bir sahibkarın qanuni ərazisini əlindən alaraq başqa bir sahibkara (mebel şirkətinə - V.M) vermək sahibkarlıq subyekti yaratmaq deyil. Naftalan rayonunda mebel şirkəti açmaq üçün kifayət qədər boş ərazi var. Amma məhz başqa sahibkarın ərazisinin əlindən alınması bu məsələnin arxasında başqa məqsədlərin olduğunun göstəricisidir. Vüqar Novruzov faktiki olaraq bir sahibkara şərait yaratmaq adı ilə digərinin qanuni mülkünü əlindən alır. Bu məsələni aidiyyəti qurumlarla araşdırırıq.

Tarix:18-09-2020, 16:12 Baxış Sayı:123 Kateqoriya:gundem / siyaset / sosial / hadise / maraqli
SON XƏBƏRLƏR
29 obyektdə qaydalara əməl olunmadığı aşkarlandı
Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpası başladı - FOTOLENT
Prezident İlham Əliyevin Yaponiyanın "Nikkei" qəzetinə müsahibəsinin-TAM MƏTNİ
Vəng kəndinin Çinarlı adlandırılması məsələsi MM-in plenar iclasına tövsiyə edilib
Ermənistana məxsus daha bir PUA məhv edildi
Qarabağda döyüşməyə gələn erməni Federasiya prezidenti məhv edildi - FOTO
“İti qovan” PUA-ları Ordumuzun istifadəsinə verildi
İşğaldan azad olunmuş ərazilərdə yeraltı sərvətlərlə bağlı araşdırmalara başlanılır - RƏSMİ
Abşeronda COVİD-19 əleyhinə növbəti reyd keçirildi – sürücülər cərimələndi
Zaqatala bazarı dezinfeksiya edildi
Yardımlı rayon təhsil müəssisəsində nələr baş verir?-VİDEO
Ermənilərə dəstək verən Tatulovanın Bakıdakı kafesi bağlandı
Ermənistanın növbəti PUA-sı məhv edildi
Armen Sarkisyan Brüsselə gedib
Baş nazirin müavini Əli Əhmədov Gəncəyə gedib
Erməni təxribatı nəticəsində 63 mülki şəxs həlak olub, 292 nəfər yaralanıb
Goranboyun başçısından rüsvayçılıq: üstümüzə ağzı söyüşlü qadın göndərdi, iş polisdə... - Təfərrüat
Müdafiə Nazirliyi: “Xudafərinlə bağlı erməni tərəfinin yaydığı məlumat dezinformasiyadır”
Koronavirusu nəfəslə müəyyən etmək mümkün olacaq
İlham Əliyevdən işğaldan azad edilmiş torpaqlarımızla bağlı paylaşım
Düşmənin ölən daha 43 hərbçisinin adı açıqlandı - Siyahı
Zəngilan işğaldan azad olundu
Polislər yaralı əsgərlərimizi ziyarət etdilər - FOTOLAR
XİN: Ceyhun Bayramovun Vaşinqtonda Pompeo və həmsədrlərlə görüşü gözlənilir
MN: Tərtər və Ağdam rayonlarının əraziləri atəşə tutulur
Nazir: “Düşmən işğaldakı torpaqlarda endemik bitkiləri məhv edib”
Aprel döyüşlərində iştirak etmiş daha bir erməni məhv edildi - Foto
Gəncə təxribatı: Rəsmi şəxslər sakinlərlə görüşdü - Foto
“Nar” cəbhəyanı bölgələrə dəstəyini davam etdirir
Prokurorluq: Ermənilərin atəşi nəticəsində Ağdamda 4 nəfər xəsarət alıb

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla