Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Gəncə sakinindən İDDİA: “Atama əlillik dərəcəsi düzgün verilməyib” - FOTO

19-09-2020, 12:14

Gəncə sakinindən İDDİA: “Atama əlillik dərəcəsi düzgün verilməyib” - FOTO














Gəncədə yaşayan vətəndaşlardan biri atasının vəziyyəti ilə bağlı müraciət ünvanlayıb.

Dogruxeber.az bildirir ki, Oxu.Az-ın redaksiyasına müraciət edən Ruhiyyə Həsənova deyir ki, onun atasının vəziyyəti günbəgün ağırlaşır. Bir neçə il əvvəl ağciyərində yaşanan problem səbəbindən (vərəm) xəstəxanada yatıb və ona ikinci qrup əlillik dərəcəsi verilib:

“1957-ci il təvəllüdlü Məhəmmədi Əli Abdulla oğlu ikinci qrup əlildir. Pensiya alır. Lakin vərəm atamın vəziyyətini ağırlaşdırıb. Gəncədə əməliyyat olundu, bundan sonra ümumiyyətlə yataqdan qalxa bilmir. İki ildir atam zülm çəkir. Həkim gəlir, kateteri dəyişir gedir, dərmanları var - hamısı xərcdir. Heç bir hərəkət edə bilmir.

Həkimlər müayinə zamanı atamın vəziyyətinin ağırlaşdığını təsdiq edir, ona ikinci qrup yox, birinci qrup əlillik dərəcəsinin düşdüyünü deyirlər. Amma sənədləri göndəririk bizə imtina cavabı gəlir. Bizə köməklik etməyinizi xahiş edirik”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətindən sorğuya cavab olaraq bildirdilər ki, məsələ araşdırılacaq və ictimaiyyətə məlumat veriləcək.
Gəncə sakinindən İDDİA: “Atama əlillik dərəcəsi düzgün verilməyib” - FOTO
Gəncə sakinindən İDDİA: “Atama əlillik dərəcəsi düzgün verilməyib” - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram