Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Qarabağ veteranından Prezidentə müraciət-FOTO

22-09-2020, 10:42

Qarabağ veteranından Prezidentə müraciət-FOTO










Bu gün redaksiyamıza Ağsu rayon sakini, Qarabağ veteranı Məmmədov Fəyyaz Adıgözəl oğlu tərəfindən müraciət daxil olmuşdur. Müraciətdə bildirilir ki,mənzilində təbii qazın olmaması,vətəndaşın işsizliyi və mənzilinin əhatəsində hasar olmadığı üçün hər an vəhşi heyvanların qorxusu altında olmaları barədə ölkə Prezidentinə və birinci Vitse Prezidentə məktub ünvanlayıb.Həmin məktubu olduğu kimi sizlərə təqdim edirik:

Azərbaycan Respublikasını Prezidenti cənab İlham Əliyevə
Sürəti: Azərbaycanın birinci Vitse Prezidenti Mehriban xanım Əliyevaya
Ağsu rayon Mirzağa Əliyev ünvanında yaşayan Qarabağ
müharibə veteranı Məmmədo Fəyyaz Adıgözəl oğlu tərəfindən

ƏRİZƏ

Hörmətli cənab Prezident!
Mən Qarabağ veteranı Məmmədov Fəyyaz Adıgözəl oğlu 3 azyaşlı körpə uşaq atasıyam. Heç yerdə işləmirəm və Dövlət tərəfindən veteranlar üçün verilən 80 manat təqaüdlə dolanıram. Yaşayış durumum olduqca acınacaqlı vəziyyətdədir.
Ötən ilin son aylarına qədər,doğulub boya-başa çatdığım Ağsu rayonunda mənə məxsus nə torpaq sahəsi nə də ki,yaşamağım üçün mənzilim vardır. Bu günə qədər başqasına məxsus insan yaşayışı üçün əlverişsiz uçuq-sökük bir daxmada ailəm ilə birlikdə yaşayırdıq. Yaşadığım acınacaqlı durumumla bağlı bütün aidiyyatı qurumlara rəsmi və şifahi müraciətlər etmişdim. Təəssüflər olsun ki,etdiyim müraciətlərə heç bir məhəl qoyulmurdu. Nəhayət ki,sonunda qərara aldım ki,mətbuat vasitəsi ilə həm sizə həm də bütün aidiyyatı qurumlara müraciət ünvanlayım. Mətbuat vasitəsi ilə etdiyim çoxsaylı müraciətlər sonunda nəticəsini tapdı və Heydər Əliyev Fondu tərəfindən qeyd etdiyim ünvanda mənim üçün müasir tipli gözəl bir mənzil inşa edildi. Amma bir məsələni də diqqətinizə çatdırım ki,mənim üçün inşa edilən mənzil,sabiq icra başçısı Ənvər Seydəliyevin zamanında həyata keçirilmişdir. Məlumat üçün bildirim ki,mənzil inşa edildikdən sonra kommunal xidmətlər bərpa olunmamış qalmışdır. Bu haqda mənə lazımi köməklik göstərməsi üçün rayon İcra hakimiyyətinə müraciət etmişdim. Əfsuslar olsun ki,sabiq icra başçısı Ə.Seydəliyev bu müraciətimə də heç bir köməklik göstərməmişdir. Nəhayət,bu dəfə də köməyimə xeyirsevər isanlar yetişdi və elektirik enerjisi və içməli su xətlərim bərpa edildi. Amma təbii qazın çəkilməsi bu günə qədər öz həllini tapmayıb.
Çox hörmətli cənab Prezident!
Mən F.Məmmədov Qarabağ müharibə iştirakçısı olmağımla yanaşı həm də Yeni Azərbaycan Partiyasının üzvüyəm. Sizin siyasətinizi daima dəstəkləmişəm və hər zaman sizin göstəriş və əmrlərinizə bir döyüşçü kimi hazıram. Odur ki,sizdən bir Qarabağ müharibə veteran və Yeni Azərbaycan Partiyasının üzvü kimi xahiş edirəm ki,rayon İcra başçısı Vahid Tağıyevə göstəriş verəsiniz ki,rayonda müvafiq işlə təmin olunmağıma və mənzilimə təbii qazın çəkilməsi üçün mənə lazımı köməkliyi göstərsin. Əlbəttə ki,İcra başçısı V.Tağıyev vəzifəyə təyin olunduğu gündən etibarən 5 dəfə qəbulunda olmuşam və işsizliyim haqqında və mənzilimə təbii qazın çəkilməsinə dair müəyyən köməklik göstərməsini xahiş etmişəm. Çox təəssüflər olsun ki,heç bir köməklik göstərməyib.

Məmmədov Fəyyaz
24.08.2020
Qarabağ veteranından Prezidentə müraciət-FOTOQarabağ veteranından Prezidentə müraciət-FOTOQarabağ veteranından Prezidentə müraciət-FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram