Xocavənd rayon İcra başçısı və qardaşı haqqında maraqlı məlumatlar.../VİDEO













Bu gün Dağlıq Qarabağ uğrunda gedən döyüşlər atalar demişkən “bir igidin ömrü qədərdir”.Daha aydın şəkildə desək, 28 ili ötməkdədir. O doğma yurd-yuvalarından didərgin düşən vətəndaşlar hər an,hər dəqiqə öz doğma el-obalarına qayıdacaqları günü böyük səbrsizliklə gözləyirlər. Əlbəttə ki,məcburi olaraq köçkün düşmüş vətəndaşlara,dövlətin diqqəti olduqca yüksəkdir. Amma buna baxmayaraq öz ata-baba yurdunun həsrətilə alışıb yananların bir məqsədi var-ac olum amma,öz torpağımda olum. Bəli,bu şüar artıq demək olar ki,heç kəsə yad deyil. Bəs səbəb nədir ki,bu həsrət sona yetmir?

Təbii ki,bu sual hər birimizi düşündürür,amma rəsmi bir məlumat bəyan edən yoxdur ki,hər kəs xəyallarında qurduğu öz ata-baba yurdlarına qayıdacağı günü müəyyən etsin. Bu gün dünyada baş verən hadisələrə nəzər saldıqda müəyyən etmək olur ki,nəhəng dövlətlər xırda dövlətləri məqsədləri uğrunda zor durumlarla üz-üzə qoyurlar. Necə ki,qədim tarixə mənsub olan Azərbaycan respublikası ilə tarixi bəlli olmayan erməni işğalçı “dövlət”ini üz-üzə buraxan Rusiya Federasiyasını nümunə gətirmək, hesab edirik ki, tam məqsədə uyğun olardı.

Sovet Sosialist Respublikaları İttifaqının abu-havası ilə hələ də yaşayan Rusiya Federasiyası,bu gün də o keçmişdə qalan xəyallarının reallaşacağı günə ümid bəsləyir. Amma düşünmür ki,artıq keçmişi tarixi kökə malik olan Azərbaycan xalqı,böyük qanlar bahasına öz müstəqil və demokratik respublikasını qurub,beynəlxalq arenada özünə məxsus müvafiq məqamı fəth etmişdir. Bunun üçün də Azərbaycanın bu cür uğurlarını həzm edə bilməyən Rusiya,erməni kimi yeni əl aləti yaradaraq onları silahlandırıb dövlətimizlə qarşı-qarşıya buraxdı.
Bəli,artıq bundan sonrası hər birimizə məlumdur ki,Dağlıq Qarabağ uğrunda gedən döyüşlər zamanı nələr baş verib. Odur ki,birbaşa keçid alırıq əsas mövzumuza. Hörmətli və dəyərli “DogruXeber.az” informasiya agentliyinin izləyiciləri. Bu gün diqqqətinizə çatdıracağımız bir neçə məlumat var ki,onlardan birincisi Xocəvənd rayon sakinlərinin kütləvi səkildə rayon İcra başçısı Eyvaz Hüseynova qarşı etirazlarıdır. Belə ki,sakinlər iddialarında qətiyyətlə duraraq bildirirlər ki,rayon rəhbəri vətəndaşların haqq və hüquqlarını açıq şəkildə pozur.
Təbii ki,olunan iddiaların böyük əksəriyyəti,Nərgiztəpə adlanan ərazidə dövlət tərəfindən kənd sakinləri üçün ayrılan 305 ha torpaq sahəsinin İcra başçısı tərəfindən düzgün bölgü aparılmamasıdır. Onların iddiasına görə, həmin torpaqların böyük əksəriyyəti başçının qardaşına və öz yaxın qohum-əqrəbasına verilib. Hətta sakinlərin bildirdiyinə görə İcra başçısına aid böyük tut bağları,üzüm bağları və balıq saxlamaq üçün böyük gölləri vardır. Həmin ərazilərdən yığılan məhsullar isə sonunda spirtli içki kimi hazırlanaraq satışa çıxarıldığı bildirilir.
Belə olduğu təqdirdə isə kənd sakinləri,rayon rəhbərinin bu cür əməllərindən hiddətlənərək qrup şəkilində etirazlarını redaksiyamız vasitəsi ilə ölkə Prezidenti cənab İlham Əliyevə ünvanlayıblar. Xatırladaq ki,ötən buraxlışlarımızda dərc etdiyimiz məlumatlardan sonra sakinlərin bildirdiyinə görə Baş Prokurorluqdan rayon İcra orqanında yoxlamalara başlanılıb. Bildirilir ki,şikayətçi qismində olan hər bir sakindən Prokurorluq orqanının əməkdaşları tərəfindən ərizələr alınmışdır. Onlara bildirilib ki,hər bir vətəndaşın müraciətinə baxılıb və sonunda müvafiq qərar veriləcək. Sakinlərin sözlərinə görə Prokurorluq orqanı tərəfindən aparılan yoxlamalar qane edici formada aparılmır və hətta vətəndaşların etdiyi iddialar barəsində hər hansı bir qanuni tədbirlər də görülməmişdir. Rayon sakinləri arasında redaksiyamıza müraciət edən Xocavənd Rayon Mərkəzi Xəstəxanasında həkim kimi çalışan İmanov Məğrur Kərəm oğlu bildirir ki,əvvəlcə başqa redaksiya üçün vətəndaşların şikayətini çəkib yayımlayan Anar Zeynallı,rayon rəhbəri ilə anlaşma əldə edərək mənim üçün şər-böhtan xaraxterli işlər həyata keçirirlər.

M.İmanovun sözlərinə görə Anar Zeynallı əvvəl bütün sakinlərdən şikayət və dəlliləri əldə edib işıqlandırırmış,sonradan İcra başçısı A.Zeynallını müxtəlif yolla bu yoldan əl çəkməyə nail olmaqla yanaşı,mənə qarşı şər atmağa da şövq etdirib. Beləliklə,A.Zeynallı polisə ifadə verərək bildirib ki,guya həkim M.İmanov buna psixator maddəli tərkibdə olan iynə vurub və ona görə guya A.Zeynallı etdiyi çəklişlərdən apardığı danışıqlardan xəbərsiz olub. Yəni bir sözlə iddiaçı M.İmanovun iddiasından geri addım atması üçün müxtəlif saxta üsullara əl ataraq fikrindən daşındırmağa səy göstəriblər. Hətta həkimin sözlərinə görə,onun üçün qurulan ssenaridə xəstəxananın baş həkimi Nurəngiz Bəşirovanın xüsusi rolu vardır. O Nurəngiz Bəşirova ki,Xocavənd rayonunda hər kəs yaxşı bilir ki,onun yenidən işinə qaytarılmasında böyük səyi olan,hazırda isə himayədarı kimi bilinən İcra başçısı E.Hüseynovdur. Bir maraqlı məlumatı diqqətinizə çatdıraq ki,xəstəxananın baş həkimi Nurəngiz Bəşirova 2017-ci ildə səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən keçirilən iclas zamanı, buraxdığı nöqsanlara görə elə həmin zaldan qovulmağı ilə yanaşı tutduğu vəzifəsindən də azad edilmişdir. Hətta məlumatlarda o da qeyd olunur ki,baş həkim N.Bəşirovanın 2017-ci ildən də əvvəl vəzifə səlahiyyətlərindən sui -istifadə edərək bir sıra korrupsiya işləri ilə məşğul olduğu üçün iş prokurorluqda araşdırılmışdır. Amma o zaman da gözə görünməz dayağı bu işdə ona yardımçı olduğu üçün baş mühasibi qurban veriblər. Baş verənlər arasında ən maraqlı və təəccüblü məqam burasıdır ki,həkim M.İmanovun iddiasına görə baş həkim N.Bəşirova 2018-cil idə İcra başçısının Nərgiztəpə ərazisindəki tut bağında "bəhməz" bişirərkən təsadüfən bişirdiyi "bəhməz" qazanının üzərinə aşması nəticəsində vücudunun təxminən 75% yanmışdır. Deyilənə görə 3 gün komada olan N.Bəşirova sonunda həyatda qalmağı bacarmışdır. Bu maraqlı olan hissəsidir,təəccüblü olan hissəsi isə bu qədər hadisələrdən sonra 2019-cu ildən etibarən yenidən Xocavənd Rayon Mərkəzi Xəstəxanasına baş həkimin müavini kimi qayıtmasıdır. Məlumatlarda qeyd olunur ki,N.Bəşirova 2019-cu ildə baş həkimin müavini olaraq işçi kollektivinə təqdim edilir və sonradan sığorta sisteminə keçdikdə isə sığortanın direktoru və daha sonra isə xəstəxananın baş həkimi olaraq işinə davam edir. Beləliklə də hazırda 3 vəzifəni eyni anda daşıyan N.Bəşirova görünür ki, himayədarına sadiq olduğunu isbat etmək üçün,tabeliyində həkim kimi çalışan M.İmanova qarşı hazırlanmış saxta ssenarinin uğurla tamamlanmasında böyük marağı var. Həqiqətən də sözügedən rayonun xəstəxanasında verilən məlumatlar bizi olduqca təəccübləndirib. İddia olunur ki,xəstəxananın təcili yardım bölməsində çalışan Barat Quliyev 2-qrup gözdən əlildir. Maraqlıdır,əlil şəxsin dövlət müəssəsində çalışması nə dərəcədə doğrudur? Bu məsələnin bir tərəfi.Digər məlumatlarda isə bildirilir ki,oddelkadrın heç bir ali təhsili olmadan bu məsul vəzifədə çalışması və hətta təsərrüfat işləri üzrə müavin işləyən Tofiq Kərimovun heç orta məktəbi bitirməsini təsdiq edən şəhadətnaməsi belə yoxdur. Hesab edirik ki,aidiyyatı qurumlar dərhal sözügedən müəssələrdə yoxlamalara başlamalıdırlar..!! Dəyərli oxucular ,nəzərinizə çatdıraq ki,məlumatlar o qədər çoxdur ki,bir məqaləyə sığmır. Odur ki,növbəti buraxlışlarımızda İcra başçısının bu rayonda nələrə sahib olduğu,hansı qeyri -qanuni əməlləri icra etdiyi və ən nəhayət qardaşı İbad Hüseynovun erməni terroristi monte melkonyanın "başını kəsməsi" barədə iddiasının necə yalan olduğu haqqında geniş məlumatları diqqətinizə çatdıracağıq.
Bizi izləyin...!!!
"DogruXeber.az"
Redaksiya adları qeyd olunan şəxslərin söz haqlarını tanıyır:


Oxunub: 1 494

Son xəbərlər

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşdü

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO

Məktəbdə nöqsan aşkarlandı, direktor işdən çıxarıldı

Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir - SİYAHI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Bu günə olan valyuta məzənnələri

Azərbaycan nefti ucuzlaşdı

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

“Makronun anti-Azərbaycan planı iflasa uğrayıb” - “Le Fiqaro”

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

D vitamini çatışmazlığının gözlənilməz əlaməti

İş adamı ilə Ədliyyə Nazirliyi arasında nə baş verir? - 3 milyonluq kredit mübahisəsi...

Siciliya Adalarında istirahətə yolanan təhsil rəhbərləri kimlərdir? ARAŞDIRMA

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Yemək büdcəmizi “yeyir”

“Qazprom” təsdiqlədi: Ermənistanın qaz kəməri Azərbaycanın nəzarətinə keçir

Bu ölkədə beş əsgərin ölümündən sonra hərbi təlimlər dayandırılıb

Qəhvə içmək bağırsaq xərçənginə yoluxma riskini azaldır — ARAŞDIRMA

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq — RƏSMİ

Qalada qanunsuz tikililər söküldü - FOTO // VİDEO

Əhməd təcridxanaya qaytarıldı

Parklanmadan daxilolmalar xərcləri qarşılamır - AYNA-dan AÇIQLAMA

Rusiya sanksiyalara görə Çin, Türkiyə və BƏƏ-dən neftin pulunu ala bilmir

Bakıda qəbiristanlıqda çayxana tikmək istədilər (VİDEO)

Sabah 21 dərəcə isti olacaq

Bütün xəbərlər