“The Guardian” işğalçı Ermənistanın Gəncəyə raket hücumundan yazdı - FOTO

“The Guardian” işğalçı Ermənistanın Gəncəyə raket hücumundan yazdı - FOTO











Nüfuzlu “The Guardian” nəşrində işğalçı Ermənistan ordusunun Azərbaycanın iri şəhərlərində yaşayış məntəqələrini SCUD tipli ballistik raket atəşinə tutması ilə əlaqədar məqalə dərc edilib.

Məqalədə yaşayış evlərinin yerlə bir olması, insanların dağıntılar altında qalmasından bəhs olunub.

Nəşr günahsız dinc əhaliyə qarşı xain hücumun gecə, insanların çoxunun yatan vaxtında baş verdiyini vurğulayıb.

“Gecə baş verən hücumdan sonra insanlar ev paltarında, ayaqyalın, şok vəziyyətində çölə çıxıblar. Şahidlərdən biri bildirdi ki, dəqiqələr içində dağıntılar altından körpə uşağın, iki qadının və dörd kişinin meyiti çıxarılıb.

“Biz yatmışdıq. Uşaqlar televizora baxırdılar. Ətrafdakı bütün evlər uçub-dağılıb. İnsanların çoxu dağıntılar altındadır. Bəziləri ölüb, bəziləri yaralanıb”, - deyə 65 yaşlı Rübaba Cəfərova dağılmış evinin qarşısında durub deyir.

Başqa bir tərəfdə isə tibb işçisi tərəfindən zorla təcili yardım maşınına tərəfə aparan kişi “Mənim arvadım orada idi, mənim arvadım orada idi”, - deyə ümidsiz şəkildə hayqırırdı...”

Məqalədə faciənin miqyasından danışılarkən, xilasedicilərin ağır və məsuliyyətli işlərindən də söz açılıb:

“Xilasedicilər dağıntıların altında qalanların səslərin eşidilməsi üçün sakinləri sakitliyə çağırmaq məcburiyyətində idilər”.

Məqalədə o da xatırladılır ki, Gəncəyə ilk raket hücumu bundan altı gün əvvəl, şəhərin başqa bir məhəlləsinə olmuşdu. Həmin vaxt 10 dinc sakin həyatını itirmişdi.

“The Guardian” Mingəçevir şəhərinə raket hücumu barədə xəbər verib:

“Təxminən həmin vaxt Gəncə şəhərinə bir saatlıq məsafədə olan Mingəçevirə də raket atılıb. Partlayışın səsi binaları titrədib. Mingəçevir RƏM (raket əleyhinə müdafiə) sistemi ilə müdafiə olunur. Çünki strateji əhəmiyyətli su anbarı burada yerləşir. Partlayış səsindən sonra raketin havada məhv edildiyi, yoxsa hara isə dəydiyi tam aydın deyildi”, - deyə məqalədə əlavə edilib.
(Oxu.az
“The Guardian” işğalçı Ermənistanın Gəncəyə raket hücumundan yazdı - FOTO
“The Guardian” işğalçı Ermənistanın Gəncəyə raket hücumundan yazdı - FOTO

Tarix:17-10-2020, 14:16 Baxış Sayı:88 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Prezidentin köməkçisi: “Nikol Paşinyan, səhvə yol verdin” - FOTO
Azərbaycanlı səfir Kolumbiyanın aparıcı radiolarında erməni terrorundan danışıb
“Bacısı Fuadın əlindən öpüb ağlayırdı” - “New-York Times” Bərdədə / Fotolar
Türk ve Azerbaycanlı çocuklar “Cumhuriyet Bayramı” için aynı klipte buluştu
Məkrli erməninin hədəfi yenə də mülki əhalidir
Düşmənin hücum cəhdinin qarşısı alındı: Döyüş texnikası və canlı qüvvə itirən ermənilər geri çəkilir - RƏSMİ
Düşmən Goranboy və Tərtəri atəşə tutdu - RƏSMİ
Azərbaycanda xüsusi karantin rejimi uzadıldı
Bu mağaza şəhid ailələrinə pulsuz xidmət göstərir - Foto
ŞAD XƏBƏR: Yeni ərazilər işğaldan azad edildi
Zəngilanda Ermənistan xüsusi təyinatlılarının qrupu məhv edilib
Ermənistan rəhbərliyi Xankəndi və Şuşa sakinlərini şəhərləri tərk etməyə çağırıb
Düşməndən qənimət kimi götürülən tanka "Albert" adı verildi – FOTO
Abşeronun kəndlərində COVİD-19 əleyhinə növbəti təbliğat tədbirləri həyata keçirilib
Ermənistan ərazisindən Azərbaycanın dörd rayonu atəşə tutulub - RƏSMİ
Ermənistan mülki vətəndaşları və jurnalistləri hədəf alır
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilib
“WhatsApp”da “fişinq” kampaniyaları Nazirlikdən xəbərdarlıq
Müdafiə Nazirliyi daha bir erməni yalanını ifşa etdi: “Ağbənd atəşə tutulub”
AMEA 1,5 milyon manatlıq təmir işləri aparacaq
Daha bir yüksək rütbəli erməni zabiti məhv edildi - RƏSMİ
Ermənistan işğalı kənd təsərrüfatımıza 20 milyard manatdan çox zərər vurub
Ermənistan mülki vətəndaşları hədəfə alıb - Hacıyev
Son sutkada 527 nəfər virusa yoluxub, 131 nəfər sağalıb
Sabiq nazir Hüseynqulu Bağırov məhkəmədə dindiriləcək
Ağstafada icra hakimiyyəti nəyə lazımdır? - "Dəfələrlə şikayət etsəm də..."
Qarabağda metallurgiyanın inkişafı potensialı böyükdür
İcra hakimiyyətində məsul vəzifələrə "şoferlər,baytarlar" təyin olunur
Sabah Milli Məclisin iclası keçiriləcək - Gündəlik
Azərbaycanın səkkiz rayonu Ermənistan tərəfindən atəşə tutulur - RƏSMİ

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla