Telegram Facebook Twitter Youtube Instagram
sizin reklam burada
26 okt 2020, 16:01 | gundem / sosial
Sabiq nazir Hüseynqulu Bağırov məhkəmədə dindiriləcək

Sabiq nazir Hüseynqulu Bağırov məhkəmədə dindiriləcək











Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mənimsəmədə təqsirləndirilən keçmiş əməkdaşları - Nazirliyin Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənov, həmin departamentin baş mühasibi İlqar Hacıyev və departamentin digər əməkdaşları - Orxan Qasımov, Tural Hacızadə və Təbriz Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

DogruXeber.az bildirir ki, prosesdə bir neçə zərərçəkmiş şəxs dindirilib. Onlar heç bir şikayət və tələblərinin olmadığını, özlərini zərərçəkmiş kimi hesab etmədikləri bildiriblər.

Prosesdə təqsirləndirilən İlqar Hacıyev isə qeyd edib ki, zərərçəkmişlərin bir çoxunu və şahidləri tanımır. Onun sözlərinə görə, onların zərərçəkmiş kimi dindirilməsi qərəzlidir.

Digər şahid Cəmilə Muxtarova da məhkəmədəki ifadəsində təqsirləndirilən şəxsləri tanımadığını söyləyib.

Hakim məhkəmədə fərqli ifadə verən şəxslərlə bağlı araşdırma aparılacağını, hüquqi qiymət veriləcəyini deyib.

Təqsirləndirilən Orxan Qasımovun vəkili isə müstəntiq barəsində tədbir görülməsini istəyib.

İlqar Hacıyev məhkəməyə bildirib ki, müstəntiq bəzi şahid və zərərçəkmişlərdən ona qarşı qərəzli ifadə alıb: “Pulu kartlardan kimin çıxarması ilə bağlı dəqiq məlumat var. Bunu bankomatlardan pulun çıxarılması vaxtı və kamera görüntüləri ilə sübut etmək olar”.

Hakim Hüseynqulu Bağırovun da məhkəməyə şahid kimi çağırılıb dindiriləcəyini qeyd edib.

Daha sonra İlqar Hacıyevin vəkili Ramil Məmmədzadə müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılması ilə bağlı daha bir vəsatət verib.

Vəkil bildirib ki, dəymiş zərər ödənildiyi üçün müdafiə etdiyi şəxs azadlığa buraxılmalıdır.

Vəsatət təmin edilməyib.

Proses oktyabrın 30-da davam edəcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və daha bir neçə maddəsi ilə ittihamlar irəli sürülüb.

İttihama görə, 2012-ci ildən Milli Hidrometeorologiya Departamentində rəhbər vəzifələrdə - direktor və direktor müavini işləyən Ə.Həsənovun rəhbərliyi ilə təqsirləndirilən şəxslər Nazirlikdə şəbəkə quraraq külli miqdarda vəsaiti mənimsəyiblər. Belə ki, onlar əmək müqaviləsi bağlamayan işçilərin əməkhaqlarını ayrı-ayrı kartlara köçürərək ələ keçiriblər.

İş üzrə ümumilikdə 450 min manatdan çox zərər olub. İstintaq dövründə 300 min manat zərər ödənilib.

Təqsirləndirilən şəxslərdən yalnız İlqar Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib.

Zərərçəkən 27 nəfər də əmək müqaviləsi imzalanmayan, maaşları karta köçürülərək mənimsənilən şəxslərdir.

İ. Hacıyev ifadəsində sabiq nazir Hüseynqulu Bağırovu günahlandırıb.
(Apa.az)


Oxunub: 66


Türkiyənin keçmiş müdafiə naziri vəfat etdi 3 dek 2020, 18:01 Paşinyan istefanı qəbul edib? 3 dek 2020, 17:25 Rusiya Qarabağda daha bir hərbi hospital yaradır 3 dek 2020, 17:17 Hacı Nuran da koronavirusa yoluxdu 3 dek 2020, 17:07 Vətən müharibəsində 2783 hərbi qulluqçumuz şəhid olub - Rəsmi 3 dek 2020, 16:56 İrəvanda etirazçılar Paşinyan barəsində cinayət işi başlanmasını tələb edirlər 3 dek 2020, 16:44 Sumqayıtda avtobusda yanğın olub - FOTO 3 dek 2020, 16:40 Dünya 102 yaşlı bu qadından danışır 3 dek 2020, 16:26 Əməkdar rəssam Rafael Abbasov vəfat edib 3 dek 2020, 16:01 Aprel döyüşlərinin əfsanəsi,qazi Asif Rəsulovun müalicəsini hansı şirkət öz üzərinə götürdü-Video/Foto 3 dek 2020, 15:23 Şəhidlərimizin adı ictimaiyyətə açıqlanacaq 3 dek 2020, 15:12 Oteldə silahlı toqquşma: 2 polis yaralandı - FOTOLAR 3 dek 2020, 14:51 İslamı təhqir edən yazıları tənqid edilmişdi! Mehtap Balaban üçün qərar verildi. 3 dek 2020, 14:34 Millət vəkili: Ölkəmiz ərazi bütövlüyünü bərpa etdi, işğala son qoydu 3 dek 2020, 14:22 Zəfər Günü hər il noyabrın 8-də qeyd ediləcək 3 dek 2020, 14:04 Laçının daha iki kəndindən - Video 3 dek 2020, 14:00 Zəngilanda avtomobil körpüdən aşdı: ÖLƏN VAR 3 dek 2020, 13:39 İdman kompleksi qarət olundu 3 dek 2020, 13:13 DİN koronaviruslu xəstələrə çağırış etdi 3 dek 2020, 13:02 Azərbaycan nefti 49 dollara qədər bahalaşıb 3 dek 2020, 12:50 “Qarabağ” 100 min manat pul qazandı 3 dek 2020, 12:45 Oğuzda daha bir koronavirus xəstəsi barədə cinayət işi başlanıldı 3 dek 2020, 12:33 Paşinyanın xanımı ölən əsgərin anası ağlayarkən telefonla oynadı - Foto 3 dek 2020, 12:02 Azərbaycanlı aktyora ağır itki 3 dek 2020, 11:42 “Topçu Vüsal”ın adıyla pul qazanmaq istəyənin kimliyi bəlli oldu 3 dek 2020, 11:22 Polisdən əhaliyə XƏBƏRDARLIQ: "Hər bir evin qarşısına polis qoya bilmərik" 3 dek 2020, 11:11
Türkiyənin keçmiş müdafiə naziri vəfat etdi 3 dek 2020, 18:01 | Paşinyan istefanı qəbul edib? 3 dek 2020, 17:25 | Rusiya Qarabağda daha bir hərbi hospital yaradır 3 dek 2020, 17:17 | Hacı Nuran da koronavirusa yoluxdu 3 dek 2020, 17:07 | Vətən müharibəsində 2783 hərbi qulluqçumuz şəhid olub - Rəsmi 3 dek 2020, 16:56 | İrəvanda etirazçılar Paşinyan barəsində cinayət işi başlanmasını tələb edirlər 3 dek 2020, 16:44 | Sumqayıtda avtobusda yanğın olub - FOTO 3 dek 2020, 16:40 | Dünya 102 yaşlı bu qadından danışır 3 dek 2020, 16:26 | Əməkdar rəssam Rafael Abbasov vəfat edib 3 dek 2020, 16:01 | Aprel döyüşlərinin əfsanəsi,qazi Asif Rəsulovun müalicəsini hansı şirkət öz üzərinə götürdü-Video/Foto 3 dek 2020, 15:23 | Şəhidlərimizin adı ictimaiyyətə açıqlanacaq 3 dek 2020, 15:12 | Oteldə silahlı toqquşma: 2 polis yaralandı - FOTOLAR 3 dek 2020, 14:51 | İslamı təhqir edən yazıları tənqid edilmişdi! Mehtap Balaban üçün qərar verildi. 3 dek 2020, 14:34 | Millət vəkili: Ölkəmiz ərazi bütövlüyünü bərpa etdi, işğala son qoydu 3 dek 2020, 14:22 | Zəfər Günü hər il noyabrın 8-də qeyd ediləcək 3 dek 2020, 14:04 | Laçının daha iki kəndindən - Video 3 dek 2020, 14:00 | Zəngilanda avtomobil körpüdən aşdı: ÖLƏN VAR 3 dek 2020, 13:39 | İdman kompleksi qarət olundu 3 dek 2020, 13:13 | DİN koronaviruslu xəstələrə çağırış etdi 3 dek 2020, 13:02 | Azərbaycan nefti 49 dollara qədər bahalaşıb 3 dek 2020, 12:50 |

«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031