Telegram Facebook Twitter Youtube Instagram
sizin reklam burada
27 okt 2020, 16:10 | gundem / sosial
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilib

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilib











“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda təqdim edilib.

DogruXeber.az bildirir ki, bu barədə Milli Məclisin bugünkü növbəti plenar iclasında bildirilib.

Qeyd edilib ki, müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olan vətəndaşlar bir qayda olaraq dövlət sirrinin daşıyıcıları olurlar. Qanuna ediləcək dəyişiklikdən öncə vətəndaş könüllü olaraq zabit kimi xidmətə qəbul edildikdə 1 il 6 ay xidmət etdikdən sonra həmin xidmətdən tərxis ola bilirdi. Təklif olunan dəyişikliyə əsasən, həmin şəxslər qiymətləndirmə yolu ilə birbaşa kadr zabit heyətinə keçirilirlər və yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etdikdən sonra ehtiyata buraxıla bilərlər. Qeyd edilib ki, layihəyə birinci və ikinci oxunuşlarda heç bir əlavə və təklif olmayıb.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Həmçinin, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi barədə ikinci oxunuşda Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bəhs edib.

Diqqətə çatdırılıb ki, qanunun müvafiq maddələrinə “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası” anlayışının daxil edilməsi, eyni zamanda, “xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” ifadəsinin “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” ifadəsi ilə əvəz edilməsi təklif olunur.

Bu dəyişiklik nəticəsində ali təhsil diplomlarının tanınması proseduru təkmilləşdiriləcək, tanınan sənədlərin əhatə dairəsi genişləndirilərək ali təhsilə aid olan və ya ali təhsilə qəbul olunmaq imkanı verən subbakalavr diplomlarının da tanınma imkanı və proseduru yaradılacaq.

Qeyd edilib ki, xarici ölkələrin səlahiyyətli orqanları tərəfindən verilmiş subbakalavr diplomlarının tanınması ilə xaricdə bu təhsili almış vətəndaşlarımızın, həmçinin, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin təhsillərini ölkəmizdə növbəti pillələrdə davam etdirmək imkanları yaranacaq.

Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda təsdiq edilib.

“Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini də ikinci oxunuşda Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev təqdim edib. Bildirilib ki, qanun layihəsi “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğun olaraq hazırlanıb və terminologiyanın eyniləşdirilməsi məqsədi daşıyır.

Dəyişikliyə görə, əsas anlayışların mənaları göstərilən maddədə “kvalifikasiya” anlayışında dəqiqləşdirmə aparılıb. Yeni varianta əsasən, şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunun dövlət təhsil sənədi ilə təsdiq edilməsinə kvalifikasiya deyilir.

Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
(Oxu.az)


Oxunub: 88


Almaniyada vaksinasiya pulsuz olacaq 4 dek 2020, 18:00 Sabiq icra başçısı VƏFAT ETDİ 4 dek 2020, 17:32 Zəngəzur və Göyçə də Azərbaycana qaytarılır? - ŞOK DETALLAR 4 dek 2020, 17:17 “iPhone”da təhlükəli boşluq aşkar edilib 4 dek 2020, 17:01 Ərdoğan Bakıya gələcəyi tarixi açıqladı 4 dek 2020, 16:50 Müflis elan edilmiş sığorta şirkəti üzrə zərər çəkmiş şəxslərə kompensasiya ödənişi edilib 4 dek 2020, 16:35 Anar Məmmədov:Hazırda pandemiya ilə mübarizədə birgə əməkdaşlıqdan başqa yol yoxdur 4 dek 2020, 16:35 İsmayıllıda yaşadığı ünvanı tərk edən daha bir koronavirus xəstəsi saxlanılıb 4 dek 2020, 16:27 Mehriban Əliyevadan şəhidlərimizlə bağlı PAYLAŞIM 4 dek 2020, 16:02 Ermənilərin qənimi: Düşməni dəhşətə salan XTQ - Video 4 dek 2020, 15:46 Tanınmış aparıcının anası koronavirusdan öldü 4 dek 2020, 15:28 Xaçmazın icra başçısı bu ailə ilə niyə maraqlanmır? - GİLEY 4 dek 2020, 14:57 Təzəpir məscidində şəhidlərimizin xatirəsi yad edilib 4 dek 2020, 14:37 Silahlı şəxs Moskva metrosunda atəş açdı 4 dek 2020, 14:26 “Günəşli” faciəsindən 5 il keçdi 4 dek 2020, 14:16 Şeyxülislam: “Azərbaycan xalqına bu qüruru bəxş edən Ali Baş Komandan və müzəffər Ordumuz, şəhidlərimizdir” 4 dek 2020, 13:46 Qazimiz üçün YIĞILAN PULU OĞURLADILAR - FOTO 4 dek 2020, 13:25 Putinin göstərişi Rusiyanı QARIŞDIRDI 4 dek 2020, 13:12 Avtomobillə piyadanı vuraraq öldürdü 4 dek 2020, 13:03 Prezidentin köməkçisindən şəhidlərlə bağlı paylaşım - FOTO 4 dek 2020, 12:46 AQTA 43 obyektdə pozuntu aşkarladı 4 dek 2020, 12:44 Denis Kislov: “Qarabağ münaqişəsi tez, aydın və lazımi zamanda həll edildi” 4 dek 2020, 12:43 İtaliyada Yeni İl tətilində sərt karantin tətbiq olunacaq 4 dek 2020, 12:34 Daha bir vəzifəli şəxs koronadan vəfat etdi 4 dek 2020, 11:57 Bu həftə "SMS icazə" sistemi geri qayıdır? 4 dek 2020, 11:00 “Brent“ neftinin qiyməti bahalaşır 4 dek 2020, 10:49
Almaniyada vaksinasiya pulsuz olacaq 4 dek 2020, 18:00 | Sabiq icra başçısı VƏFAT ETDİ 4 dek 2020, 17:32 | Zəngəzur və Göyçə də Azərbaycana qaytarılır? - ŞOK DETALLAR 4 dek 2020, 17:17 | “iPhone”da təhlükəli boşluq aşkar edilib 4 dek 2020, 17:01 | Ərdoğan Bakıya gələcəyi tarixi açıqladı 4 dek 2020, 16:50 | Müflis elan edilmiş sığorta şirkəti üzrə zərər çəkmiş şəxslərə kompensasiya ödənişi edilib 4 dek 2020, 16:35 | Anar Məmmədov:Hazırda pandemiya ilə mübarizədə birgə əməkdaşlıqdan başqa yol yoxdur 4 dek 2020, 16:35 | İsmayıllıda yaşadığı ünvanı tərk edən daha bir koronavirus xəstəsi saxlanılıb 4 dek 2020, 16:27 | Mehriban Əliyevadan şəhidlərimizlə bağlı PAYLAŞIM 4 dek 2020, 16:02 | Ermənilərin qənimi: Düşməni dəhşətə salan XTQ - Video 4 dek 2020, 15:46 | Tanınmış aparıcının anası koronavirusdan öldü 4 dek 2020, 15:28 | Xaçmazın icra başçısı bu ailə ilə niyə maraqlanmır? - GİLEY 4 dek 2020, 14:57 | Təzəpir məscidində şəhidlərimizin xatirəsi yad edilib 4 dek 2020, 14:37 | Silahlı şəxs Moskva metrosunda atəş açdı 4 dek 2020, 14:26 | “Günəşli” faciəsindən 5 il keçdi 4 dek 2020, 14:16 | Şeyxülislam: “Azərbaycan xalqına bu qüruru bəxş edən Ali Baş Komandan və müzəffər Ordumuz, şəhidlərimizdir” 4 dek 2020, 13:46 | Qazimiz üçün YIĞILAN PULU OĞURLADILAR - FOTO 4 dek 2020, 13:25 | Putinin göstərişi Rusiyanı QARIŞDIRDI 4 dek 2020, 13:12 | Avtomobillə piyadanı vuraraq öldürdü 4 dek 2020, 13:03 | Prezidentin köməkçisindən şəhidlərlə bağlı paylaşım - FOTO 4 dek 2020, 12:46 |

«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031