Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Ombudsman beynəlxalq təşkilatlara müraciət etdi

Ombudsman beynəlxalq təşkilatlara müraciət etdi
31-10-2020, 16:35 120 dəfə baxılıb

Ombudsman beynəlxalq təşkilatlara müraciət etdi












İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərini atəşə tutması nəticəsində qədim tarixə malik dini-mədəniyyət abidələrinin dağıntılara məruz qalması ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, milli insan hüquqları təsisatlarına, həmçinin müxtəlif dini icma və konfessiyalara video-müraciət edib.

DogruXeber.az bildirir ki, müraciətdə təcavüzkar Ermənistanın Azərbaycanın tarixi-mədəni irs mərkəzi olan qədim Gəncə şəhərinə ballistik raket zərbələri endirməklə təkcə Azərbaycanın deyil, eyni zamanda dünya mədəni irsinə aid dini-mədəni abidələri, ziyarətgahları və ümumbəşəri dəyərləri hədəf aldığını, beynəlxalq humanitar hüququn, o cümlədən “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” UNESCO-nun 1954-cü il Haaqa Konvensiyasını, “Dünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasını, Müharibə zamanı mülki şəxslərin müdafiəsi ilə bağlı 1949-cu il Cenevrə Konvensiyasını, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasını və digər beynəlxalq hüquq normalarının kobud şəkildə pozması qeyd olunmuş, milli, mənəvi, dini terroru həyata keçirən, tarixi, dini-mədəni abidələri məhv edən, insan hüquq və azadlıqlarını kobud şəkildə pozaraq müharibə cinayətləri törədən işğalçı Ermənistan dövlətinin beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməsi istiqamətində ciddi səy göstərməyə çağırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Telegram Facebook Twitter Youtube Instagram