Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Təhsil şöbəsinin iclasında dava – Müavin müdirə əl qaldırdı?

Təhsil şöbəsinin iclasında dava – Müavin müdirə əl qaldırdı?
28-09-2017, 16:30 471 dəfə baxılıb

Təhsil şöbəsinin iclasında dava – Müavin müdirə əl qaldırdı?




A24.Az –ın redaksiyasına Cəbrayıl rayon Təhsil Şöbəsinin iclasında baş verən hadisə ilə bağlı məlumat verilib.
Bildirilir ki, iclasda Təhsil Şöbəsinin müdir müavini müdirə əl qaldırıb. Müdir müavini Aydın Bəyişovun psixoloji problemi olduğundan şöbədə metodistlərlə yola getmir. İclas zamanı Cəbrayıl rayon Təhsil Şöbəsinin müdiri Validə Həsənova ilə onun arasında qalmaqal yaranıb. Nəticədə müdir müavini müdirə əl qaldırıb.
A24.Az olaraq məsələni araşdırmaq istədik. Cəbrayıl rayon Təhsil şöbəsinin müdiri Validə Həsənova məlumatı birmənalı şəkildə təkzib edib. “Mənim 65 yaşım var. Mən yaşımın kamil dövründüyəm, müavin də cavan uşaqdır. Balaca oğlumla yaşıddır. Belə bir məsələ olmayıb. Bunu kim deyirsə ya mənlə, ya da müəllimlə qərəzlidir. O ki qaldı metodistlərə, onlarla müavin arasında belə hadisə olmayıb”.
Cəbrayıl rayon Təhsil şöbəsinin müdir müavini Aydın Bəyişov isə A24.Az-a açıqlamasında bildirdi ki, belə bir hadisə olmayıb. “Mənim nə müdirlə, nə müəllimlərlə, nə də metodistlərlə heç bir problemim yoxdur. Bu haqda yalan məlumat verən şəxs məsuliyyət daşıyır. Bunu kim deyibsə, gəlsin üzləşək. Belə bir hadisənin olmasından söhbət gedə bilməz. Validə xanım yaşlı qadındır və mən heç vaxt belə tərbiyəsizlik etmərəm. O ki qaldı, metodistlərə qarşı qərəzli mövqeyimə. Mənim heç bir məktəb direktoru, müəllim, ya da metodistlə problemim yoxdur. 15 ildir orda işləyirəm. Niyə indiyədək bir şikayət olmayıb? İndi deyirlər ki, metodistlərə qarşı qərəzli mövqe tuturam?”.
Qeyd edək ki, 5 saylı ibtidai məktəbin direktoru İsmət Məmmədovun istintaqa verdiyi ifadədə 40 min müdirə 16 min isə müdir müavininə verdiyini bildirib. Bu isə tərəflər arasında qalmaqala səbəb olub. Nəticədə müdir V. Həsənova, müavin Aydın Bəyişovun hər ay verilən paketini kəsib.

Vüsalə Əlövsətqızı, A24.Az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram