gundem / sosial
6.11.2020, 14:16
Makron və Trüdo Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər
Fransa Prezidenti Emmanuel Makron, Kanadanın Baş naziri Castin Trüdo ilə danışıqlar aparıb.
DogruXeber.az bildirir ki, tərəflər Dağlıq Qarabağdakı vəziyyəti və terrorizmlə mübarizəni müzakirə ediblər.
Dağlıq Qarabağdakı mövcud vəziyyətin müzakirəsi zamanı münaqişənin diplomatik yolla həll olunmasının vacibliyini vurğulanıb.
Onlar ifadə azadlığının və insan hüquqlarının qorunmasının vacibliyi, terrorizm və zorakı ekstremizmə qarşı mübarizə öhdəlikləri barədə razılığa gəliblər.
(TASS)