Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

DÖVLƏT QEYDİYYATINA ALINMAYAN PARTİYALARIN BƏYANATI

DÖVLƏT QEYDİYYATINA ALINMAYAN PARTİYALARIN BƏYANATI
12-11-2020, 13:53 517 dəfə baxılıb

DÖVLƏT QEYDİYYATINA ALINMAYAN PARTİYALARIN BƏYANATI



















Uzun illər işğal altında qalmış torpaqlarımızın, şəhər və kəndlərimizin azad olunması üçün verilən siyasi qərar və qazanılan möhtəşəm qələbələr xalqını, vətənini, millətini, torpağını sevən və onun azadlığı, xoşbəxtliyi və səadəti uğrunda mübarizə aparan bir siyasi təşkilat kimi bizi sevindirməyə bilməzdi. Ölkə başçısının güclü siyasi iradəsini, böyük mübarizə əzmini təqdir edir və bildiririk ki, torpaqlarımızın erməni işğalından azad olunması eyni zamanda bizim siyasi fəaliyyətimizin ən ali məqsədlərindən biri olduğundan Cənab Prezident İlham Əliyevin bu yekdil tarixi qərarını və qətiyyətli mövqeyini çox yüksək qiymətləndirir və onu dəstəklədiyimizi və yanında olduğumuzu bəyan edir, ümummilli və taleyüklü məsələlərdə - xalq üçün, millət üçün, torpaq üçün, milli dövləıtçiliyimizin inkişafı üçün gördüyü bütün işlərdə və apardığı bütün mübarizələrdə yürütdüyü siyasəti tam müdafiə etdiyimizi bildiririk.
Etiraf edirik ki, müharibəyə hərtərəfli və mütəşəkkil hazırlıq, ölkədə yaradılan sağlam mühit, təmiz abu-hava, milli birlik, insanların qələbəyə və Cənab Prezidentə olan sonsuz inamı düşünülmüş düzgün və peşəkar siyasətin aydın təzahürü və məntiqi nəticəsidir. Hesab edirik ki, Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yenilməz və müzəffər ordumuzun qazandığı möhtəşəm qələbələr əgər bir tərəfdən respublikamızın ərazi bütövlüyünü tam təmin etmişdirsə, digər tərəfdən isə xalqımızın tarixinə qızıl hərflərlə yazılacaq yeni bir dövrün,yeni bir eranın açılmasına əsaslı səbəb olmuşdur. Xalqımızın mənliyini, şərəfini, ləyaqətini, inamını özünə qaytaran və Azərbaycanın son üç əsrlik tarixində misli görünməmiş qələbəyə imza atan Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevi səmimiyyətlə təbrik edir, insanlarımızın xoşbəxtliyi, azad, firavan həyatı, milli dövlətçiliyimizin inkişafı, torpaqlarımızın bütövlüyü naminə uzun ömür və daha möhtəşəm qələbələr arzulayırıq. Və həmçinin bildirmək istəyirik ki, bundan sonra yaşayacağımız yeni erada da xalqımız üçün, millətimiz üçün görüləcək bütün işlərdə dövlətimizin yanında olacaq və Cənab Prezident İlham Əliyevi dəstəkləyəcəyik.
Mirfazil Həmidov - Demokratik Birlik Partiyasının sədri
Şöhrət İsmayılov - Azərbaycan Demokratik İstiqlal Partiyasının sədri
Arzuman Həsənov - Əmək Partiyasının sədri
Nizami Təhməzov - Demokratik Sağ Partiyasının sədri
(DogruXeber.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Telegram Facebook Twitter Youtube Instagram