gundem / sosial
13.11.2020, 14:00
Küçədə siqaret çəkənlər cərimə olunacaq
Bir müddət əvvəl Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən koronavirusla mübarizə çərçivəsində valiliklər tərəfindən təyin olunan küçə və prospektlərdə siqaret çəkməyin qadağan olunduğu açıqlandı. Bu gün isə bu qaydanı pozanlara tətbiq olunacaq cərimənin məbləği müəyyənləşib.
DogruXeber.az bildirir ki, İstanbulda maskaların düzgün istifadəsi məqsədilə 125 küçə, 93 prospekt, 84 mərkəzdə və dayanacaqlarda siqaret çəkmək qadağan olunub. İstanbul Valiliyi siqarət çəkənlərin 900 lirə cərimə ediləcəyini açıqlayıb.
(Yenisabah.az)