Rusiyanın tanınmış ictimai xadimləri erməni lobbisi tərəfindən təhdid edilir - Hesabat SİYASƏT














Rusiyanın tanınmış ictimai xadimləri - hərbi ekspert İqor Korotçenko (fotoda sol tərəfdə) və jurnalist Maksim Şevçenko(fotoda sağ tərəfdə) Rusiyanın erməni lobbisi tərəfindən təhdid edilir, təhqir olunurlar. Bu cəsur rusiyalı ekspertlər Rusiyanın Ermənistan tərəfindən Qarabağ müharibəsinə qarışmamalı olduğunu söyləməkdən çəkinmədilər, çünki bu, beynəlxalq hüquqa ziddir və Rusiyanın milli təhlükəsizliyi baxımından təhdidlər yaradır.

Trend-in məlumatına görə, bu barədə Ermənistan və erməni lobbisinin azad sözü boğmaq məqsədilə Ermənistan-Azərbaycan münaqişəsini obyektiv işıqlandıran beynəlxalq media orqanlarına və jurnalistlərə qarşı təhdid və təzyiqləri barədə Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin hesabatında deyilir.

Bildirilir ki, bundan əlavə, bu ekspertlər silahlı qüvvələri Azərbaycan torpaqlarını tərk etmək istəməyən Ermənistanın maraqları uğrunda rusiyalıların ölməməli olduqlarını və bu səbəbdən baş verənlərdən ermənilərin özlərinin məsuliyyət daşıdığını bildirirlər.

Nəticədə, Rusiyanın erməni lobbisi onlar üçün əlverişsiz olan ekspertləri susdurmağa çalışırlar. Bir müddət əvvəl erməni milliyətçiləri Maksim Şevçekonu öldürməklə hədələyirdilər. İndi isə İqor Korotçenkonun şəxsiyyətini və ləyaqətini gözdən salmağa çalışırlar. Nüfuzlu "Voennoye Obozreniye" jurnalının baş redaktoru, Rusiya dövlət xadimi İqor Korotçenko indi bütün erməni lobbisinin üzvlərinin hücumuna məruz qalıb.

Qarabağla bağlı həqiqəti deyənlər təhdid olunur - Katsman Oxşar təhdidlərlə israilli ekspert Natəvan Rəşidova-Katsman da üzləşib. Oktyabrın 30-da bir sıra informasiya agentliklərində onun da rəyi olduğu Dağlıq Qarabağla bağlı obyektiv məqalələr dərc olunduqdan sonra xanıım ekspertə gizli nömrədən zənglər olunub. Ona zəng edən şəxs rusca çox kəskin və xoşagəlməz formada gələcəkdə onları nə gözləyəcəyi ilə təhdid edib. Əlbəttə, müasir dünyada bütün bunlar qəbuledilməzdir və cinayətdir.

Ermənistan lobbisi eyni zamanda bu müddət ərzində TRT kanalını hədəfə alıb. Məlumat üçün deyək ki, bu kanal və digər Türkiyə mediası münaqişənin obyektiv şəkildə dünyaya çatdırılmasında mühüm rol oynayıb. Ermənistan ordusunun xüsusilə Azərbaycanın mülki əhalisini hədəfə almasını işıqlandıran türk mediası Erməni lobbisi tərəfindən təhqirlərə və təhdidlərə məruz qalıb.

Bununla yanaşı Ermənistan münaqişə zonasında fəaliyyət göstərən jurnalistlərin təhlükəsizliyini və mühafizəsini risk altına atıb. Ermənistanın Azərbaycana qarşı davam edən hərbi əməliyyatları zamanı həm öz, həm də üçüncü ölkələrin vətəndaşları olan jurnalistləri istismar etmək üçün etdiyi məsuliyyətsiz cəhdlər olub. Xüsusi narahatlıq doğuran haldır ki, Ermənistan bəzən jurnalistləri və digər media mütəxəssislərini fəal hərbi əməliyyatların getdiyi ərazilərə gətirərkən, onları döyüşçülərdən aydın şəkildə ayırmaq üçün bilərəkdən lazımi tədbirlər görməyib.

Bu fotoda Ermənistan media təmsilçilərindən biri lentə alınıb. Görüntüdə özünü jurnalist kimi təqdim edən şəxsin çiynində silah görünür. "Jurnalist"in əlindəki mikrofonun üzərində isə Ermənistan Müdafiə Nazirliyinin loqosu əks olunub. Bu görüntülər sosial şəbəkələrdə ciddi müzakirələrə yol açıb. İstifadəçilər qeyd edir ki, beynəlxalq jurnalistika normalarına əsasən cəbhə bölgəsinə ezam olunmuş jurnalistin silah, eyni zamanda, əsgərlərin də mikrofon daşımaq hüququ yoxdur.

Müharibə dövründə Ermənistan Ordusunun söz və ifadə azadlığına yönəlmiş hücum cəhdi də qeydə alınıb. Cəbhə bölgəsində peşə borcunu yerinə yetirən jurnalistlərin Ermənistan silahlı qüvvələrinin atəşinə məruz qalması faktları olub. İndiyədək Azərbaycan jurnalistləri 4 dəfə Ermənistan ordusunun hücumuna məruz qalıb.“Euronews” telekanalının çəkiliş qrupu Azərbaycanın işğaldan azad edilmiş Talış və Suqovuşan kəndlərində peşə faəliyyətini yerinə yetirərkən, Ermənistan silahlı qüvvələri tərəfindən kornet tipli tank əleyhinə raketlə atəşə tutulub. Euronews”un materialından aydın görünür ki, onların hədəfi məhz bu telekanalın çəkiliş qrupu olub. Xoşbəxtlikdən media orqanının əməkdaşları xəsarət almayıblar, yalnız avtomobilə ziyan dəyib.

“Fighting continues in Nagorno-Karabakh despite the promises of ceasefires” - “Dağlıq Qarabağda atəşkəs vədlərinə baxmayaraq döyüşlər davam edir”
Trend.az


Oxunub: 594

Son xəbərlər

Taksilərdə videokameralar quraşdırılacaq

Kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır?

Bakıda bu evlər bahalaşıb

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Kreml yeni oyuna başlayır: Hədəf Mərkəzi Asiyadır - ŞƏRH

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Tanınmış iş adamının faciəli şəkildə ölən oğlu məhkəməyə verildi

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir - VİDEO

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Quru sərhədləri Azərbaycan vətəndaşları üçün açılmalıdır - ÇAĞIRIŞ

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - HAVA PROQNOZU

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Yalnız bu üç növ silah Ukrayna müharibəsinin gedişatını dəyişə bilər - "The Telegraph"

Dollara tələbin artmasının səbəbləri açıqladı

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşdü

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO

Məktəbdə nöqsan aşkarlandı, direktor işdən çıxarıldı

Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir - SİYAHI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Bu günə olan valyuta məzənnələri

Azərbaycan nefti ucuzlaşdı

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bütün xəbərlər