Baş Prokurorluq: Erməni hərbçilərinin meyitlərinə qarşı təhqiredici hərəkətlərlə bağlı videoların çoxu saxtadır

Baş Prokurorluq: Erməni hərbçilərinin meyitlərinə qarşı təhqiredici hərəkətlərlə bağlı videoların çoxu saxtadır










2020-ci ilin 27 sentyabr - 10 noyabr müddətində davam edən silahlı münaqişə zamanı Ermənistan silahlı qüvvələri tərəfindən müharibə qanunlarının və adətlərinin pozulması faktlarına dair Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanaraq hazırda ibtidai istintaq davam etdirilir, cinayət törətmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlər görülür.

DogruXeber.az Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, bununla yanaşı, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Azərbaycanın hərbi qulluqçularının torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində aparılan döyüş əməliyyatları zamanı həlak olmuş erməni hərbçilərinin meyitləri üzərində təhqiredici hərəkətlər etmələrini, habelə əsir götürülmüş erməni hərbçiləri ilə qeyri-insani rəftarı əks etdirən videogörüntülər yayılıb.

Həmin videogörüntülər Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluq tərəfindən təhlil edilərək öyrənilib, bir çox videoçarxın saxta olması müəyyən edilsə də, bəzilərinin doğru olmasına və reallığı əks etdirməsinə ciddi şübhələr yaranıb.

Qeyd edilən məlumatlarla bağlı toplanmış materiallar əsasında Hərbi Prokurorluq tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 115.2 (işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə cinayət işi başlanmış, hazırda həmin videogörüntülərlə bağlı zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu kimi qanunsuz əməllərə yol vermiş şəxslər müəyyən edilib məsuliyyətə cəlb edilməklə, istintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.

Baş Prokurorluq Azərbaycan Respublikasının vətəndaşlarını və hərbi qulluqçularını yuxarıda qeyd olunan qanun pozuntularının yolverilməzliyi barədə bir daha xəbərdar edir.

Həmçinin bildirilir ki, 1992-ci ildən başlayaraq Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə arxeoloji qazıntıların aparılması, tarixi maddi və mədəni irs abidələrinin talanması, ekoloji cinayətlərlə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində başlanmış cinayət işləri üzrə istintaq aparılır, artıq işğaldan azad edilmiş ərazilərimizdə hadisə yerinə baxış da daxil olmaqla, zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir və həmin istintaq hərəkətləri zamanı tarixi abidələrin ermənilər tərəfindən məhv edilməsinə dair əsaslı sübutlar əldə olunur .

Lakin Ermənistandan fərqli olaraq, Azərbaycan Respublikası müxtəlif mədəniyyətlərin qovuşduğu məkan olaraq, milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və müxtəlif konfessiyaların sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı ölkə kimi dünyada tanınıb.

Vətəndaşlarımız tolerant və multikulturalizm dəyərlərini əsas tutmaqla mədəniyyətimizə və mentalitetimizə uyğun olmayan hərəkətlərdən çəkinməlidir.

Bir daha qeyd edilməlidir ki, işğaldan azad edilmiş ərazilərimizdə hazırda mövcüd olan tarixi, dini və mədəni abidələrin məhv edilməsi və ya onlara hər hansı formada zərər yetirilməsi yolverilməzdir.

Baş Prokurorluq bəyan edir ki, oxşar xarakterli qanun pozuntularına yol vermiş hərbi və mülki şəxslər barəsində qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin ediləcək.

Tarix:21-11-2020, 15:59 Baxış Sayı:57 Kateqoriya:gundem / sosial
SON XƏBƏRLƏR
İcra başçısı yaralı əsgərin evinə 50 manat göndərdi - Goranboyda rüsvayçılıq... -VIDEO
Döyüşlərdə iştirak edən bu şəxslərə - Şad xəbər
“AzerGold” QSC-nin fəaliyyəti nəticəsində indiyədək ölkə iqtisadiyyatına 527 milyon manatdan çox vəsait cəlb edilib
Səfərbərliyə cəlb edilən tələbələrlə bağlı YENİ XƏBƏR
Sumqayıt ŞİH-nə “basqınları” kim təşkil edir? Şikayət var, şikayətçilər isə qeybə çəkilib! – Araşdırma
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
Sərt karantin rejimində maşın təmir etmək baha başa gəldi
İşğaldan azad olunmuş Ağdamın Abdal və Gülablı kəndləri - Video
FHN polkovniki dövlət sirrini yaydığı üçün həbs edilib - Məhkəmə qərarı
Azərbaycanda aprel ayındakı sərt karantin rejiminə yenidən qayıdılır?
Abşeronda COVID-19 infeksiyası ilə bağlı genişmiqyaslı reydlər bu gün də davam etdirilib –FOTOLAR
Minlərlə məhkum vaxtından əvvəl həbsdən azad edildi - VİDEO
Azərbaycanda "sms icazə" sistemi bərpa edilir?
Vətən Müharibəsi şəhidinin yarımçıq qalan evini nazirlik tikəcək - FOTO
Yaralanmış əsgər İcra başçısından ailəsinə kömək istədi,amma... Video/Foto
Ermənilər Ağdamda bu qalanı niyə dağıtmayıb? - Video
Astarada koronavirus xəstəsi evdən çıxdı, polis saxladı
Baş Prokurorluq: Erməni hərbçilərinin meyitlərinə qarşı təhqiredici hərəkətlərlə bağlı videoların çoxu saxtadır
Neftçalanın gənc başçısı sakinlərlə maraqlanmır? – GİLEY
Xızıda evdən pul oğurlandı - FOTO
Mebel ustası adı altında "dələduz"luq edən şəxs vətəndaşı necə aldatdı?-VİDEO\FOTO
Bakıda Ağdam coşqusu - Video
Bu şəxslərə Cümə namazı vaxtlarında məhdudiyyət QOYULACAQ?
Azad olunan daha iki kəndin adı DƏYİŞDİRİLDİ
"Asan Xidmət" bu tarixlərdə işləməyəcək
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
Milli Məclisin bugünkü iclasının gündəliyi DƏYİŞDİ - YENİLƏNİB
Ermənilər Kəlbəcərdə “qədim tarix” istehsal edirmiş - FOTOFAKT
Sabahın hava proqnozu açıqlandı
Dövlət müəssisəsində baş vermiş qanuna zidd əmələ nə üçün münasibət bildirilmədi?-FOTO

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla