Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Astarada koronavirus xəstəsi evdən çıxdı, polis saxladı

Astarada koronavirus xəstəsi evdən çıxdı, polis saxladı
21-11-2020, 18:02 148 dəfə baxılıb

Astarada koronavirus xəstəsi evdən çıxdı, polis saxladı










Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVİD-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

DogruXeber.az DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupuna istinadən bildirir ki, Astara rayonunun Şahağacı kənd sakini Vüqar Dadaşova Covid-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb

Lakin Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib və o aşkar edilərək yaşadığı ünvana qaytarılıb.

Covid-19 infeksiyasının daşıyıcısı olan V.Dadaşovla profilaktik söhbətlər aparılıb, onun bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətinə çatdırılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Astara RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram