Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Azərbaycanda aprel ayındakı sərt karantin rejiminə yenidən qayıdılır?

Azərbaycanda aprel ayındakı sərt karantin rejiminə yenidən qayıdılır?
24-11-2020, 11:42 85 dəfə baxılıb

Azərbaycanda aprel ayındakı sərt karantin rejiminə yenidən qayıdılır?











Azərbaycanda aprel ayındakı sərt karantin rejiminə yenidən qayıdılır?-AÇIQLAMASon 2 ayda dünyada və Azərbaycanda koronavirusa yoluxanların sayında xeyli artım müşahidə olunur. Məhz buna görə də bir çox ölkələr, eləcə də Azərbaycanda pandemiya ilə bağlı tədbiq edilən karantin rejimində müəyyən sərtləşdirilmələrə gedilir. Azərbaycanda bu sərtləşmə daha çox şənbə və bazar günü tədbiq edilir. Yoluxma sayı artma dinamikası ilə davam edərsə aprel ayındakı sərt karantin rejiminə yenidən qayıdıla bilərmi?

DogruXeber.az bildirir ki, bununla bağlı Sonxeber.az-a danışan İlham Məmmədov bildirib ki, karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar Operativ Qərargah tərəfindən verilir:
"Statistik rəqəmlərə uyğun olaraq məhdudlaşdırılmara gedilir. Hansı sahələrdə sərtləşmələrə gedilməli olmasını Operativ Qərargah daha yaxşı bilir. Birinci dalğada dövlətimzin atdığı addımlar nəticəsində biz yoluxma sayını xeyli azalda bildik. Gələcəkdə yoluxma sayının artma ehtimalı nəzərə alınaraq qabaqlayıcı tədbirlər görüldü. Məhz ona görə də kəskin yoluxma və ölüm sayları ilə qarşılaşmadıq. Birinci yoluxmada da çoxlu yoluxmalar və ölüm halları ola bilərdi. Biz bunun qarşısını ala bildik. Bundan sonra da naliyyətlərimizi qoruyub saxlamaq üçün dövlətimizin üzərinə düşən vəzifələrdən əlavə insanlarımız da məsuliyyətli olmalıdır. Yoluxma daha çox ictimai nəqliyyatda olur. Bunun üçün də ictimai nəqliyyatdan istifadə edən insanlarımız maska taxmalı, sosial məsafəni qorumalıdır. Mümkün qədər piyada gəzməyə insanlarımız üstünlük verməlidir. Lazım olmadıqca çölə çıxılmamlıdır. Bunun başqa yolu yoxdur. Sərt karantin rejiminin ölkə iqtisadiyyatına mənfi təsirləri olur. Bu gün biz 44 günlük Vətən müharibəsindən qələbə ilə çıxmışıq. İşğaldan azad olunmuş torpaqlarımızda infrastruktur yenidən qurulması üçün dövlət də işləməlidir. Qaldı ki, karantin rejiminin yenidən sərtləşdirilməsi məsələsinə bu barədə Operativ Qərargah gündəlik yoluxma dinamikasına uyğun olaraq ən düzgün addımları atacaqdır".

Deputat vurğulayıb ki, bütün dünyanı təhdid edən pandemiya ən kəskin mərhələsinə keçib:

"Yoluxma sayı kəskin çoxalıb. Yoluxma çoxaldıqca ölüm halları da artır. Təbii ki, bu insanların psixoloji gərginliyinə səbəb olur. Vətən müharibəsində böyük qələbə əldə edən dövlət kimi, bu xəstəliyin də öhtəsindən gələ bilərik. Biz birlikdə güclü olaraq, gözə görünməyən düşmənlə də mübarizədə Vətən müharibəsində göstərdiyimiz birliyi nümayiş etdirməliyik. Hər bir fərdi şəxsin bu məsələdə töhfəsi onun məsuliyyətli olmasıdır. Bacardıqca kontaktları azaltmaqdır. Bu gün bu virusdan özünü qorumağın yeganə yolu insanlarla az ünsiyyətdə olmaqdır. İnsanların bir-biri ilə təması çoxalıb. Təbii ki, bunun obyektiv və subyektv səbəbləri var. Qələbə sevincimizi qeyd etmək üçün insanlar daha çox bir yerə toplaşdı. Allah şəhidlərimizə rəhmət etsin. Şəhidlərimizin dəfnində insanlarımız həmrəylik nümayiş etdirdi. Əlbəttə, bütün bunlar da müəyyən sıxlığa səbəb oldu".

Deputat söyləyib ki, insanlar bəzən olur ki, məsuliyyət hissini itirir:

"Lazım oldu-olmadı evdən çıxırlar. Bu daha çox yaşlı insanlara və daha çox risk qrupuna daxil olan insanlara aidir. Əslində bu virusa hər yaşda insan yoluxa bilər. Bu xəstəlikdən çıxış yolu hər kəsin maska taxıb, sosial məsafəni qorumasın və dezinfeksiya məhlularından istifadə etməsidir. Bu gün biz koronavirusun çox qorxulu və kəskin dövrünü yaşayırıq. Yeganə yolumuz özümüzü qorumaqdır. İnkişaf etmiş dövlətlər belə bu virus qarşısında məğlub olub. Yoluxma sayı həddindən çoxdur. Elə ölkələr var ki, gün ərzində 20-30 min insan yoluxur. Bu doğurdan qorxulu rəqəmdir. Biz bu virusla yaşamağı öyrənməli, özümüzü qorumalıyıq. Epidemiyanın zəncirinin qırılması üçün dövlətin və Operativ Qərargahın müəyyən etdiyi qaydalardan başqa özümüz də sağlamlığımızı qorumalıyıq. Ən önəmlisi özümüzü təcrid etməliyik. Əgər səndə heç bir əlamət yoxdursa, o demək deyil ki, sən sağlamsan. Ətrafında yüzlərlə bu xəstəliyi simtomsuz keçirən insanlar var. İstənilən an hər birimiz bu xəstəliyə yoluxa bilərik. Ona görə də təmasları maksimum azaltmalıyıq".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram