Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Döyüşlərdə iştirak edən bu şəxslərə - Şad xəbər

Döyüşlərdə iştirak edən bu şəxslərə - Şad xəbər
25-11-2020, 16:13 93 dəfə baxılıb

Döyüşlərdə iştirak edən bu şəxslərə - Şad xəbər












Təhsil Nazirliyinin Kollegiyası “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ında dəyişiklik edib.

DogruXeber.az Axar.az- a istinadən xəbər verir ki, dəyişikliyə əsasən, tələbələrə akademik məzuniyyətin verilməsi hallarına səfərbərlik üzrə hərbi xidmətə çağırılma da əlavə edilib.

Dəyişikliyə əsasən, tələbələr səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqda xidmətdən tərxis edilənədək akademik məzuniyyət veriləcək.

Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti semestrdən buraxılırlar. Akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisası üzrə kadr hazırlığı aparılmadıqda Təhsil Nazirliyinin razılığı əsasında tələbə həmin müəssisədə digər ixtisas üzrə tələbələr sırasına daxil edilə bilər. O, əvvəllər təhsil aldığı ixtisas üzrə təhsilini davam etdirmək istədikdə, bu Qaydaların 2-ci bölməsinin müvafiq tələbləri gözlənilməklə digər ali təhsil müəssisəsinə köçürülə bilər. Hər iki halda məsələyə müvafiq ali təhsil müəssisəsinin müraciəti əsasında Təhsil Nazirliyində baxılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram