Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Karantin qaydaları sərtləşəcək?

Karantin qaydaları sərtləşəcək?
26-11-2020, 13:47 127 dəfə baxılıb

Karantin qaydaları sərtləşəcək?











Bildiyimiz kimi, koronavirusa yoluxma üzrə statistika artmağa davam edir. Bu səbəbdən bir sıra rayon və kəndlər nəzarətə götürülüb.

Bəs, yenidən sərt qaydaların tətbiq edilməsi gözlənilirmi?

DogruXeber.az Sfera.Az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı danışan millət vəkili Razi Nurullayev karantinin sərtləşməsinə hələlik ehtiyac olmadığını bildirib:

"Biz sərt karantin tətbiq etməzdən əvvəl virusla yaşamağı öyrənməliyik. Hər kəs özünü qorumalı, maska taxmalı, gidiyena qaydalarına əməl etməlidir. Bunları edərək yoluxmanın artmasının qarşısını ala bilərik. Dövlət də qaydaları sərtləşdirmək yerinə, maska taxılmasına, vətəndaşların qoyulan tələblərə əməl etməsinə nəzarəti artırmalıdır. Qaydalara əməl etməyən şəxsləri də qanuna müvafiq qaydada cəzalandırmaq lazımdır. Çünki qadağaları artırmaq iqtisadiyyatımız üçün zərərlidir. Bu baxımdan, yenidən sərt qadağaların tətbiqinə ehtiyac görmürəm. Sadəcə qaydalara nəzarət və marifləndirmə işləri artırılsa, düşünürəm ki, bu, yetərli olacaq".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
Telegram Facebook Twitter Youtube Instagram