“AzerGold” QSC-nin “Çovdar” mədənində  ağacəkmə aksiyası keçirilib







Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi və “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən QSC-nin Daşkəsən rayonunda yerləşən “Çovdar” mədənində ağacəkmə aksiyası keçirilib.

Yaşıllıq sahələrinin artırılması və ekoloji tarazlığın təmin edilməsinə töhfə vermək məqsədilə təşkil edilən aksiyada Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, İqtisadiyyat nazirinin müavini, “AzerGold” QSC-nin Müşahidə Şurasının sədri Rövşən Nəcəf, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və digər şəxslər iştirak ediblər. Aksiya çərçivəsində təqribən 4 hektar ərazidə ümumilikdə 3000 göyrüş, ağcaqayın və akasiya tingləri əkilib, həmçinin xüsusi ayırılmış əraziyə palıd, göyrüş və ağcaqayın toxumları səpilib. Yeni əkilən ağac tingləri və toxumlar suvarılaraq onlara aqrotexniki qaydada qulluq göstərilib.

Xatırladaq ki,“Çovdar” mədənində bu cür ekoloji tədbirlər mütəmadi olaraq keçirilir. Belə tədbirlərin icrası nəticəsində mədənin 15 hektardan çox ərazisində 10 000-dən artıq ağac və kol əkilib, yaşıllıqlar salınıb. Bununla yanaşı, təqribən 40 hektara yaxın ərazinin yaşıllaşdırılmasında istifadə edilməsi məqsədi ilə gələcəkdə salınacaq palıd tingliyi üçün 100 mindən çox toxum aqrotexniki qaydalara uyğun olaraq əkilib.

Qeyd edək ki, “AzerGold” QSC metal yataqlarının işlənilməsi istiqamətində fəaliyyət göstərən dağ-mədən şirkəti olaraq hasilat prosesi zamanı ətraf mühitə təsirlərin minimuma endirilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirir. Bu tədbirlər çərçivəsində ekoloji monitorinq proqramına uyğun mütəmadi olaraq toz ölçmə işləri icra edilir, torpaq, su hövzələri və su tutarlarından götürülən nümunələr əsasında təhlillər aparılır. Bununla yanaşı, istehsalat prosesi nəticəsində yaranan bütün növ tullantılar qanunamüvafiq şəkildə idarə olunur, istehsal fəaliyyəti zamanı yaranan, eləcə də yararsız hesab edilən tullantılar: civə, aktiv karbon, yağ, akkumulyator və PET şüşələr təkrar emala yönəldilir.
“AzerGold” QSC-nin “Çovdar” mədənində  ağacəkmə aksiyası keçirilib
“AzerGold” QSC-nin “Çovdar” mədənində  ağacəkmə aksiyası keçirilib
“AzerGold” QSC-nin “Çovdar” mədənində  ağacəkmə aksiyası keçirilib
“AzerGold” QSC-nin “Çovdar” mədənində  ağacəkmə aksiyası keçirilib
“AzerGold” QSC-nin “Çovdar” mədənində  ağacəkmə aksiyası keçirilib
“AzerGold” QSC-nin “Çovdar” mədənində  ağacəkmə aksiyası keçirilib


Oxunub: 709

Son xəbərlər

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

"Onunla nə edirsən et" deyib, azyaşlı qızını 50 yaşlı kişiyə verdi - Azərbaycanda ŞOK OLAY

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi - FOTO

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

Azərbaycanda ailə məhkəmələrinin yaradılması təklif olunur

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sabah 28° isti olacaq

Ədliyyə nazirindən YENİ TƏYİNATLAR

Mövsümi allergiyaya səbəb OLANLAR

Əmlak Komitəsinin vəzifəli şəxslərinin kassasiya şikayəti təmin edilmədi

Sülhməramlılar Qarabağdan çıxarılır

Prezident Kayrat Sarıbayı qəbul etdi

Naxçıvan aeroportunun direktoru vəzifəsindən azad edildi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Çempionlar Liqası: Bu gün sonuncu yarımfinalçılar müəyyənləşəcək

Maskalı şəxs bankı partlatdı

Alimlər "canavar dalğaları"nın necə yarandığını müəyyənləşdirdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO

Dövlət Ehtiyatları Agentliyi sığortaçı seçir

Azərbaycan İlahiyyat İnstitutu auditor seçir

Aytən Səfərova ağır qəzaya düşdü - DYP-dən AÇIQLAMA

Fransa Azərbaycandakı səfirini geri ÇAĞIRDI

Bütün xəbərlər