Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Binəqədinin icra başçısına yeni müavin təyin edildi

Binəqədinin icra başçısına yeni müavin təyin edildi
30-11-2020, 15:29 144 dəfə baxılıb

Binəqədinin icra başçısına yeni müavin təyin edildi








Binəqədi Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatı olub.

DogruXeber.az xəbər verir ki, Süleymanova Sevinc Məmməd qızı Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini təyin edilib.

Qeyd edək ki, S.Süleymanova 31 avqust 1975-ci ildə Oğuz rayonunda anadan olub. 1997-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda (indiki Slavyan Universiteti) Rus dili və ədəbiyyatı ixtisasını, 2004-cü ildə Azərbaycan Müəllimlər İnstitutunda ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə tam yenidənhazırlanma kursunu, 2012–ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakultəsini fərqlənmə diplomu ilə bitirib.

2011-ci ildən Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının Qadınlar Şurasının İdarə Heyətinin üzvüdür.

O, 1998-2019-cu illərdə Bakı şəhəri Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini işləyib. 2019-2020-ci illərdə Gənclər və İdman Nazirliyinin Analitik təhlil və proqram təminatı şöbəsinin məsləhətçisi vəzifəsində çalışıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
Telegram Facebook Twitter Youtube Instagram