Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Azərbaycanda vəziyyət pisləşir: Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda vəziyyət pisləşir: Əhaliyə XƏBƏRDARLIQ
1-12-2020, 11:08 112 dəfə baxılıb

Azərbaycanda vəziyyət pisləşir: Əhaliyə XƏBƏRDARLIQ







“Ölkəmizdə mövcud vəziyyət ondan ibarətdir ki, yoluxma hallarının sayında artım tendensiyası davam etməkdədir. Görülən tədbirlərin effektivliyi əhalinin nə dərəcədə qaydalara əməl etməsindən çox asılıdır”.

DogruXeber.az xəbər verir ki, bunu Oxu.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, insanların xəstələnərkən müraciət etməmələri və özlərini təcrid etməmələri kimi faktorlar vəziyyəti bir qədər də pisləşdirir:

“Özünümüalicə bir tərəfdən xəstənin vəziyyətinin ağırlaşmasına, fəsadlaşmaya yol açır, digər tərəfdən isə infeksiyanın yayılmasına gətirib çıxarır. Mövsümlə əlaqədar olaraq kəskin respirator virus infeksiyalarının sayında artım bu məsələni bir qədər də çətinləşdirir. Çünki bu infeksiyaların ilkin klinik əlamətləri yeni koronavirus infeksiyasının əlamətləri ilə oxşarlıq təşkil edir. Bunları bir-birindən ayırmaq çətindir, bunu yalnız həkim-mütəxəssis etməlidir.

Yəni əgər şəxs xəstəliyin ilk günlərində yaranmış yüngül əlamətlərə bir o qədər də fikir verməyərək, bunun adi soyuqdəymə olduğunu düşünür, özünü təcrid etmədiyi üçün infeksiyanı ətrafına yayır”.

“Buna görə də özündə hərarət, əzginlik, zəiflik, kataral əlamətlər və sair hiss edən şəxs mütləq poliklinikaya müraciət etməlidir. Yəni ilk gündən ən azı həkim nəzarətində olmalıdır. Bununla yanaşı, özünü evdə qalarkən təcrid etməli, maska geyinməli və digər ailə üzvlərinin də buna riayət etmələrinə nail olmalıdır.

Hər bir kəs özünü qorumalıdır. Qoruyucu qaydalara ciddi və düzgün əməl etməklə yanaşı, öz gündəlik işlərini elə qurmalıdır ki, lüzumsuz təmaslar olmasın”, - deyə baş infeksionist qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Telegram Facebook Twitter Youtube Instagram