Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Azərbaycanda həftədə 4 gün çölə çıxmaq QADAĞAN OLUNA BİLƏR

Azərbaycanda həftədə 4 gün çölə çıxmaq QADAĞAN OLUNA BİLƏR
1-12-2020, 17:02 127 dəfə baxılıb

Azərbaycanda həftədə 4 gün çölə çıxmaq QADAĞAN OLUNA BİLƏR









Xəbər verdiyimiz kimi, Türkiyədə koronavirusa yoluxma hallarının artmasına görə karantin rejimi sərtləşdirilib. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasında deyib. O, bildirib ki, dekabrın 1-dən həftəiçi hər gün saat 21:00-dan 05:00-a qədər küçəyə çıxmaq qadağan olunacaq. Həftəsonu bu məhdudiyyət cümə axşamı saat 21:00-dan bazar ertəsi saat 05:00-a qədər davam edəcək. Ticarət mərkəzlərinə koronavirus testindən keçmiş şəxslər buraxılacaq. Evlərdə isə xüsusi tədbirlərin keçirilməsi qadağası qüvvədə qalır. Evdən çıxmaq üçün xüsusi icazəsi olmadığı halda 65 yaşdan yuxarı, 20 və bundan aşağı yaşda olan şəxslər ictimai nəqliyyatdan istifadə edə bilməyəcəklər. Qeyd edək ki, 4 426 nəfər yoluxub, 41 nəfər vəfat edib. Azərbaycanda da hər həftə 4 gün çölə çıxma qadağası qoyula bilərmi?

DogruXeber.az bildirir ki, bununla bağlı Sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, əvvəlki müsahibələrində də qeyd etdiyi kimi, yoluxanların sayı 5000-nə, ölənlərin sayı isə 50-yə çatacaq:

"Operativ Qərargah sərtləşdirmə ilə bağlı təcili qərar verməlidir. Humanitar fəlakətə qarşı tədbirlər görülməlidir. Apreldəki sərt karantin rejiminə qayıtmaq laqzımdır. Karantin rejimini Türkiyədəkindən də sərt etmək lazımdır. "Sms icazə" sisteminə qayıtmalıyıq. 65 yaşından yuxarı insanlarınn çölə çıxmasına qadağa qoyulmalıdır. Çayxanalar və restoranlar bağlanılmalıdır. Balaca bir masanın ətrafında 7-8 nəfər oturur. Təəssüf ki, hamısı da bir-biri ilə qucaqlaşıb, öpüşürlər. Bizdə ümumi salamlaşmaq yoxdur. Bugünkü Laçın sevinci də 2 həftə sonra yoluxanların sayının artmasına səbəb olacaq. 2 həftə sonra görəcəyik ki, gündəlik yoluxma sayı 6000 və ya 7000-nə yüksəlib. Ölüm sayı da 100-ə qalxacaq. Ona görə də təcili tədbir görülməlidir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Telegram Facebook Twitter Youtube Instagram