Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Xaçmazın icra başçısı bu ailə ilə niyə maraqlanmır? - GİLEY

Xaçmazın icra başçısı bu ailə ilə niyə maraqlanmır? - GİLEY
4-12-2020, 14:57 144 dəfə baxılıb

Xaçmazın icra başçısı bu ailə ilə niyə maraqlanmır? - GİLEY








Xaçmaz rayonu, Dağıstan küçəsi, ev 36, mənzil 11 ünvanında yaşayan Leyla Novruzəliyeva tənha anadır, üç azyaşlı oğlu var. Dörd il öncə həyat yoldaşından ayrılıb. Deyir ki, eşitmə-danışma məhdudiyyəti olan keçmiş həyat yoldaşı onu və oğullarını döyürmüş. DogruXeber.az DİA.AZ-a istinadən xəbər verir ki, boşanandan sonra da keçmiş həyat yoldaşı ilə eyni evdə yaşamağa məcbur olub:

“Ev keçmiş qayınanamın adınadır. Məhkəməyə müraciət etdim, lakin sənədlərim geri qaytarıldı ki, evlə bağlı hüququm yoxdur. Valideynlərim vəfat etmişdi, qohumlarımdan da mənə sahib çıxan olmadı. Məcbur olub həmin evin bir otağında qaldım. Ev uşaqların atasının adına olsaydı, satmaq olardı. Onların da əlində məhkəmə qərarı olmadığı üçün məni evdən çıxarmırlar. Qaldığımız otaq şəraitsiz və soyuqdur, hətta pəncərəmdə pərdəm yoxdur. Keçmiş qayınanam bir otağı bağlı saxlayır. Digər otaqlardan birində mən uşaqlarımla, digərində isə keçmiş həyat yoldaşım yaşayır. Təsəvvür edin, evin bütün kommunal xərclərini də mən ödəyirəm. Onlar da rahat-rahat istifadə edirlər. Boşanandan sonra üç uşağa görə 76 manat aliment ödəyirlər, vəssalam. Bəhanələri də budur ki, uşaqların atası üçüncü qrup əlildir, qüsurludur. 76 manatla həm kommunal ödəyirəm, həm də uşaqların yeməyini alıram”.
Xaçmazın icra başçısı bu ailə ilə niyə maraqlanmır? - GİLEY

Leyla Novruzəliyeva boşanandan sonra səyyar bərbər kimi fəaliyyətə başlayıb. Deyir ki, öncələr övladlarını birtəhər dolandırırdı. Lakin il başlayandan işləri qaydasında getmir. Öncə koronavirus (COVID-19) pandemiyası, ardınca isə müharibə onu işsiz qoyub: “Yay aylarında az-çox müştəri olurdu. Müharibədən sonra vəziyyət daha da ağırlaşdı, hər yer bağlıdır. Anayam, sosial yüküm, məsuliyyətim var. Peşəm üzrə olmayan işə də razıyam, təki uşaqlarım ac qalmasın. Qabyuyan, satıcı, xadimə işi ilə bağlı hər yerə müraciət etmişəm, amma bir nəticəsi yoxdur”.

Oktyabr ayından ölkənin bir sıra şəhər və rayonlarında epidemioloji vəziyyətin kəskinləşməsi ilə əlaqədar yenidən xüsusi karantin rejimi tətbiq edilib. Xaçmaz rayonu da bu siyahıya daxildir. Şikayətçinin sözlərinə görə, karantin rejimi sərtləşdiriləndən sonra dövlət tərəfindən heç bir maliyyə dəstəyi almayıb: “Dövlətdən heç bir yardım görməmişəm. Ünvanlı sosial yardım da almıram. 190 manat üçün müraciət etdim, onu da vermədilər. İş yerləri bağlanıb, camaatda da pul yoxdur. Saç ustasına müraciət edənlər tamamilə azalıb. Dövlətdən pul istəmirəm, heç olmasa məni işlə təmin etsinlər. Tək canımla gələcəyin üç əsgərini böyüdürəm. Beş ilə yaxındır ki, Xaçmaz Rayon Məşğulluq Xidmətində qeydiyyatdayam. Hər dəfə gedəndə deyirlər ki, nəsə olsa çağıracağıq. İşlə təmin etmirlər, bu bir yana, ora gedəndə vətəndaşlarla kobud rəftar edirlər, az qalırlar ki, qovsunlar”.
Xaçmazın icra başçısı bu ailə ilə niyə maraqlanmır? - GİLEY

“Karantindən əvvəl uşaqlarımı ac qoymurdum, onların yeməyini təmin edə bilirdim. İndi isə vəziyyət çox ağırdır”, - şikayətçi belə deyir. Söyləyir ki, Dövlət Məşğulluq Agentliyinin “e-sosial.az” saytında işsiz kimi qeydiyyatdan keçib: “Tez-tez şəxsi kabinetimə daxil olub, vakansiyalara baxıram. Noyabrın 27-də “e-sosial.az”dan telefonuma SMS gəldi ki, iş axtarmaqla bağlı təklifimə cavab olaraq, saytdakı şəxsi kabinetimə fərdi məşğulluq proqramı yerləşdirilib. Üzərindən iki gün keçməmiş, oktyabrın 30-da ikinci mesaj gəldi ki, guya mən fərdi məşğulluq proqramından imtina etmişəm. Mesajda qeyd olunurdu ki, “Məşğulluq haqqında” qanunun 5.10.4-cü maddəsinə əsasən işsiz kimi qeydiyyatdan çıxarılıram. Bununla bağlı nazirliyin “142 Çağrı mərkəzi”nə zəng etmədim. Çünki əvvəllər dəfələrlə zəng etmişəm, xətdə gözləyirsən, balans qurtarır, amma probleminə həll cavabı ala bilmirsən. Buna görə də qərara aldım ki, Xaçmaz Rayon Məşğulluq Xidmətinə gedim, məsələni onlarla aydınlaşdırım. İdarənin qarşısında millət vardı, təkcə mən deyildim. Heç kimi içəri buraxmadılar. Məlum oldu ki, çox insana SMS gəlib. Mərkəzin işçiləri gələnləri içəri buraxmır, hətta reaksiya vermirdilər. Sonra gördülər ki, camaat hay-küy salır, çıxıb dedilər ki, biz bilmirik, nazirliyə müraciət edin. Məşğulluqdan bizi kobud şəkildə yola salandan sonra, camaatla qərara aldıq ki, dərdimizi Xaçmaz Rayon İcra Hakimiyyətinə deyək. Əlbət, bu qurumda dərdimizə qulaq asarlar, çarə taparlar. Təəssüf ki, icrada da eyni cavabı aldıq. Dedilər ki, biz işlə təmin edən qurum deyilik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ya faks, ya da məktub göndərin. Məktub göndərmədim, səbəbi də odur ki, dəfələrlə işsizlik problemimlə əlaqədar bir çox qurumlara yazmışam. İki manat pul verib, məktub yollayırsan, əziyyət çəkib cavab da yazmırlar. Düzdür, iki manat böyük məbləğ deyil. Amma hazırkı vəziyyətdə də mənim üçün böyük məbləğ sayılır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram