Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Zəngəzur və Göyçə də Azərbaycana qaytarılır? - ŞOK DETALLAR

Zəngəzur və Göyçə də Azərbaycana qaytarılır? - ŞOK DETALLAR
4-12-2020, 17:17 110 dəfə baxılıb

Zəngəzur və Göyçə də Azərbaycana qaytarılır? - ŞOK DETALLAR








Qarabağın işğaldan azad olunması və ordusunun tarixi məğlubiyyətinin xofunu üstündən ata bilməyən erməni xalqı mövcud hakimiyyətə təhdidlər yağdırır.

Onlar Ermənistan hakimiyyətinin Zəngəzuru Azərbaycana verəcəyindən narahatdır. Sosial şəbəkələrin erməni seqmentində artıq Qarabağa dönüş və qondarma “Artsax”ın mövcudluğu kimi uydurma fikirlər yerini tarixi Azərbaycan torpağı olan Zəngəzurun itirilməsi təşvişinə buraxıb.

Liana Qriqoryan adlı istifadəçi Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan ilə keçmiş qondarma rejimin “müdafiə ordusu”nun komandanı general-leytenant Mikael Arzumanyanın görüşü ilə bağlı xəbərin şərh bölməsinə yazıb: “Ermənistanın xeyrinə erməni sərhədlərini qoruyun. Sunik və Geqarkuniki versəniz, xalq sizi bağışlamayacaq”.

Şərhdə adıçəkilən Sunik bölgəsi tarixi Zəngəzur mahalının ərazisində yerləşir. 4,506 kv.km ərazisi, mərkəzi Qafan şəhəri olan bölgə şimaldan Vayoc dzor mərzi, cənubdan İran, qərbdən Naxçıvan Muxtar Respublikası, şərqdən Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan rayonları ilə həmsərhəddir.

Geqarkunik isə tarixi Göyçə gölünün əhatəsində, Ermənistan-Azərbaycan sərhəd bölgəsində yerləşir.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin başa çatmasından sonra Ermənistanın Azərbaycana vurduğu bütün zərərlər hesablanacaq və beynəlxalq məhkəmələrin qərarı ilə bütün zərərlər Ermənistana ödətdiriləcək. Bu zərər hələ ki 50 milyarda yaxın məbləğlə ölçülür. Lakin Ermənistanın bu məbləği Azərbaycana ödəyəcək qüvvəsi olmadığı üçün əvəzində torpaq verəcəyi bildirir. Tarixi ərazimiz olan Zəngəzurun qaytarılması beləcə gündəmə gəlib.
/Publika.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram