Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Əfv sərəncamının veriləcəyi TARİX AÇIQLANDI

Əfv sərəncamının veriləcəyi TARİX AÇIQLANDI
19-12-2020, 14:23 120 dəfə baxılıb

Əfv sərəncamının veriləcəyi TARİX AÇIQLANDI








Yeni il və Dünya Azərbaycanlılarının həmrəyliyi Günündə əfv sərəncamının imzalanması ertələnə bilər. Səbəb isə pandemiyadır. Sonuncu əfv sərəncamı 2019-cu ilin Novruz bayramında verilib. Bu səbəbdən də komissiyaya hədsiz sayda müraciətlər daxil olub. Həmin müraciətlərin müzakirəsi və araşdırılması isə vaxt tələb edir. Hazırda komissiyanın katibliyində həmin müraciətlərlə bağlı gərgin iş gedir. Komissiyanın 18 üzvünün indiki pandemiya şəraitində toplaşması və iclaslar keçirilməsinə problem yaradır. Bütün hallarda əfv sərəncamının verilməsi Prezidentin konstitusion səlahiyyətlərinə aiddir və ölkə başçısı bu hüququndan istənilən vaxt istifadə edə bilər.
Tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a deyib ki, əfvin dekabrda deyil, martda veriləcəyi ilə bağlı onlar da xəbər alıblar: “Bizə isə deyilib ki, əfv sərəncamı dekabrda olacaq. Bizim siyahıda 37 nəfər var. Amma həbsdə olan islamçıların da azad edilməsi üçün müraciət ünvanlamışıq. Azərbaycan Vətən müraribəsində zəfər çalıb və bu cəmiyyətin bütün təbəqələrində böyük sevinc hissi ilə qarşılanıb. Biz cəmiyyətdə sülh və barışığın tərəfdarı kimi həbsdə olan, siyasi motivlərlə tutulan insanların da azad edilməsini xahiş etmişik. Bizə əfvin dekabrda olacağını deyiblər. İnanmıram ki, Əfv Novruz bayramına qalsın”.
Novella Cəfəroğlu deyib ki, Ədliyyə Nazirliyinin yaratdığı xüsusi komissiya da fəaliyyətdədir və həmin komissiya vasitəsi ilə də məhkumların mərkəmə qərarları ilə vaxtından əvvəl azad edilməsi baş tutur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram