gundem / sosial
19.12.2020, 15:19
Cəbrayıl rayonunda təhlükəsizlik tədbirləri gücləndirilir - FOTO
Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş Cəbrayıl rayonunda təhlükəsizlik tədbirləri gücləndirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Cəbrayıl rayonunun ərazisində Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları xidməti fəaliyyətini davam etdirir. Rayon ərazisində postlar qurulub, təhlükəsizliyə tam olaraq nəzarət edilir.