Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Gələcək nəsillər İlham Əliyev haqqında “Böyük Hökmdar” deyəcək” – səfirin yazısı

“Gələcək nəsillər İlham Əliyev haqqında “Böyük Hökmdar” deyəcək” – səfirin yazısı
25-12-2020, 10:21 112 dəfə baxılıb

“Gələcək nəsillər İlham Əliyev haqqında “Böyük Hökmdar” deyəcək” – səfirin yazısı







Prezident İlham Əliyevin doğum günündə ölkəmizin Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun Moldova mediasında dövlət başçısı, onun xarici və daxili siyasi haqda yazısı dərc olunub. Həmin məqalənin tərcümə olunmuş variantını təqdim edirik:

– Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Dövlət başçısının 59 yaşı tamam olur.
Bu gün Azərbaycan İlham Əliyevin liderlik keyfiyyətləri, parlaq zəkası, ruhunun gücü sayəsində iqtisadi, siyasi, diplomatik və hərbi sahələrdə güclü dövlət qurumları olan qüdrətli ölkəyə çevrilib. İlham Əliyev Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi, ölkəni möhkəmləndirərək və yüksəldərək inkişaf, davam etdirib. Ən vacib məsələ indi baş verdi və onun ad gününə təsadüf etdi. İlham Əliyev Azərbaycan xalqına qürur, şərəf, ləyaqət və doğma torpaqlarını qaytardı. Ali Baş Komandan və müzəffər ordumuz 44 gün ərzində işğalçıları qovdu və Qarabağ uğrunda Vətən müharibəsində qalib gəldi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, məcburi köçkünlərin doğma yurdlarına qayıtmaq arzusunu gerçəkləşdirdi. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan təkcə döyüş meydanında deyil, həm də siyasi müstəvidə və informasiya məkanında inamlı qələbə qazandı və bu gün ölkəmiz öz şanlı tarixində möhtəşəm bir dövr yaşayır.

Maraqlıdır ki, postsovet ölkələri tarixində az sayda şəxslərdən biri olaraq İlham Əliyev üçüncü tərəf kimi ədalətli hakim rolunda, bir sərkərdə kimi hakimiyyətdən üstün olmağı bacardı. İ.Əliyev həmişə iki zəruri dəyərdən danışırdı: ədalət və ləyaqət. Belə ki, o, xalqa yaxın idi. Azərbaycanda ədalətli və xalqa yaxın prezidenti həmişə seviblər və sevirlər. Başlıcası odur ki, ona, qərarlarına etibar edirlər. Buna görə hərbi qulluqçularla yanaşı, vətəndaşlar könüllü və səfərbərliklə sonadək və tərəddüd etmədən Qarabağı qorumağa getdilər, çünki liderinə və böyük bir qələbəyə əmin idilər. Xalq bu müharibəni 44 günlük Vətən Müharibəsi ve dəmir yumruğun qələbəsi adlandırır. O səbəbdən ki, güclü iradəli əsgərlər öz Ali Baş Komandanlarının dəmir yumruğu ətrafına birləşərək, cəsarətləri və vətənpərvərlikləri ilə qalib gəldilər, işğalçıları öz torpaqlarından qovdular.

Milli maraqları qorumaq siyasəti ilə təcrübəli və uzaqgörən dövlət xadimi -Azərbaycanın lideri bütün dünyadakı soydaşlarının sevgisinə və hörmətinə haqlı olaraq layiqdir, çünki onun hər qərarının arxasında Vətənə və xalqa xidmət etmək kimi səmimi istək var. İnsanlar Azərbaycanın hərtərəfli inkişafını, öz rifahlarını və təhlükəsizliyini, övladları üçün etibarlı, parlaq gələcəyini məhz onunla bağlayırlar.
Hərbi sahədə böyük uğurlarla yanaşı, Azərbaycanın lideri ölkə iqtisadiyyatını da güclü inkişaf etdirib, sosial sahədə böyük işlər görülüb. Bu sahələrdə bir çox layihələr həyata keçirilib ki, bu da Azərbaycanı bu gün Qafqazda ən yüksək alıcılıq qabiliyyətinə malik ölkəyə çevirib. Dövlət, eyni zamanda, ən sabit pensiya sisteminə malikdir. Ümumiyyətlə, Prezident İlham Əliyev vətəndaşların ən çox ehtiyac duyduğu maliyyə sabitliyini təmin edib. İlham Əliyev neft strategiyası üzrə ölkə üçün ən etibarlı maliyyə təhlükəsizliyindən birini – Neft Fondunu yaradıb…

Son dövrlərdə dünyanın iqtisadi quruluşunu sarsıdan üç qlobal böhran (koronavirus pandemiyası daxil olmaqla) Azərbaycanda bəzi ekspertlər tərəfindən proqnozlaşdırılan “sonda hər şeyin məhv olacağı şəkildə inkişaf edəcəyi” ssenarisinə səbəb olmadı.
Əslində, İ.Əliyevin hakimiyyətinin əvvəlində artıq Azərbaycan dünyanın ən güclü karbohidrogen ölkələrindən biri oldu. Azərbaycan qardaş Türkiyədə ən böyük və etibarlı xarici sərmayədarlardan birinə çevrilib. Bunlar Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Türkiyənin ən böyük sənaye müəssisələrindən biri olan İzmir yaxınlığındakı “Star” neft emalı zavodu, son illərdə TANAP qaz kəməridir. Məhz TANAP sayəsində Azərbaycan Türkiyəyə ən böyük qaz ixracatçısı oldu. Bu həm bir layihə, həm bir konsepsiya, həm də ilkin sərmayədir. Əminliklə demək olar ki, TANAP Cənub Qaz Dəhlizi ideyasını xilas etdi. Avropanın qaz təminatı artıq bu layihəyə əsaslanır.

Qarabağ qələbəsindən sonra isə tam yeni bir dövr başlayır, Azərbaycan və eləcə də qonşular üçün də yeni iqtisadi perspektivlər açılacaq. Bu, sevinc və prezidentə təşəkkür üçün ayrıca bir səbəbdir.

Yuxarıda qeyd edilənlərə əsaslanaraq əminliklə deyə bilərik ki, tarix İlham Əliyevə belə qiymət verəcək, gələcək nəsillər onu belə adlandıracaq: Böyük hökmdar, Böyük Sərkərdə!

Yazının Moldova saytlarında dərc olunan orijinal versiyaları ilə bu linklərdən tanış ola bilərsiniz:

https://noi.md/ru/v-mire/posol-azerbajdzhana-potomki-skazhut-o-nem-velikij-gosudari?prev=1

https://www.ipn.md/ru/den-rozhdeniya-prezidenta-azerbaydzhana-ilkhama-alieva-potomki-o-nem-7542_1078635.html

Azərbaycan Respublikasının Moldova Respublikasında
fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram