Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Bura təhsil ocağı yox, bazardır... - İTTİHAM

Bura təhsil ocağı yox, bazardır... - İTTİHAM
25-12-2020, 13:09 115 dəfə baxılıb

Bura təhsil ocağı yox, bazardır... - İTTİHAM









“Covid 19” virusunun yaratdığı pandemiya şəraiti onsuz da bərbad olan təhsilimizi daha da pis günə qoyub. Pandemiya şəraiti təhsil sahəsində rəhbər vəzifələrdə çalışan bir çox fırıldaqçı möhtəkirlərə və korrupsiyaya bulaşmış bəzi kəslərə yeni qazanc mənbəyi yaradıb. Belə ki, Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziyanın onlayn sistemində fəaliyyət göstərməsi təhsil müəssisəsinin direktoru, Əməkdar müəllim Nizami Əhmədov üçün əlavə gəlir mənbəyinə çevirilib. Özü də onlayn dərs sistemindən pul qazanmağın da yolunu incə detallarınadək düşünüb…
Deməli hamıya aydındır ki, onlayn dərs zamanı internetin zəifliyi dərsin davamiyyətini və keyfiyyətini çox aşağı salır. Maraqlısı da bundadır ki, müəllimlər sanki özləri texniki nasazalıqların olmasını istəyir… Çünki bu gimnaziyada imtahandan “3” qiyməti alan tələbə qovulur. Bu qayda da Nizami Əhmədov litseyin direktoru təyin olunandan sonra tətbiq olunmağa başlayıb.
Bu barədə “Aktualxeber.az” saytına litseyin tələbələrindən birinin valideyni xəbər verib. Adının hələlik açıqlanmasını istəməyən valideyn lazım gəldikdə kimliyini açıqlayacağını da bildirdi. Həmin valideynin sözlərinə görə, sözü gedən litseydə əsasən varlıların və yuxarı vəzifədə çalışan məmurların övladları təhsil alırlar. Bu səbədən “3” alıb litseydən qovulmamaq üçün imkanlı valideynin direktor N.Əhmədovun tələb etdiyi məbləği 500-1000 civarında dəyiş“cərimə”ni ödəməsi çətin deyil. Çünki direktor varlı tələbəyə böyük humanistlik göstərərək imtahanın suallarını əvvəlcədən bir balaca rüşvət müqabilində verir. Vay o gündən ki, kasıb valideynin övladı imtahanda “3” ala…
Bundan başqa direktor N.Əhmədov hər tətildən əvvəl şagirdlərdən 50 manat “təmir pulu” yığır. Halbuki, tətil zamanı təhsil müəssisələrində əsaslı təmir işlərinin dövlət tərəfindən aparılması hamıya məlumdur.
Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziya ilə bağlı əldə etdiyimiz ilginc məlumatlardan biri də, pandemiya səbəbindən ölkə ərazisində repetitorluq qadağan olunsa da, gimnaziyanın emalatxanasında gizli formada fəaliyyət göstərir. Halbu ki, nəinkp oandemiya şəraitində, ümumiyyətlə adi vaxtlarda belə təhsil müəssisəsində repetitorluq fəaliyyəti qadağandır.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Mövzunu nəzarətdə saxlayacağıq. //aktualxeber.az//

[center][/center]






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram