15 yaşlı qız atasının həmkarı tərəfindən ZORLANARAQ hamilə qaldı
Türkiyədə 15 yaşlı yeniyetmə qız atasının 40 yaşlı iş yoldaşının təcavüzünə məruz qalıb.
DogruXeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 15 yaşlı E.Ö su deposunda işləyən atasının həmkarı İsmail.A tərəfindən zorlanıb.
Koronavirusdan şübhələnən ailəsi E.Ö-nü ürəkbulanma və halsızlıq şikayəti ilə xəstəxnaya aparıb. Müayinə zamanı az yaşlının hamilə olduğu ortaya çıxıb.
Araşdırmalar zamanı İsmail.A-nın 3 il ərzində azyaşlıya təcavüz etdiyi məlum olub.Sonxeber.az