gundem / idman
3.01.2021, 10:04
Ronaldunun "İnstagram"da abunəçilərinin sayı 250 milyonu ötüb
İtaliyanın "Yuventus" klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldunun "İnstagram" sosial şəbəkəsində abunəçilərinin sayı 250 milyonu ötüb.
DogruXeber.az Trend-ə istinadən bildirir ki, K.Ronaldu abunəçilərinin sayı 250 milyon nəfəri ötməklə "İnstagram"da ən çox abunəçisi olan şəxs olub.
Xatırladaq ki, bir neçə gün öncə K.Ronaldu "Globe Soccer" nəşrinin versiyasına görə XXI əsrin ən yaxşı futbolçusu seçilib.