Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Bakıdan erməni xalqına müraciət: Sizə təşəkkür edirəm!

Bakıdan erməni xalqına müraciət: Sizə təşəkkür edirəm!
4-01-2021, 10:50 58 dəfə baxılıb

Bakıdan erməni xalqına müraciət: Sizə təşəkkür edirəm!











Çox arzulayardım ki, bu açıq müraciəti "Əziz erməni xalqı" sözləri ilə başlayım. Ancaq bu, həddən artıq bayağı və özünə xəyanət olar: siz mənim üçün heç vaxt – lap uşaqlıqdan əziz olmamısınız.

Niyəsi isə odur ki, hələ uşaqkən ermənilərin Şamaxıda necə qırğınlar törətməsi haqda böyüklərdən ara-sıra əhvalatlar eşidirdim. Qəribəsi o idi ki, heç kəs o qırğınların necə başladığı, niyə ermənilərin o qətliamları törətdiyi barədə heç vaxt danışmırdı, tarix kitablarımızda da yox idi və mən 1988-ci ilə qədər nə baş verdiyini, nələr olduğunu bilmirdim.

Hər şeyi unutmuşduq və yaxud unutdurulmuşdu, babalarımı necə öldürdüyünüzü, nənələrimizi necə diri-diri yandırdığınızı, işgəncə verdiyinizi belə danışmırdı böyüklər bizə, yalnız adda-budda hansısa sözlər qaçırdı ağızlarından, "ermənilər filan bəyi öldürüb var-dövlətini aparandan və evini yandırandan sonra bəyin qızı..." misalı ifadələr xatirimdədir və təəccüblənirdim; bəzi hallarda bunu nənəmin nəyisə səhv etməsi, nəyisə qarışdırması kimi qəbul edirdim.

Ermənistana çevrilən Qərbi Azərbaycandan kütləvi deportasiyaların da yaraları sağalmışdı, daha doğrusu, unutmuş, unutdurulmuşdu və dəhşət o idi ki, o deportasiyalarda, torpaqlarımıza sahiblənməyinizdə azərbaycanlılar erməniləri günahkar saymırdı və yaxud mənim yaddaşımda belə qalıb: ən pis halda Stalin qınanılırdı!

Tarixə baş vurmaq, sizin burda dövlətinizin heç vaxt olmadığını, Alban kilsələrinə sahibləndiyinizi və xristian albanları erməniləşdirdiyinizi – 1836-cı ildən sonra – xatırlatmaq istəmirəm, qətiyyən. Zatən sizinlə qarabağlı ermənilər arasında böyük nifaqın da səbəbi budur – qarabağlı ermənilərin böyük əksəriyyəti "hay" deyil və sizin qanınızı daşımır; bu faktları özünüz daha gözəl bilirsiniz.

Bəs, mən sizə niyə təşəkkür etmək istəyirəm?

80-ci illəri xatırlayıram: Bakıdakı gizli sexlərdə, "sovet sənayesindən" kənarda fəaliyyət göstərən şəbəkələr vardı – başında əsasən ermənilər dayanırdı. Siz faktiki olaraq Bakıda qeyri-rəsmi ən böyük sərvətin üstündə oturmuşdunuz.

Bakıda və ümumiyyətlə, Azərbaycanda ən yaxşı vəzifələrdə idiniz: nələr edirdiniz yox, nələr etmirdiniz sualı daha aktual idi! Siz var-dövlətimizi yeyib, milli mətbəximizi, musiqimizi, tariximizi mənimsəyirdiniz – gözümüzün içinə baxa-baxa. Heç kəs sizə etiraz etmirdi və yaxud etiraz etməyə ehtiyac görmürdü.

Bakının ən məşhur məhəllələrində böyük həyətlər – o vaxt villalar yox idi, şəxsi evlər vardı – sizin əlinizə keçmişdi. Bakıya rayonlardan oxumağa gələnlərə evləri siz kirayə verirdiniz. O dövrün tələbələri yaxşı xatırlayar ki, erməni ev sahibləri azərbaycanlı tələbələrə necə qan uddururdular, necə əziyyət verirdilər.

Siz ermənilər Bakının göbəyində ev sahibi, biz rayondan gələn yeniyetmə azərbaycanlılar qonaq idik.

Siz faktiki olaraq Bakını "beynəlmiləl şəhər"ə çevirib, bununla fəxr etməyə bizi məcbur edib, paytaxtımızı mənimsəmişdiniz – o Bakı ki, Nuru Paşa onu daşnakların əlindən zorla almış, 1918-ci ildə azad etmişdi. O tarixin özünü belə yaddaşlardan silmişdiniz, bakılıların qanını tökməyiniz unudulmuşdu, 1918-ci idə silahla, qətliamlarla işğal edə bilmədiyiniz Bakını hiylə ilə, fitnə ilə ələ keçirmişdiniz.

Dağlıq Qarabağmı?

Siz oranı çoxdan erməniləşdirmişdiniz. Bu yurdumuzda az qala bütün yazılar ermənicə idi, Azərbaycanın bu bölgəsində azərbaycanlılar sizin əlinizin altında işləyirdi: dil – ermənicə, düşüncə - ermənicə, tarixi adları isə – gözümüzün önündəcə erməniləşdirirdiniz! Tək Şuşa rayonu istisna olmaqla, keçmiş Dağlıq Qarabağda sözün bütün mənalarında at oynadırdınız – Bakıdakı kimi, amma daha fərqli, daha "ermənicə". Xankəndidə hansısa azərbaycanlının vəzifə alması müşkül bir iş idi – öz yurdundan, gözəl Dağlıq Qarabağdan baş götürüb qaçmaqdan başqa azərbaycanlılar ayrı əlac tapa bilmirdilər.

Beləcə, addım-addım sayınızı artırırdınız Dağlıq Qarabağda!

Əvəzində Bakıdan hər il DQMV üçün külli miqdarda dotasiya alırdınız: tariximizi mənimsəmiş, toponimlərimizi dəyişdirmiş, bizi öz yurdumuzda sıxışdırmışdınız və sözün bütün mənalarında bir dəhşət yaşanırdı: heç kim sizin bu özbaşınalığınıza bir söz demirdi.

Tam əminəm, əgər Qarabağda qətliamlara və işğala başlamasaydınız, Azərbaycan müstəqil olduqdan sonra da siz ən yüksək vəzifələrdə olacaq, yenə bu ölkənin sərvətini mənimsəyəcək, talayacaq, istədiyinizi edəcəkdiniz. Zatən ən perspektivli azərbaycanlı kadrların xeyli hissəsini də "mənimsəmişdiniz" – onların arvadları ermənilər idi. Hətta belə kadrlardan indiyədək də qalan, vəzifə daşıyanlar var.

Əgər qətliamlara, işğala və düşmənçiliyə başlamasaydınız, Bakı-Ceyhan, Bakı-Ərzurum kəmərləri, Bakı-Qars dəmiryolu və nələr-nələr... - hamısı Ermənistandan keçəcəkdi. Siz – iki türk yurdunun ortasında qara yara kimi Rusiyanın yaratdığı vassallıq - təkcə tam müstəqil yox, həm də böyük imtiyazlarla Qafqazın ən varlı sakinləri olacaqdınız.

Bakını da, Qarabağı da əlinizdə saxlayacaqdınız - ən azı sərvətini, ən azı müəyyən vəzifələrini, ən azı Boka timsalında mədəniyyətinə nüfuzu...

Hələ də anlaya bilmirəm ki, 1905, 1918 qırğınlarından, yaşlılara, qadınlara, uşaqlara verdiyiniz işgəncələrdən, torpaqlarımızda dövlət yaratmağınızdan və orda yaşayanları kütləvi şəkildə qovmağınızdan sonra Azərbaycan xalqı sizi necə kirvə tutmağa davam edir, sizi evinin içinə buraxır, sizə güvənirdi?!

Bu millətin yaddaşı silinmişdi az qala! Bu millət hər şeyi sanki bağışlamışdı!

Sizə dönə-dönə təşəkkür edirəm, sizə minnətdaram! Ki siz iç üzünüzü açdınız, unutduğumuz və ya zorla unutdurulan qətliamları təkrar bizə yaşatdınız, işğala başladınız və biz – yeni və müstəqil nəsil əsl tariximizi öyrəndik, əsl düşmənlərimizin kim olduğunu anladıq, yaddaşımızı bərpa etdik, milli hədəflərimizi müəyyən etdik!

Siz Qarabağı işğal edəndə biz ilk olaraq Bakının işğaldan azad olunmasına başladıq. Bakı çox qısa müddətdə bir türk, bir Azərbaycan şəhərinə çevrildi.

Nəhayət, bu xalq dərk etdi ki, bütün gəlirli sahələri ermənilər ələ keçiribmiş, bu məmləkətin sərvətini ermənilər talayırmış.

Nəhayət, bu millət ayıldı və gördü ki, bizim mədəniyyətimizi, tariximizi, musiqimizi, mətbəximizi onillərdir oğurlayıb öz adınıza yazırsınızmış, hətta Üzeyir bəyin yaradıcılığını, "Arşın mal alan"ı oğurlamısınız və buna qarşı mübarizə başladı. "Sarı gəlin" – sizin mədəni sahədə oğurluğunuzun Qarabağına çevrildi.

Xocalı soyqırımı törətməyə qadir olan bir millət kimi tarixə düşməklə yalnız siz fəxr edə bilərsiniz – keçmiş prezidentiniz Serj Sərkisyanın bu etirafı əslində erməni xalqının bütövlükdə qaniçən, faşist, insanlıq dəyərlərindən kənar, qana susamış vəhşi mahiyyətini ortaya qoydu.

Siz keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ətrafındakı rayonları işğal etmək, 800 min insanı ordan qovmaqla bizə çox böyük yaxşılıq etdiniz. Bu xalqın tam 15 faizindən çoxu sizin vəhşiliyinizi öz canında, itkiləri ilə yaşadı, qalanların hamısı hər şeyi öz gözü ilə gördü, bu iztirab, bu ağrı ilə tam 30 ilə yaxın qovruldu.

Xocalı soyqırımının dəhşətlərini bütün dünya görməzdən gələ bilər, heç görməsin də, ən əsası, biz gördük və daha unutmayacağıq: 1905-də, 1918-də törətdiyiniz qətliamlar, soyqırımlar unudulmuşdu, ancaq 1988-in Spitak zəlzələsi zamanı azərbaycanlı uşaqları boruların içinə doldurub, ağzını qaynaqlamağınızın və 31 nəfərin boruda nalə çəkərək ölməsi kimi inanılmaz dəhşətlərin üzə çıxmasını artıq unuda bilmərik ki! Ağdabanı yaddan çıxara bilmərik ki!

Bunları daha bizə unutduran yoxdur, əksinə, bunları övladlarımıza danışırıq, yazırıq, tarixə həkk edirik!

Sizə bir də Paşinyana görə təşəkkür borcumuz var. Ona görə yox ki, indi yamanladığınız kimi Paşinyan "satqın", "türk", "xaindir".

Ona görə ki:

Ermənistanda xalqın küçələrə çıxaraq, Sərkisyan rejimindən, hərbi xuntadan xilas olması Azərbaycana böyük məyusluq vəd edirdi. Ən ciddi problem o idi ki, Nikol Paşinyanın Qarabağı sülhlə qaytaracağı haqda inam yaranmışdı və bu, Azərbaycanı tarixi faciə ilə üz-üzə qoya bilərdi.

Nikol Paşinyanı biz 2005-ci ildən tanıyırdıq: saxta erməni tarixinə tüpürməsi, uydurma qədimliyinizi lənətləməsi, Qarabağ münaqişəsini faktiki olaraq Ermənistanın ayağından asılan daş sayması və Qarabağın ölkənin müstəqilliyini məhv etdiyini deməsi ilə Paşinyan faktiki olaraq Azərbaycana heç vaxt düzəldə bilməyəcəyi tarixi faciə yaşada bilərdi. 2018-ci ildə Nikol Paşinyana Azərbaycandakı münasibət də təhlükəli vəziyyət almışdı, ona "demokrat lider" kimi yanaşma meyili vardı və pis o idi ki, bütün dünya buna köklənmişdi.

Nikol Paşinyan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ətraf ərazilərini Azərbaycana qaytarmaqla qondarma quruma böyük status ala, üstəlik, Azərbaycan xalqına minnət qoya, bütün faciələri unutmağımıza, itkilərimizin üstündən xətt çəkməyimizə səbəb ola bilərdi.

Nikol Paşinyanın ilk gündən bu istiqamətdə fəaliyyət göstərəcəyi də hiss edilirdi: axı, o, 2005-ci ildən bu kursu götürmüşdü və daha rasional, daha proqressiv qərar verə, Ermənistanı "əbədi qalib" statusunda saxlaya, de-yure Azərbaycanda qalacaq Qarabağda de-fakto erməni hakimiyyətini əbədiləşdirə bilərdi!

Siz nə etdiniz?

Sevimli Paşinyanınızı getdikcə faşistləşdirdiniz, onu kütləvi psixozun əsirinə çevirdiniz: sizin daimi sevimliniz olmaq üçün, sizin iradənizi ifadə etmək üçün Nikol Paşinyan Ermənistana hava-su kimi vacib, məqbul yoldan imtina etdi, keçmiş DQMV-in ətrafındakı rayonları belə azad etmək fikrindən daşındı, hətta qoltuğuna necə qarpız verdinizsə, "yeni müharibə ilə yeni torpaqlar" iddiasına düşdü və işğalı əbədiləşdirməyə qərar verdi.

Siz Nikol Paşinyan və onun komandasını bu vəziyyətə gətirdiniz və Azərbaycanı ömürlük "baxın, torpağınızı biz geri qaytardıq" minnətindən xilas etdiniz.

Paşinyan sizin, erməni xalqının girovu oldu və şükürlər olsun Allaha ki, pis niyyətinizi, nifrət siyasətinizi, işğal planlarınızı və iliyinizə qədər yeridilən "böyük ermənistan" xülyasını həyata keçirməyə çalışdı. Əlbəttə, Azərbaycan dövləti qatil mahiyyətinizə və ən əsası, günahkar olduğunuz halda dünyaya özünüzü süddən çıxmış ağ qaşıq kimi tanıtmaq üslubunuza artıq hazır idi.

Paşinyanı işğal siyasətini davam etdirməyə məcbur etdiyinizə görə sizə təşəkkür edirəm!

Siz imkan verdiniz ki, biz öz torpaqlarımız uğrunda şərəflə döyüşüb, ərazilərimizi ləyaqətlə işğaldan azad edək!

Siz qoymadınız biz döyüşmədən torpaqlarımıza qayıdaq və hər zaman sizin hakimiyyətinizə minnətdar olaq!

Siz imkan vermədiniz ki, biz öz torpağımıza məğlub kimi qayıdaq!

Siz bizim qürursuz, başıaşağı, Xocalı soyqırımını həzm edən, "torpağı sülhlə qaytarılan" bir xalq kimi heç vaxt sağalmayacaq bir kompleksə düşməyimizə imkan vermədiniz.

Siz yenidən Bakıya ayaq açmaq, yenidən sərvətlərimizi mənimsəmək, yenidən bu xalqın içinə virus kimi daxil olmaq şansından imtina etməklə, bizi xilas etdiniz.

Siz bizə şərait yaratdınız ki, sizə öz layiq olduğunuzu göstərək!

Siz öz pis niyyətinizlə Köçəryanı, Sərkisyanı, Paşinyanı yetirib ortaya çıxardınız!

Bizi ayıtdınız və biz axır ki, özümüzə layiq Liderimizi yetişdirdik: Əmin ola bilərsiniz, bundan sonrakı tarixdə bütün liderlərimiz İlham Əliyevə oxşamağa çalışacaq, o liderlərimiz İlham Əliyev olmağa məcburdur.

Bundan böyük yaxşılıq olmaz ki, bizə etdiniz!

İndi nələr edirsiniz?

İşğal vaxtı qabağa çəkdiyiniz sərhədləri bərpa etməyə imkan vermirsiniz; Qarabağ meşələrində gizlənib, terror hücumu törədirsiniz, Azərbaycana və azərbaycanlılara qarşı nifrətinizi hər an, hər nəfəsinizdə büruzə verirsiniz və bütün vasitələrlə düşmənçiliyi davam etdirirdiniz.

Sizin bu nifrətiniz sayəsində mən hər bir azərbaycanlını sevirəm, xalqımın başına dönürəm; sizin bizə qarşı sonsuz nifrətiniz bizi bir millət kimi ayaqda saxlayır, yatmağa qoymur, daim inkişafa təhrik edir;

Sizin düşmənçiliyiniz sayəsində biz bir-birimizi daha çox qoruyuruq, qədrimizi bilirik, azərbaycanlılar dostunu-düşmənini ayırır, Azərbaycan dövləti xarici partnyorlarından kimin səmimi, kimin fürsətcil, kimin qardaş, kimin saxtakar, düşmən olduğunu tam yəqinləşdirir.

Sizin düşmənçiliyiniz sayəsində biz hər santim torpağımız üçün savaşırıq – oysa 80-ci illərdə Kamran Bağırov 3 min hektar meşəni sizə peşkəş etmişdi, bu millətin heç xəbəri də olmamışdı.

Sizin pis niyyətiniz, qanımızı içməyə hazır olmağınız sayəsində biz həmişə bir olacağıq, daha aramıza sıza bilməyəcəksiniz, daha içimizə girib, torpağımızı və sərvətimizi talamağı bacarmayacaqsınız.

Sizə təşəkkür edirəm – sovetlər bizə "azərbaycanlı" deyib, kimliyimizi bizə unutduranda "türk" deyə adımızı hər zaman üzümüzə nifrətlə püskürdünüz və bizim sovet təbliğatı nəticəsində soyumuzu unutmağımıza imkan vermədiniz.

Həmişə belə olun – terror hücumu edin, bizə nifrət püskürün, torpağımızı işğal etməyə çalışın, hər addımda bizdən oğurlamaq istəyin.

Onda biz daha güclü olacağıq, daha bütöv olacağıq, daha çox birləşəcək, daha sıx və mehriban olacağıq; Onda bizim dövlətimiz daim Ordumuzu gücləndirəcək, daim iqtisadi baxımdan çiçəklənəcəyik; Onda biz xırda intriqalardan, daxili çatışmazlıqlardan yana bir-birimizə saldırmayacaq, daxili xaosdan ən kritik iqtisadi-siyasi məqamlarda belə qaça biləcəyik!

Və ən gözəli: siz bu saldırıları, bu nifrəti daha da gücləndirməklə, Xankəndiyə "israr" etməklə Ordumuzu nəinki Xankəndiyə, Ağdərəyə, Əsgərana istiqamətləndirirsiniz, həm də bütövlükdə bizi əski yurd yerlərimizə - Zəngəzura, Göyçəyə, Dərələyəzə, İrəvana yaxınlaşdırırsınız. Biz bizdən oğurladığınızı sizin sayənizdə hər an düşünməyə məcbur oluruq və təkcə sizin oğurladıqlarınızı deyil...

Sizdən xahişim:

Bizə nifrətinizi, bizdən oğurlamaq cəhdlərinizi, bu qədər rəzil olduğunuzu, normal düşüncə qabiliyyətində olmadığınızı, barbarlığınızı davam etdirin. Türkə nifrəti ideoloji prioritetiniz olaraq saxlayın - biz, 200 ilə yaxın bir zamandan sonra axır ki, bunun vaksinini tapdıq; erməni virusundan qorunmağın yolu Azərbaycan xalqının – bura türkündən udininə qədər, hamı daxildir – bir-birini sevməsidir, özümüzə güvəncimizdir, torpağımızın qədrini daha çox bilməyimiz, içimizə virusun yayılmasına imkan verməməyimiz, daha qüdrətli olmaq üçün daha çox çalışmağımız, daha çox təbliğat aparmağımız, daha milli, daha passionar olmağımızdır.

Sizin "mehriban qonşuluq" siyasətiniz bizimçün tələ olar və siz buna imkan verməyin, hətta bu siyasəti seçsəniz, bunun qeyri-səmimi, yalan, etdiklərinizi unutdurmağa yönələn riyakarlıq, torpaqlarımızı yenidən işğal etmək üçün perspektivə hesablanan hiylə olacağını artıq indidən bilirik.

Ona görə riyakarlığınızın heç bir mənası yoxdur: siz elə bu cür işğal təfəkkürünü davam etdirin – bacardıqca daha kinlə, daha böyük nifrətlə. Bu kin və nifrətin isə sizi ümumilikdə Qafqaza gəldiyiniz yerlərə aparıb çıxaracaq səviyyəyə çatmasında sizə mütləq şəkildə yardım edəcəyik.

Buna bizim ömrümüz çatmasa da, övladlarımızın ömrü çatacaq və tarixi ədalət tam bərpa olunacaq.

Təki siz təfriqə, ikiüzlü, yalan, qonşuları məhvetmə, illuziya, "böyük ermənistan" düşüncəsindən, saxta tarixdən, qondarma qədimliyinizdən yayınmayasınız; təki bütün bunları davam etdirəsiniz – ki davam etdirəcəyinizə də heç bir şübhəm yoxdur.axar.az

Bu düşüncənizin nəticəsini mütləq görəcəksiniz və onda bugününüzə şükür edəcəksiniz!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
Telegram Facebook Twitter Youtube Instagram