Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Maskaya görə cərimə ödəyən sürücüyə daha bir "SÜRPRİZ" - FOTO

Maskaya görə cərimə ödəyən sürücüyə daha bir
4-01-2021, 14:26 54 dəfə baxılıb

Maskaya görə cərimə ödəyən sürücüyə daha bir "SÜRPRİZ" - FOTO










Bakıda karantin postunda dayandırılan sürücünü Bakı Nəqliyyat Agentliyi cərimələyib.

99-CF-545 qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü Niyaməddin Məmmədov Avtosfer.az-a müraciət edərək bildirib ki, yanvarın 3-ü paytaxtın Qara Qarayev prospektində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən karantin postunda dayandırılıb:

"Maskadan düzgün istifadə etmədiyim üçün mənə 100 manat cərimə yazıldı və sonra göstəriş verildi ki, sağda dayanaraq cəriməni "Toyota Prado"da əyləşən polis əməkdaşına verim. Mən, "Toyota"ya yaxınlaşıb mayor rütbəli polis əməkdaşına 101 manatı verən zaman Bakı Nəqliyyat Agentliyi tərəfindən 20 manat məbləğində cərimələndim. Lakin mən öz xoşuma dayanmamışam. Polis əməkdaşının göstərişi ilə dayanmışam və fotodan da aydın şəkildə görünür ki, qara rəngli "Toyota"nın yanında dayanaraq pulu ona verirəm".

Qeyd edək ki, bir neçə gün öncə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev açıqlama verərək bildirmişdi ki, "karantin postlarında dayandırılmış şəxs barəsində müvafiq araşdırma aparıldıqdan sonra onun barəsində protokol tərtib olunaraq sərbəst buraxılır". Lakin vətəndaşlar tərəfindən edilən şikayətlərdən görünür ki, polis əməkdaşları cəriməni ödətdirmədən onları sərbəst buraxmır.
Maskaya görə cərimə ödəyən sürücüyə daha bir "SÜRPRİZ" - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
Telegram Facebook Twitter Youtube Instagram