Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

İşsizlərə 110 manat sosial yardımın verilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

İşsizlərə 110 manat sosial yardımın verilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
4-01-2021, 14:30 60 dəfə baxılıb

İşsizlərə 110 manat sosial yardımın verilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA











Sosial şəbəkələrdə pandemiya ilə əlaqədar 190 manat birdəfəlik ödəmə ala bilməyən işsiz şəxslərə 110 manat ünvanlı sosial yardımın verilməsi haqda məlumat yayılıb. Bunun üçün vətəndaşlara e-sosial.az saytında qeydiyyatdan keçmək və müvafiq xanaları doldurmaq tövsiyə edilib.

DogruXeber.az xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a danışan Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı bildirib ki, nazirlik bununla bağlı rəsmi açıqlama yaymayıb:

"Pandemiyaya görə vətəndaşlara 110 manat ödəniləcəyi və bunun üçün qeydiyyatdan keçməyin lazım olması ilə bağlı nazirliyin qərarı yoxdur. Ümumiyyətlə, ünvanlı sosial yardımla bağlı müraciət forması da sözügedən videoda qeyd edildiyi kimi deyil. Bu məlumatı yayan şəxsin, görünür, prosedurdan xəbəri yoxdur. Həmçinin ünvanlı sosial yardımın 190 manat birdəfəlik ödəmə ilə heç bir əlaqəsi yoxdur".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
Telegram Facebook Twitter Youtube Instagram