Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Türkiyədə quraqlıq problemi artmaqda davam edir

Türkiyədə quraqlıq problemi artmaqda davam edir
4-01-2021, 14:35 45 dəfə baxılıb

Türkiyədə quraqlıq problemi artmaqda davam edir










Türkiyənin üzləşdiyi quraqlıq problemi artmaqda davam edir.

DogruXeber.az AZƏRTAC-a istinadən bildirir ki, İstanbulun ən böyük su qaynaqlarından olan "Ömərli" su hövzəsində doluluq səviyyəsi hər gün bir az daha azalaraq ən aşağı, 16.87 faizə çatıb. Bu, ölkə ərazisində, xüsusilə İstanbulda su qıtlığının yaranması təhlükəsi ilə yanaşı buradakı su canlılarının məhv olmasına da səbəb olub.

Hövzədə suyun çəkilməsi gölməçələrin yaranması ilə nəticələnib. Yaranan bu gölməçələrdə sazan, kefal, yayım, levrek və on minlərlə digər balıq növü məhv olmaq təhlükəsi ilə qarşılaşıb.

Bölgədə aparılan iş nəticəsində su canlılarının bir qismini xilas etmək mümkün olub.

Mütəxəssislər ölkə ərazisində yaranan quraqlığın iqlim dəyişikliyi və qlobal istiləşmənin nəticəsi olduğunu bildirirlər. Onların fikrincə qış aylarının olmasına baxmayaraq Türkiyə ərazisində, xüsusilə Mərmərə bölgəsində yağıntıların olmaması, hava temperaturunun yaz mövsümünə uyğun davam etməsi nəticəsində yaxın gələcəkdə ölkə su qıtlığı ilə qarşılaşa bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
Telegram Facebook Twitter Youtube Instagram