Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Vüqar Behbudov SXA-nı “Saxta Xidmətlər Agentliyi”nə çevirib - İTTİHAM

Vüqar Behbudov SXA-nı “Saxta Xidmətlər Agentliyi”nə çevirib - İTTİHAM
5-01-2021, 00:00 131 dəfə baxılıb

Vüqar Behbudov SXA-nı “Saxta Xidmətlər Agentliyi”nə çevirib - İTTİHAM










"Sahil Babayevin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) sırınmasının (başqa ifadə işlənilməsi mümkün deyil ) 3 ili 3 ay yarımdan sonra tamam olur. Bəri başdan deyək ki, bu sırınma özünü doğrultmayıb və 3-cü ildir ölkə əhalisinin sosial müdafiəsi həyata keçirilmir, sadəcə, saxta müdafiə, imitasiya, dövlət rəhbərliyinə yalan məlumatlar verməklə korrupsiyanın irimiqyaslı müdafiəsi baş verir". Bu barədə DİA.AZ-a evsiz Qarabağ Qaziləri adından edilən müraciətdə deyilir.

Müraciətdə daha sonra bildirilir: "Ünvanlı sosial yardımların (ÜSY) verilməsində tam özbaşınalıq, əlilliyin müəyyən edilməsində elektron dələduzluq hökm sürür. Sadə misal :adına torpaq sahəsi olan işsiz şəxsə ÜSY verilməsindən imtina edilir ki, torpağı var. Torpağı olmayan işsizə isə olmayan iş gəliri, olmayan torpağının “olması” haqqında sənəd tələb edib, ÜSY ayrılmayacağını öncədən bildirirlər. Bu imtina praktikası daha çox kənd yerlərində geniş yayılıb. Əlilliyin müəyyən edilməsindəki elektron dələduzluq sistemi elə “təkmilləşdirilib” ki, hətta təkrar müayinəyə göndərilən əlillərin də 5-10 il sonra “təkrar müalicəyə ehtiyacı” elektron qaydada üzə çıxır.

Əlil və şəhid ailələrinin mənzillərlə təminatına gəldikdə isə, bu sahədə son illərdə tətbiq edilən qaydanı da ƏƏSMN rəhbərliyinin yanlış kadr siyasəti heçə çıxardı. Adı daha çox rüşvət, korrupsiya əməllərində hallanan Vüqar Behbudovun yeni yaradılan Sosial Xidmətlər Agentliyinin (SXA ) idarə heyətinin sədri təyin edilməsi Qarabağ qaziləri və şəhid ailələrinin “cibinə uyğun” olmadı və bu qeyri-mütənasiblik aztəminatlı şəxslərin mənzil növbələrində qocalmalarına , qıcolmalarına gətirib. SXA -nın sədri əməlli - başlı Saxta Xidmətlər Agentliyi (SXA) yaradıb. Bu saxta (sosial yox) xidmət məmuru nazirinə necə sadiqdirsə (!) dövlətin 1-ci vitse-prezidentinin tapşırığına da məhəl qoymur! (?) Gözündən əlil olan Aprel qazisinin mənzildən kənar qalmasını “əlini cibinə salmaması” səbəbindən özgə nə ilə izah etmək olar? AXI QAZİNİ MƏNZİLLƏ TƏMİN ETMƏYƏ GÖNDƏRƏN ÖLKƏNİN 1-Cİ ŞƏXSİ, 1-Cİ VİTSE-PREZİDENTİDİR ! Dövlətə, onun 1-ci şəxslərinə sayğısızlıq Vüqar Behbudovun Bakıda yaşayan və işləyən qazi, şəhid ailələrinə ucqar kəndlərdə mənzillər alınması xidmətində də özünü göstərir. Bir il qabaq Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində tikilən evin qanunsuz bölgüsü də şəhər içində mənzil yiyəsi olmağın yolunun Vüqar Behbudovun və digərlərinin “ ciblərindən keçdiyini “ ortaya qoyur. Hələ də, nazir Sahil Babayevin mərhum atasının “OVİR”dəki bir neçə evi, villası olan iş yoldaşlarının, köhnə-yeni deputatların , məcburi köçkün Qarabağ əlillərinin mənzillərlə təmin olunduğu bu evin qanunsuz bölgüsünə hüquq-mühafizə orqanları hüquqi qiymət verilməsini təmin etmir. Hətta Bakı İnzibati Məhkəməsi 5 ildir icra olunmayan qərarını borclu ƏƏSMN yanında SXA -ya nəinki icra etdirir , əksinə, heç qərarını icraya yönəltmir! (?) ƏƏSMN -in məhkəmə hakimiyyətinə hörmətsizliyinin arxasında isə, yəqin, nazirin arxasının “güclü” olması dayanır.

Pandemiya ilə zəfər ilinin eyni vaxta düşdüyü 2020-ci ildə qazi və şəhid ailələrinə söz verilən 1500 mənzilin alınması da baş vermədi. Yenə də saxta, fake məlumatlarla sosial mənzil xidməti sırındı. Başlıca olaraq, ikiotaqlı mənzillər alındığını və Bakının mərkəzində ortalıq 50 minə başa gəldiyi hesabı ilə 1500 mənzilin 75 milyon manat apardığını hesablamaq nə SXA-ya, nə DTX -ya, nə antikorrupsiya qurumlarına, nə də Hesablama Palatasına çətin olmaz. Lap olsun, 150 milyon! Nə vəsaitdir ki! Özü də birdəfəlik ! Onu da vurğulayaq ki , bu il pandemiya ilə bağlı 600 min şəxsə aylıq 114 milyon hesabı ilə toplam 600 milyon manat ödənilib .Yəni qazi və şəhid ailələrinin mənzil təminatı üçün ayrılan vəsaitdən 4-8 dəfə çox ! Hanı bunun hesabatı? Hanı 1500 mənzil? Niyə ayrılan vəsaiti ilin sonunda xərcləyirlər? Belə hissə-hissə təminat rüşvət və korrupsiyadan qaynaqlanmır ki? Bu məsələdə dövlət zəmanəti ilə qazi və şəhid ailələrinin hamısına birdəfəlik mənzillər alıb, hər il büdcədən vəsait ayırmaqla borcu ödəmək olmaz?

Nə qədər ki, kadr seçimində dostbazlıq, xidmətdə rüşvət hökm sürəcək, Vüqar Behbudov kimi saxta sosial xidmətçilər qazi və şəhid ailələrinə saxta xidmət göstərməkdə davam edəcək. Belə xidmət ilə isə aztəminatlı şəxslərin mənzil yiyələri olmaları it ilində də gerçəkləşməyəcək".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...












Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Telegram Facebook Twitter Youtube Instagram